1. Yaşadığınız ərazidəki ağacların qırılmasının ətrafdakı canlılara təsirini
müəyyənləşdirin.
2. Aşağıda sadalananlardan meşəyə ziyan vura bilənləri seçin. Fikirlərinizi
əsaslandırın.
Kibrit, bıçaq, tonqal, su hövzələrinin qurudulması, ağacların
kəsilməsi, kompas, quş yuvası, velosiped, maqnitofon, balıq toru,
telefon, kəndir, mişar, axar suların istiqamətinin dəyişdirilməsi, meşə
torpaqlarının daşınması
3. Fuad kənddə yaşayır. Onların kəndinə mavi yanacaq verilmədiyindən meşədən
odun gətirməyə gedir. O, üzərində bir neçə quş yuvası olan yaşıl ağacı kəsmək
istəyir, ancaq buna əli gəlmir. Fuad bu ağacı kəsərsə, onun təbiətə vura
biləcəyi ziyan barədə mətn tərtib edin.
4. Meşənin qırılması nəticəsində aşağıdakı qida zənciri məhv ola bilər.
Bu qida zəncirini dəftərinizdə tamamlayın və yoldaşlarınızla müzakirə edin.
Yarpaq
Yırtıcı quş
Həşəratlar
5. Dövlət tərəfindən meşələrin qorunması məqsədilə həyata keçirilən tədbirlər
haqqında məlumat toplayıb təqdimatlar hazırlayın.
6. Ətraf mühitin qorunmasına dair plakat və ya simvol hazırlayın.
Respublikamızda
son
illər
meşələrin
qırılmasının qarşısının alınması istiqamətində
bir sıra tədbirlər həyata keçirilir. Meşələrin
sahəsi hər il 4 min hektar artır. Bu gün
Azərbaycan dövləti ekologiya ilə bağlı əksər
beynəlxalq konvensiyalara qoşulur. Yaşıllıqların
qorunması üçün tərtib olunan müxtəlif dövlət
proqramları, verilən prezident sərəncamları
təbiətə qayğını əks etdirir.
Torpağın eroziyası
CƏMİYYƏTİN TƏLƏBATI
1. CƏMİYYƏTİN HƏYATI
2. İQTİSADİYYATIN CƏMİYYƏTİN HƏYATINDAKI
ROLU
3. ƏMƏK BÖLGÜSÜ
4. ƏMƏK VƏ ONUN NÖVLƏRİ
5. DÖVLƏTÇİLİK ƏNƏNƏLƏRİMİZ
6. DÖVLƏTİN İDARƏETMƏ FORMALARI
7. CƏMİYYƏT VƏ TƏŞKİLATLAR
8. CƏMİYYƏT VƏ ONUN HÜQUQİ TƏMİNATI
9. HÜQUQ SAHƏLƏRİ
10. KONSTİTUSİYADA TƏHSİL HÜQUQU
1. CƏMİYYƏTİN HƏYATI
İnsanların bir-biri ilə sıx əlaqədə olması, onlar arasındakı bağlılıq cəmiyyətin
həyatında əsas amillərdəndir. Siz artıq cəmiyyət və onun formalaşması haqqında
bir sıra biliklərə maliksiniz. Zaman keçdikcə cəmiyyətdəki dəyişikliklər həm ictimai,
həm siyasi, həm də iqtisadi həyata böyük təsir göstərir. Bildiyiniz kimi, cəmiyyətin
idarə olunmasında əsas rolu dövlət oynayır. Dövlət qanunvericilik aktları qəbul
etməklə, cəmiyyətin həyatını tənzimləyir.
Bəs vətəndaşların cəmiyyətdə rolu nədən ibarətdir? Onlar cəmiyyətin
idarə olunmasına necə təsir edir?
Cəmiyyət anlayışını yoldaşlarınızla müzakirə edin.
Televizorda, internetdə, məktəbdə, jurnal və qəzetlərdə bizim cəmiyyətin istəkləri,
cəmiyyətin problemləri, vətəndaşların tələbləri və s. ifadələr tez-tez işlədilir.
Hər bir vətəndaş cəmiyyətin üzvüdür. Vətəndaş ölkənin həyatında mühüm rol oynayan
şəxsdir. Vətəndaşın cəmiyyətin problemlərinin həllində iştirak etmək və qərarlar qəbul
edilməsinə təsir göstərmək hüququ vardır.
Vətəndaş cəmiyyəti – insanların birliyi olub özündə siyasi, sosial, iqtisadi, mədəni
sahələrində könüllü yaranan qeyri-dövlət strukturlarını birləşdirir. Ümumiyyətlə, inkişaf
etmiş mədəni, hüquqi və siyasi münasibətlər əsasında qurulan cəmiyyət başa düşülür.
Azərbaycan Respublikasında cəmiyyətin həyatında aşağıdakılar da rol oynayır:
siyasi partiyalar
peşə ittifaqları
yaradıcılıq birlikləri
dini birliklər
təhsil mərkəzləri və s.
Cəmiyyətin həyatını bir neçə sahəyə bölmək olar:
İqtisadi həyat
Sosial həyat
Siyasi həyat
Mənəvi həyat
Cəmiyyətin həyatında iqtisadiyyat əsas yer tutur. Hər hansı bir məhsulun hazırlanması,
onun istehsalı, alışı, satışı və s. buna nümunədir.
Cəmiyyətin sosial həyatına insanların sosial münasibətləri daxildir. İnsanların həyat
tərzindəki oxşarlıqlar onları sosial qruplarda birləşdirir.
Cəmiyyətin siyasi həyatı isə siyasi proseslərlə bağlıdır. Siyasət vətəndaşların
arzularının reallaşdırılması üçün bir vasitədir. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev xalqın mənafeyinə xidmət edərək ölkəmizin beynəlxalq aləmdə
mövqeyini gücləndirir.
Siz cəmiyyətin siyasi həyatına aid hansı nümunəni göstərə bilərsiniz?
Cəmiyyətinin mənəvi həyatınа mədəniyyət, dünyagörüşü, adət-ənənələr, təhsil, peşə
fəaliyyəti və başqaları aiddir. Hər bir insanın davranışı, hisləri, qabiliyyəti, arzusu və s.
cəmiyyətin mənəvi həyatına daxildir. Hər birimiz ətrafımızda gözəllik, düzgünlük,
paklıq axtarırıq. Yaşadığımız ərazinin təmiz saxlanılması, insanların mədəni davranış
qaydalarına riayət etməsi, bir-birinə hörmətlə yanaşması və bu kimi başqa nümunələr
mənəvi həyatımızın bir hissəsidir.
Mənəvi həyatın sosial həyata təsiri varmı? Fikirlərinizi əsaslandırın.
Dostları ilə paylaş: |