Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə213/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   209   210   211   212   213   214   215   216   ...   232

436 

 

Portret təsvirlərinin və insan fıqurları olan süjetli naxıĢların ən yaxĢı nümunələri 



ġəkixanovlar  evinin  və  ġəki  xanları  sarayının  memarlıq  dekorunda  qorunub 

saxlan mıĢdır.  ġəkixanovlar  evin  divarlarındakı  yeddi  taxçada  Nizaminin  ölməz 

poemasının  qəhrəmanlarının  -  yeddi  personajın  təsviri  verilmiĢdir.  Onlardan  dördü 

beldən  aĢağı  güllərlə  əhatə  olunmuĢ  halda, üçü  isə  boyu bərabəri  təsvir  edilmiĢdir. 

Bəzi  fıqurlar  bəsit  icra  olunmuĢ Ģərti  mənzərə  fonunda verilmiĢdir.  Portret təsvirləri 

arasında  Bisütun dağını  yaran  əfsanəvi  Fərhadının obrazı  daha böyük  maraq doğurur. 

Bu  naxıĢın  kompozisiya  və  obraz  həllində  rəssamın  ənənəvi  müstəvi  üslubdan 

uzaqlaĢmaq  cəhdi  hiss  olunur.  Fərhadın  təsviri  fıqurun  ahəngdar  modelləĢdirilməsi, 

pozaların dinamikliyi və özünəməxsus psixoloji ifadəliliyi ilə seçilir. 

ġəkixanovlar  evinin  naxıĢlarında  plafonun  ornament  kompozisiyasına  Ġranın 

son dövr saray naxıĢlarını  xatırladan dörd yarımçılpaq mələk təsvirinin daxil edilməsi 

mövzu  qeyri-adiliyi  baxımından  maraq  doğurur.  Realist  üslubda  iĢlənmiĢ  mələklər 

fıqurların plastik modelləĢdirilməsi, eləcə də rakurs və hərəkətin çox uğurla seçilməsi 

ilə  fərq lənir. 

Portret  xarakterli  naxıĢ  Ordubadın  rayonu  Vənənd  kəndindəki  bir  yaĢayıĢ 

binasında da qorunub saxlanılmıĢdır.  Bəyu bərabəri təsvir olunmuĢ gənc oğlan və qız 

fıqurları obraz Ģərhinə, kompozisiya rəng həllinə,  çəkiliĢ  üslubuna, eləcə də  geyim  və 

digər  fərqli  cəhətlərinə  görə,  ġəkixanovlar  evinin  portret  təsvirlərinə  çox  uyğun 

gəldiyindən,  bunların  da  XVIII  əsrin  sonunda  naməlum  rəssam  tərəfındən  icra 

edildiy i təxmin o lunur. 

Azərbaycanın divar  naxıĢlarında  çoxfıqurlu  süjet  kompozisiyaları  yalnız  ġəki 

xanlarının  sarayında  qorunub  saxlanılmıĢdır.  Ġkinci  mərtəbədəki  zalın  frizində 

çəkilmiĢ döyüĢ səhnələri çox  maraqlıd ır.  1940-cı  ildə frizin bəzi hissələri və sonrakı 

qatlardan  təmizlənib  açılmıĢ  ilk  rəsm  XVIII  əsrin  naməlu m  rəssamlarının  iĢlərini 

XIX  əsrin  sonu  -  XX  əsrin  əvvəllərinə  məxsus  xalq  rəssamların ın  (Usta  Qəmbər, 

onun  qardaĢı  Səfər,  oğlu  ġükür,  ġamaxı  rəssamları  Qurbanəli,  Abbasqulu  və 

baĢqalarının)  əsərləri  ilə  müqayisodə araĢdırmağa  imkan  verdi.  Hazırda  mövcud  olan 

naxıĢ 1902-ci ildə son bərpa iĢləri zamanı Usta Qəmbər və onun Ģagirdləri tərəfındən 

icra  edilmiĢ  və  keçmiĢ  təsvirin  süjet  və  kompozisiyasının  təkrarı  olsa  da,  rəsm 

baxımından bir qədər zəifdir. Təsvirlərin koloriti əvvəlkindən daha tünd boyalarla icra 

edilmiĢ,  ümumi  üslub  isə  miniatür  rəngkarlıqdan  daha  çox  xalq  üslubu  rəsmləri  ilə 

səsləĢir. 

DöyüĢ  səhnələrində  Ġran-Türkiyə  müharibəsi  təsvir  olunmuĢ dur.  Müxtəlif 

geyimli  və  yaraqlı  atlı  dəstələri  öz  sərkərdələri  Ģah  və  sultan  baĢda  olmaqla 

dalğalanan bayraqlar altında bir-birinə qarĢı hərəkət edirlər. Onlarla yanaĢı, piyadına 

və  atlı  dəstələri  döyüĢə  girirlər.  Hər  iki  tərəfdən  artilleriya  atəĢ  açır,  p iyadalar 




437 

 

əlbəyaxa  vuruĢur;  hər  tərəfdə ölənlərin  cəsədləri  və  kəsilmiĢ  baĢlar görünür; sahibini 



itirmiĢ, hürkmüĢ atlar müxtəlif tərəflərə qaçır. Bir az kənarda silahlı  döyüĢçülər  əsirləri 

gətirir,  digərləri  isə  öldürülmüĢ  düĢmən  baĢlarını  hökmdarın  ayaqları  altına  atırlar. 

Bu  təsvirlər  də  ənənəvi  xarakter  daĢıyır;  mən zərə  və  səma  Ģərtidir.  Perspektiv 

tamamilə yox dərəcəsindədir: ko mpozisiyanı içəriyə açmaq üçün rəssam fıqurları bir-

biri  üzərində  yerləĢdirmiĢ  və  ya  ikinci  planda  yerləĢən  fıqurlar  bir  az  kənara 

çəkilmiĢdir. Belə  ki, adamlar və atlar bütövlükdə yalnız ön planda, dəstənin önündə, 

axırında  təsvir  olunmuĢlar,  qalanları  isə  bir  xətt  üzərində  verilmiĢ  və  yalnız  baĢları 

görünür. Beləliklə, qoĢun kütləsini göstərmək üçün rəssam Ģərti olaraq on at üzərində 

otuzdan çox atlı təsvir etmiĢdir. 

Kompozisiya  quruluĢunun  göstərilən Ģərtilikləri,  Ģübhəsiz,  orta  əsr  miniatür 

rəngkarlıq  ənənələri  ilə  bağlıdır.  Lakin  miniatür  rəngkarlığın  təsviri  dilinin  məlum 

Ģərtləri  yalnız  bunda  təzahür  etmir.  Süjetin  Ģərhindən  detalların  təsvirinədək  bütün 

bədii quruluĢ miniatür rəngkarlığ ın təsirin i əks etdirir. 

Bütün  bu  cəhətlər  ov  səhnələrinin  təsviri  üçün  də  xarakterikdir.  Bu 

səhnələrdə  xan,  onun  atlıları  tüfəng  və  nizələrlə  heyvanları-maral,  qaban,  ayı  və 

fantastik əjdahanı öldürürlər. 

ġəki  sarayının  birinci  mərtəbəsində  yerləĢən  zalın  stalaktit  karnizinin 

naxıĢları  mövzu  qeyri-adiliyi  və  ifadə  üslubuna  görə  bütün  naxıĢlardan  tamamilə 

fərqlənir.  Böyük  olmayan  stalaktit  özəklərin  səthində  kontur  rəsmlə  və  yalnız  göy 

rənglə  Azərbaycanın  digər  naxıĢları  ilə  heç  bir  üslub  və  tematik  əlaqəsi  olmayan 

mü xtəlif janrlı səlmələrin miniatür təsviri verilmiĢdir. Burada, məsələn, əmək prosesləri 

və  musiqiçi  dəstələri,  ovçu  ilə  it,  əsasən  memarlıq  motivli  mənzərələr  və  s.  təsvir 

edilmiĢdir. Bu naxıĢlar süjeti və obrazların realist Ģərhi, perspektivin mövcud olması, 

rəsmlərin  incəliyi  və  yüksək  icraçı  ustalığı  ilə  seçilir.  Bütün  bu  cəhətlər  və  digər 

tərəfdən, mənzərə, memarlıq, geyim və personajların xarakteri rəssamın Qərbi Avropa 

rəngkarlığı ilə tanıĢ olduğunu göstərir. 

Gü man edilə bilər ki, bu naxıĢlar ġəki xanının yanında qulluq edən və 1819-

1820-ci  illərdə  ġə kidə  olmuĢ  ispan  inqilabçısı  Van  Qa lenin  xatirə lərində  adını 

çəkilən italyan rəssamı tərəfindən iera olun muĢdur. 

Orta  əsr  miniatür  rəngkarlığında  olduğu  kimi,  A zərbaycanın  divar 

rəsmlərində də dünyəvi tematika geniĢ yayılmıĢdır. Həmin divar rəsmlərinin icraçıları 

olan  xalq  usta  və  rəssamları  Azərbaycan  miniatür  rəngkarlığı  ənənələrindən  geniĢ 

istifadə etmiĢlər.  Digər tərəfdən, divar rəsmləri süjet, dekorativ üslub, rəngarəng naxıĢ 

zənginliyinə  görə  naxıĢtikmə,  basmanaxıĢ,  xalçaçılıq  sənəti  və  xalq  yaradıcılığının 

digər növləri ilə bilavasitə bağlıdır. 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   209   210   211   212   213   214   215   216   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə