Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə65/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   61   62   63   64   65   66   67   68   ...   232

134 

 

Səfiəddin   Urməvin in  "Kitab  əl-ədvar"ı  ("Musiqi  dövrləri  haqqında  kitab") 



Azərbaycan  türk  musiqisi  haqqında  ilk  elmi-nəzəri  əsər  id i.  Əbdülqadir  Marağayi 

bu əsərə XV əsrdə fars dilində Ģərh yazmıĢ, onu "Zübdət əl-ədvar fi-Ģərhi  risalət əl-

ədvar"  adlandırmıĢdır.  Səfiəddin  Urməvin in  əsəri  XV  əsrdə  Azərbaycan  dilinə 

tərcümə ed ilmiĢdir və  musiqiĢünaslardan MübarəkĢah Cürcani,  Qütbəddin ġirvani, 

Lütfüllah Sə mərqəndi, Əbdülqadir Marağayi tərəfindən tədqiq olunmuĢdur. 

Səfiəddin  Urməv i  sonralar  geniĢ  yayılmağa  baĢlamıĢ  və  Əbdülqadir 

Marağayi tərəfindən təkmilləĢdirilmiĢ  mü kəmməl not sisteminin banisidir.  O, həm 

də  bir  sıra  yeni  musiqi  alətlərin in  (nüzhə  və  muğni)  ixtiraçısıdır.  Nü zhə  formaca 

cəngə oxĢayırdı.  Onun 81,  muğnin in  isə 33 teli vardı. Muğninin çanağı üçbucaqlı 

idi. Bu alət rübabdan bir qədər böyük və enli o lmuĢdur. 

Salna məç ilə rin  yazd ığına  görə,  Səfiəddin  Urməvin in  musiqi  və  xəttatlıq 

sahəsində  bir  sıra  Ģagirdləri  vardı.  MəĢhur  xəttat  Cəmaləddin  Yaqut  Müstəsəmi, 

xəttat  və  musiqiĢünas  ġəmsəddin  Sührəvərdini,  musiq içi  Əli  Sultanini,  Həsən 

Zamarini, Hüsaməddin Qutluğu onlara misal göstərmək o lar. 

Səfiəddin həm də mahir bərbətçalan idi.  Hülaku  xan Bağdad sarayında onun 

bərbət  çalmasına  valeh  olmuĢ,  musiqiçiyə  ildə  10  min  dinar  məbləğində  "mizrab 

haqqı"  ödənilməsi  barədə  fə rman  ver miĢdi.  Tarixçi  Vəssaf  yazırdı  ki,  bu  məb ləğ 

uzun müddət ərzində Səfiəddinə və onun övladlarına ödənilird i.  

XIII  əsrə  qədərki  dövrdə  Azərbaycan  musiqisi  saraylarda  və  feodal 

əyanlarının  məclislərində  özünə  geniĢ  yer  tapırdı.  XIII-XIV  əsrlərdə  isə  o,  xalq 

kütlələri arasında daha geniĢ yayılırdı. A zərbaycan, fars və ərəb dillərində yazılmıĢ 

Ģeirlərə  bəstələnmiĢ  musiqi  əsərləri  zənginləĢir,  nəfəsli,  telli  və  zərb  musiqi 

alətlərinin  miqdarı artır və onlar təkmilləĢirdi. Azərbaycan musiqisi elmi və nəzəri 

cəhətdən,  musiqi  alətlərinin  təkmilləĢdirilməsi  baxımından  xüsusi  bir  tərəqqi 

mərhələsi  keçmiĢdir.  Səfiəddin  Əbdülmö min  Urməvinin  12  əsas  muğam  və  6 

avazatına XIV əsrdə 24 Ģöbə də artırıld ı. Mü xtəlif simli  musiqi alətlərinin tellərin in 

sayının  artırılması,  alətlərdə  formaca  müəyyən  dəyiĢikliklər  ed ilməsi  nəticəsində 

musiqi  daha  da  zənginləĢdi.  Zərb,  nəfəsli  və  simli  musiqi  alətləri  məclislərdə 

səslənir,  vokal-instrumental  musiqi  əsərlərin in  sayı  artırdı.  XIII-XIV  əsrlərdə  də 

simli alətlərdən (bərbət, rübab, tənbur, qanon, cəng), nəfəsli alətlərdən (ney, zurna, 



ney-balaban)  və  zərb  alət lərindən  (dəf,  nağara,  təbil,  dünbək)  geniĢ  istifadə 

olunurdu. Müxtəlif formalı ġirvan, Təbriz və türk tənburları yaran mıĢdı.  

Qazan  xandan  sonra  Ulcaytu  Sultan  Məhəmmədin  musiqi  ifasını  qadağan 

etmək  haqqında  fərman  verməsinə  baxmayaraq,  Ulcaytu   əhalisi,  mö minlərin  qulu, 

Allah yolu ilə gedənlərin..., həqiqət axtaran övliyaların rəisi, DədəgünəĢ övladlarından 

olan  ġeyx  Məhəmmədi  ibn  ġeyx  Dədə  Qulunundur  -  Allah  onların  günahlarını 




135 

 

bağıĢlasın! Allah onların dərəcələrini yüksəltsin. Min on birinci il tarixdə. (1011/1602-



03). 

Məqbərə ətrafındakı məzar daĢlarında yazılmıĢ "Əlin i çağır'': (Nadi Əliyyən) 

duasına  əsasən  qeyd  edilən  mərkəzin  ġirvanda  uzun  müddət  fəaliyyət  göstərmiĢ 

"BektaĢiyyə"  və  onun  qolu  olmuĢ  "Baba  Samit  dərviĢləri"  sufi  cəmiyyəti  olduğunu 

söyləməyə imkan verir. 

Azərbaycanda  digər  bir  sufi  cəmiyyətinin  -  "Qədiriyyə"nin  də  fəaliyyət 

göstərdiyini  ancaq  kitabələr  əsasında  müəyyənləĢdirmək  mü mkün  olmuĢdur.  Bu 

cəmiyyətin  mərkəzi  Cəbrayıl  bölgəsinin  ġıxlar  kəndində,  qocaman  dağların 

qoynunda,  Arazboyu  keçən  qədim  karvan-ticarət  yolu  üzərində  yerləĢmiĢ,  xalq 

arasında  "ġıxlar  baba"  piri  adlanan  yerdə  olmuĢdur.  Mərkəzdəki  kompleksdən 

zəmanəmizə  ancaq  günbəzi  uçuq  türbə  binası,  onun  qarĢısında  divar  qalıqları  və 

ətrafda dəfn olunmuĢ mötəbər Ģəxsiyyətlərin məzar daĢları qalmıĢdır. 

Məqbərəyə    giriĢ    qapısının  kandarında    qoyulmuĢ    məzar  daĢında  ərəbcə 

"PərəstiĢ  edilən  rəcəb  ayı  yeddi  yüz  yeddinci  il",  (27.XII.  1307-26.1.1308) 

yazılmıĢdır.    Eyni  mətni    olan  baĢdaĢı    türbəni  əhatə  edən  divardan  kənardakı 

qəbirlərdən birinin üzərində də vardır: "Rəcəb (ayı), yeddi yüz yeddinci il".  Divarın 

içəri  tərəfində,  kərpic hörgüdəki  taxça  içərisində çox  nəfis  iĢlənmiĢ  mərmər;  baĢdaĢı 

qoyulmuĢdur.  Ərəbcə  olan  kitabədə  deyilir:  "Bilik  bulağından  içdi.  Bu  qəbir  ġeyx 

Qiyasəddinin  oğlu  mərhəmətli  Ģey xzadə  ġeyx  Əbdülsəlamındır.  Ġyirmi  ramazan, 

yeddi  yüz  əlli  doqquzuncu  il  tarixdə  (27  avqust  1358-ci  ildə)  vəfat  etmiĢdir". 

Ətrafda XIV-XVI əsrlərə aid mü rid  və Ģeyxlərin abidələri qalmıĢdır. Deyilənə görə, 

ġıx  Baba  "Qedriyyə"  cəmiyyətinin  Ģeyxi  olmuĢdur.  Cəmiy yət  ərəb  ölkələrində, 

Afrikada,  Hindistanda,  Türküstanda,  Ġstanbulda  fəaliyyət  göstərmiĢdir.  Onun 

Azərbaycanda fəaliyyəti haq-qında qeyd olunan kitabədən baĢqa heç bir iĢarə yoxdur. 

Yerli  əhali  tərəfindən  "ġıxbaba"  ziyarətgahı  kimi  tanın mıĢ   digər  sufi 

xanəgahı  Füzuli  bölgəsinin  Babı  kəndində  olmuĢdur.  Xanəgah  kompleksində  "ġeyx 

Babi"  məqbərəsi,  məscid  və  yardımçı  binaların  bünövrəsi,  minarənin  aĢağı  hissəsi, 

böyük qəbiristanlıq və kompleksi əhatə edən divar qalıqları mövcuddur. 

Məqbərənin ərəb dilində, kufi  xətti ilə yazılmıĢ kitabəsinin tərcüməsi belədir: 

"Bu müqəddəs məqbərənin zahid, kamil ġey x   Bab i  Yəqub ibn Ġs mail Qurxər üçün 

tikilməsinə  altı  yüz  yetmiĢ  ikinci  ildə  əmr  edilmiĢdir.  Yer  üzərində  nə  varsa,  məhv 

olacaqdır"  (hicri  672  (1273-1274)-ci  il).  Kitabənin  Qurandan  55-ci  surənin  26-cı 

ayəsinin  "Yer  üzərində  nə varsa,  fanidir,  ancaq Allah baqidir"  sözləri  ilə  bitməsi  dəfn 

edilmiĢ Ģeyxin sufi olduğunu, məqbərəsinin müqəddəs ziyarətgaha çevrildiyini bildirir. 

ġeyxin məqbərəsi ətrafındakı tikinti ko mp leksi Qarabağda sufi xanəgahı olduğunu və 

onun geniĢ fəaliyyət göstərdiyini bir daha sübut edir. 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə