Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə74/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   70   71   72   73   74   75   76   77   ...   232

152 

 

təbliğçilərindən biri idi. Bu cərəyanın hürufiliyin, nöqtəviliyin qızılbaĢlığın, "Əliallahi" 



təliminin  formalaĢmasına  təsiri  olmuĢdur.  XIV  əsrdə  hürufiliyin  mistik-panteist 

təmayülünün meydana gəlməsi Azərbaycanın fəlsəfə tarixində əhəmiyyətli hadisə idi. 

Hürufiliyin  ideya  mənbələri  ilk  növbədə  ġərqin  bidətçi  fəlsəfi  təlimləri,  xüsusilə sufi 

və ismaili fəlsəfəsi olmuĢdur. Onun formalaĢmasında ġərq peripatetizmi də müəyyən 

rol  oynamıĢdır.  Hürufilik  fəlsəfəsinə  yunan  təsiri  də  məh z  ġərq  peripatetizmi 

vasitəsilə mü mkün olmuĢdur. XIV-XVI əsrlərdə Azərbaycanda, Türkiyədə və Ġranda, 

Ġraq və Suriyada,  Yaxın və Orta ġərqin digər ölkələrində geniĢ yayılmıĢ hürufiliyin 

vətəni Azərbaycan idi. Təlimin banisi və hərəkatın ilk rəhbəri Fəzlullah Nəimi  1387-ci 

ildə  ilk  dəfə  olaraq Azərbaycanda  yeni  cərəyanın  baĢlıca  müddəalarını  bəyan  etdi. 

Məhz  buna  görə də hürufilər  Azərbaycanı "Sərzəmine-restaxiz"  ("OyanmıĢ  torpaq") 

adlandırırdılar.  Bir  sıra  məsələlərin  həllində  materializm  mövqelərinə  meyil, 

nisbətən ardıcıl panteizmə əməl olun ması hürufiliyin baĢlıca cəhətləridir.  

Hürufilik fəlsəfəsi Allahı gerçək aləmin, dünya təkamülünün  məhsulunun - 

insan  və  onun  nitqinin  içərisində  "əridirdi".  Hürufilər  ərəb  əlifbasında  olan hərflərə 

ilahi,  mistik  məna  verirdilər.  Onlar  kainatın,  aləmin  əbədiliyini,  gerçəkliyin  dərk 

olunmasının  mümkünlüyünü qəbul  edirdilər.  Hürufizmin  qnoseologiyasının  mütərəqqi 

tərəfləri  idraka  israrlı  çağırıĢ,  idrak  prosesində  təfəkkürün  və  nitqin  roluna  üstünlük 

verilməsi və s. idi. Hürufizmin islama və dövrün digər monoteist dinlərinə münasibəti 

özünəməxsus  səciyyə  daĢıyır.  O,  monoteist  dinləri  formal  olaraq  qəbul  edir,  öz 

ehkamlarının  təĢəkkülündə bu  dinlərin  müddəalarından  istifadə  edir, lakin mahiyyət 

etibarilə  həmin  dinlərin  hamısına  zidd  çıxırdı.  Təsadüfi  deyildir  ki,  hürufilik  islam 

ilahiyyatçıları  tərəfindən  bidət  və  allahsızlıq  kimi  qiy mətləndirildi,  təlimin 

nümayəndələri isə amansız təqib lərə məru z qald ılar. 

Hürufilikdə  təlimin  mistik  tərəfi  xüsusi  yer  tutur.  Mistika  hərfi  və  səsi 

ilahiləĢdirən hürufiliyin əsasını təĢkil edir. 

Əsrlərlə  mövcud  olmuĢ  digər  fəlsəfi  cərəyanlar  kimi  tarixən  hürufiliyə  də 

daxili  ziddiyyətlər,  mübarizə,  daxili  təkamül  xas  olmuĢdur.  Onun  təkamül  istiqaməti 

xeyli dərəcədə dəyiĢən ictimai-iqtisadi və siyasi, ideolo ji Ģəraitdən asılı id i.  

Fəzlullah  Nəimi  Təbrizi-Astrabadi  (1339/40-1402)  hürufilik  təliminin 

yaradıcısı  olmuĢdur.  0,  1402-ci  ildə  Naxçıvanda  Əmir  Teymurun  oğlu  MiranĢah 

tərəfindən  edam  edilmiĢdir.  Nəimi  sənətkarlar  zümrəsindən çıxmıĢdı  və  öz  dövrünün 

arif  Ģəxslərindən  biri  idi.  0,  hürufiliyin  baĢlıca  müddəalarını  ilk  dəfə  olaraq 

"Məhəbbətnamə", 

"Cavidane-kəbir", 

"ƏrĢnamə" 

traktatlarında, 

qis mən 

"Novmnamə"  ("Yuxular  haqqında")  əsərində,  "Ġsgəndərnamə"  adlanan  fəlsəfi 

poemasında  izah  etmiĢdir.  Nəimi  təliminin  səciyyəvi  xüsusiyyəti  dünyanın  panteist 

idrakı sisteminə yeni ünsürün - hərfin daxil edilməsindədir. Hürufilər yazını, nitqi və 




153 

 

təfəkkürü  ifadə  edən  hərfləri  Allah,  dünya  və  insanla  eyniləĢdirirdilər.  Nəiminin 



təlimində  hərf  insanın  və  kainatın  (ona  məxsus  olan  bütün  əĢya  və  hadisələrlə  birlikdə) 

ilahiləĢdirilməsində  vasitə  roluna  malikdir.  Allahla,  dünya  və  insanla  eyniyyət  təĢkil 

edən  hərf  maddidir,  oddan,  sudan,  torpaqdan  və  havadan  ibarətdir.  Təlimin  baĢlıca 

müddəaları bunlardır. 

Azərbaycanda  hürufilik  təliminin  ən  böyük  nümayəndəsi  Ġmadəddin  Nəsimi 

(1369-1417)  idi.  O,  yaradıcılığında  mükəmməl  bildiyi  üç  dildən  (A zərbaycan,  ərəb, 

fars)  istifadə  etmiĢdir.  Nəsimi  əvvəllər  sufiliyə  aludə  olmuĢdur.  Lakin  sonralar 

hürufiliyə  bağlan mıĢ,  müsəlman  ġərqin in  bir  sıra  ölkələrində  bu  təlimin  geniĢ 

yayılmasında iĢtirak etmiĢdir. Nəsimi bu təlimin sıravi təbliğatçısı deyildi. 

Hu manist  Ģairin  yarad ıcılığında  mərkəzi  yeri  Ġnsan  tutur.  Onuni  fikrincə, 

son  məqsəd  və  həqiqət  Ġnsandır.  O,  Ġnsana  kainatın  təcəssümü  və  yaradıcısı  kimi 

yanaĢır.  Nəsimi  Ġnsanı  bütün  mövcudatın  səbəbi  hesab  edir.  "Ġnsan  -  Allahdır" 

tezisin in  əsaslandırılması  və  hərtərəfli  inkiĢaf  etdirilməsi  Nəsimin in  poeziyasında 

baĢlıca  yeri  tutur.  Nəsimi  göstərird i  ki,  "Allahın  insandan  kənarda  axtarılması 

cəhdləri  avamlıqdan  irəli  gəlir  və  bu  cəhdlər  əbəsdir".  Bu  fikirlər  Nəsimi 

poeziyasının  əsas  istiqamətini  bariz  Ģəkildə  ifadə  edirdi.    Onun  fikrincə,  Ġnsan 

"əzəldir, nəhayətsizdir.  O, həyatın və ölümün mənbəyidir". Nəsiminin elmi, poetik, 

fəlsəfi  fəaliyyəti  sayəsində  XV  və  sonrakı  əsrlərdə  hürufilik  təlimi  ço x  geniĢ 

yayılır. 

Nəimin in  ardıcılı,  A zərbaycan  filosofu  Əliyul-Əla  "Qiyamətnamə", 

"Tövhidnamə",  "Kürsünamə"  kimi  mühü m  əsərlərin  müəllifi  id i.  O,  hürufilik 

fəlsəfəsinin Os manlı Türkiyəsində yayılmasında böyük rol oynamıĢdır. 

XV əsrin sonu - XVI əsrin əvvəllərində hürufilik özünün keçmiĢ  mü xalifətçi 

və  inqilab i  ruhunu  itirməyə  baĢladı.  Lakin  hürufizmin  itirmiĢ  olduğu  bu  cəhətlər 

nöqtəvilik  təlimində  yaĢamaqda  idi.  Azərbaycanda,  Ġranda,  Türkiyədə  və 

Hindistanda  geniĢ  yayılmıĢ  bu  təlim  amansız  Ģəkildə  təqib  edilird i.  Məlu mdur  ki, 

əsasən xalq  kütlələrinin  iĢtirak etdiy i nöqtəvilik hərəkatın a  ziyalılar və hətti hakim 

sinfin nümayəndələri qoĢulmuĢdular. 

Nöqtəvilik təliminin banisi Mahmud Pasihani Gilani olmuĢdur. O, Fəzlullah 

Nəimin in Ģagirdi və ardıcılı id i. Lakin Pasihanin in ba xıĢları Nəimin in görüĢlərindən 

kəskin surətdə fərqlən irdi. Pasihani təliminin materialist istiqamətdə olması və ifrat, 

aĢkar bidətçiliy i "Ģagirdin" qovulmasına gətirib çıxard ı.  

Nöqtəvilər dünyanı əbədi hesab edirdilər, bütün varlığı vəhdətdə görürdülər. 

Bu  fəlsəfi  təlimdə  "nöqtə"  vəhdəti  ifadə  edirdi  (təlimin  adı  da  bu  istilahdan 

yaranmıĢdı).  Təlimdə  nöqtə  Yerlə  eyniləĢdirilir.  Yer  daim  dəyiĢmədə  və 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə