HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə22/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   18   19   20   21   22   23   24   25   ...   145

69 

 

bilmək qabiliyyəti kimi təsvir edilir. Bir sıra araşdırmaçılar isə sa-



bitliyi  effektiv  fəaliyyət  mexanizminə  malik  olan  hakimiyyətin 

uzunmüddətli  fəaliyyəti  kimi  səciyyələndirirlər.  Politoloq  Samuel 

Hantinqton “konstitusiya nizamı+varislik” formulu ilə ifadə etdiyi 

sabitliyi  qanunlar  tərəfindən  təsbit  olunan  səlahiyyətlər  çər-

çivəsində hökumətin fəaliyyəti kimi nəzərdən keçirir: “Demokra-

tik idarəetmə sisteminin fonunda hər hansı bir siyasi institutun 

illeqal  surətdə  digərləri  üzərində  hegemonluq  qurması  siyasi-

hüquqi  əsaslara  və  normalara  uyğun  deyil.  Siyasi  institut-

lararası mübarizə, ilk növbədə, rəqabətə əsaslanmalıdır. Haki-

m  siyasi  subyektlərin  fəaliyyət  mexanizminin  səmərəliliyini 

göstərən amillərdən biri də onun siyasi palitrada təmsil olunan 

institutlarla apardığı mübarizə formasıdır. Amma bütün bun-

larla yanaşı, hakim qüvvələr özlərinin bütün resurslarından is-

tifadə  etməklə  özlərinin  hakimiyyətlərini  mühafizə  etməyi  ba-

carmalı  və  bununla  da  təmin  edilmiş  siyasi  sabitliyin  davamlı 

xarakter  almasına  nail  olmalıdırlar...  Demokratiyada  siyasi 

proseslərin iştirakçıları öz maraqlarını qoruya bilməli və leqal 

surətdə hakimiyyəti ələ keçirmək üçün yetərincə siyasi-hüquqi 

resurslara  malik  olmalıdırlar.  Məhz  belə  bir  şəraitin  fonunda 

siyasi  rəqabətə  əsaslanan  qüvvələrarası  leqal  mübarizədən 

bəhs etmək mümkündür”. 

S.Hantinqtonun qənaətincə, sabitlik müvəqqəti və daimi olmaq 

etibarilə  iki  istiqamətdə  dəyərləndirilməlidir:  “Siyasi  sabitlik  ha-

kimiyyətin  fəaliyyət  mexanizminin  səmərəlilik  səviyyəsini  gös-

tərən başlıca amillərdəndir. Hakimiyyət  mövcud resurslarının 

fonunda  sabitliyin  təmin  edilməsi  üçün  müxtəlif  vasitə  və  me-

todlara istinad etməklə siyasi sabitliyə nail ola bilər. Ancaq is-

tifadə edilən metodların xarakterinə və mahiyyətinə görə siyasi 

sabitlik müvəqqəti və ya uzunmüddətli olur. Başqa sözlə, siyasi 

sabitliyin dayanıqlılığı hakimiyyətin istinad etdiyi resurslar və 

vasitələrin səciyyəsindən asılıdır. Mütəmadi surətdə zorakı me-

todlara istinad edilən, tez-tez konstitusiyası formal surətdə də-

yişdirilən,  fövqəladə  vəziyyət  elan  edilən,  parlamenti  buraxı-



70 

 

lan, dövlət başçısı və ya hökumətləri istefaya göndərilən, hərb-



çiləri mülki və inzibati vəzifələri həyata keçirən, dini, etnik və 

irqi  zəmində  qarşıdurmalar  yaranan  ölkələrdə  siyasi  sabitlik 

uzurpasiya  metodları  vasitəsilə  təmin  edilir  ki,  bu  da  uzun-

müddətli ola bilməz. Amma siyasi-hüquqi islahatların davamlı 

şəkildə aparıldığı, siyasi qüvvələrarası münasibətlərin rəqabət 

əsasında formalaşdırıldığı və hakimiyyətin effektivliyinin mak-

simum səviyyədə təmin edildiyi ölkələrdə uzunmüddətli sabitli-

yə nail olunması mümkündür. Bunların əsasında isə siyasi ida-

rəetmənin  səmərəliliyi  və  lider  faktoru  dayanır.  Başqa  sözlə, 

praqmatik fəaliyyət mexanizminə  malik olan siyasi liderin hə-

yata  keçirdiyi  effektiv  idarəetmə  siyasi  sabitliyin  təmin  olun-

masının əsasını təşkil edir”. 

Beləliklə, bütün bu təsbitlərin fonunda bir daha məlum olur ki, 

Ulu  öndər  Heydər  Əliyevin  praqmatik  strateji  kursunun  fonunda 

yuxarıda sadalanan problemlərin həll edilməsi və təməl strateji və-

zifələrə nail olunması, yəni, sürətli legitimləşdirmə tendensiyasının 

əsasının qoyulması, milli siyasətdə  ümummilli maraqların və mə-

nafeyin əsas götürülməsi, milli-etnik zəmində qarşıdurma meyilləri 

və  hallarının  qarşısının  alınması  kimi  fundamental  işlər  siyasi  sa-

bitliyin əldə edilməsini şərtləndirmiş oldu. 

Məhz  belə  bir  təsbitin  fonunda  qeyd  edə  bilərik  ki,  bütün  bu 

strateji  vəzifələrin  yerinə  yetirilməsinə  müvəffəq  olmaq  qısa  za-

man kəsiyində həyata keçirilən struktur islahatlarının fonunda ha-

kimiyyətin effektivliyinin təmin edilməsi sayəsində mümkün oldu. 

Siyasət  nəzəriyyəsində  hakimiyyətin  effektivliyi  dedikdə,  ilk 

növbədə,  hakimiyyətin  öz  vəzifə  və  funksiyalarını  yerinə  yetirmə 

səviyyəsini göstərən inteqral xüsusiyyətlərdən biri nəzərdə tutulur. 

Hakimiyyətin effektivliyinin meyarlarına isə məhz bunlar aid edi-

lir: hakimiyyətin legitimliyi və onun resurslarından səmərəli istifa-

də  edilməsi,  şaquli  və  üfüqi  hakimiyyət  strukturlarının  simmetrik 

koordinasiyası və fəaliyyət mexanizminin səmərəliliyi, hakimiyyət 

sərəncamlarının  analizinin  aparılmasının  təşkilati-texniki  və  kadr 

təminatı,  hakimiyyət  əmrlərinin  yerinə  yetirilmədiyi  halda  haki-




71 

 

miyyət  obyektlərinə  tətbiq  edilərək  daimi  sanksiyalar  sisteminin 



olması,  hakimiyyətin  effektiv  özünənəzarət  sisteminin  mövcudlu-

ğu və sair. 

Bütün  bu  meyarlara  nəzər  yetirdikdə  məlum  olur  ki,  1991-

1993-cü illər arasındakı zaman kəsiyindən fərqli olaraq Ümummil-

li lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən son-

ra görülən sistematik və kompleks strateji tədbirlərin sayəsində ha-

kimiyyətin  effektivliyi  təmin  edildi  və  qeyri-formal  milli  dövlət 

quruculuğu  prosesinin  mərhələli  surətdə  həyata  keçirilməsi  müm-

kün oldu. 

Əlbəttə,  ölkəmizdə  hökm  sürən  xaotik  və  anarxik  meyillərin 

neytrallaşdırılmasında, mürəkkəb siyasi-hüquqi kataklizmlərin qar-

şısının  alınmasında  və  ictimai-siyasi  sabitliyin  əldə  edilməsində 

Azərbaycan  xalqının  Ümummilli  lideri  Heydər  Əliyevin  liderlik 

keyfiyyətləri birinci  dərəcəli amil  kimi xüsusi rol oynadı.  Məhz  o 

cür  mürəkkəb  situasiyanın  fonunda  milli-etnik  və  subyektlərarası 

barışmaz ziddiyyətləri aradan qaldırmaq, simmetrik sosial inteqra-

siyanı  və  onun  davamlılığını  təmin  etmək,  xalqla  hakimiyyətin 

kommunikasiyasını və milli ideoloji həmrəyliyi təmin etmək kimi 

zəruri  strateji  funksiyaları  müvəffəqiyyətlə  yerinə  yetirən  Heydər 

Əliyev Azərbaycan xalqının Ümummilli lideri olmasını ölkəmizin 

müstəqilliyini qoruyub saxlamaqla və yeni inkişaf üfüqləri açmaq-

la bir daha sübut etdi. 

Siyasətşünaslıq  elmində  siyasi  liderlər  müxtəlif  meyarlar  əsa-

sında bir neçə qrupda təsnif edilir. İlk növbədə, təsdiqinə görə si-

yasi liderlər formal və qeyri-formal olmaq etibarilə iki qrupda təs-

nif  edilir.  Formal  liderlər  inzibati  qayda  və  resurslarla  müəyyən 

quruma  rəhbərlik  edən  şəxslərdir  ki,  onların  rəhbərliyi  rəsmi  xa-

rakter daşıyır və nüfuz-təsir imkanları bilavasitə rəsmi, inzibati re-

sursların  fonunda  müəyyən  edilir.  Qeyri-formal  liderlərin  isə  rəs-

mi,  inzibati  resurslarla  quruma  rəhbərlik  etməsi  şərt  deyil.  Onlar 

şəxsi  keyfiyyətləri və nüfuzları,  xarizmatik xüsusiyyətləri ilə mü-

əyyən  qurum  və  qrup  tərəfindən  lider  kimi  qəbul  edilirlər.  Bəzən 

bir şəxs həm formal, həm də qeyri-formal lider statusu daşıya bilir. 



Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə