HeydəR ƏLİyev siyasi İRSİNİn politoloji aspektləRİ



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə20/145
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#54448
1   ...   16   17   18   19   20   21   22   23   ...   145

63 

 

ta  toxunmaq  kifayət  edir.  Belə  ki,  o  zamankı  prezident  Əbülfəz 



Əliyevin  paytaxtı  tərk  edərək  ucqar  bir  əyalətin  əlçatmaz  bir 

kəndinə  getməsi  hakimiyyət  böhranının  yeni  mərhələyə  transfer 

olunmasını  şərtləndirdi.  Məhz  belə  bir  mürəkkəb  situasiyanın  fo-

nunda  ölkədə  yeni  prezident  seçkilərinin  keçirilməsi  zərurəti  var 

idi.  1993-cü  ilin  3  oktyabr  tarixində  keçirilən  prezident  seçkiləri 

demokratiklik səviyyəsi  və hüquqi prosedurlarına görə  əvvəlkilər-

dən birmənalı şəkildə kəskin  surətdə  fərqləndi.  Məlum olduğu ki-

mi, Azərbaycanda keçirilən ilk prezident seçkiləri təyinat xarakter-

li idi. Başqa sözlə, respublikanın ilk prezidenti Ayaz Mütəllibovun 

hakimiyyətin  ən  yüksək  pilləsində  əyləşməsi  xalqın  ali  iradəsi 

əsasında  baş  tutmamışdı.  Üstəlik,  mövcud  situasiyanın  fonunda 

prezident olmasına onun özü belə şübhə ilə yanaşırdı. Bunun nəti-

cəsi idi ki, A.Mütəllibovun siyasi karyerasının son akkordları iste-

falar  və  yenidən  dönüşlərlə  zəngin  oldu.  1992-ci  ildə  keçirilən 

növbəti prezident seçkiləri də, şübhəsiz, bir qrup hərəkatçının siya-

si iradəsi və qrup mənafelərinə müvafiq surətdə reallaşdırıldı. Baş-

qa sözlə, prezident olmağı arzu etməyən və uyğun olaraq xalq tərə-

findən arzu olunmayan şəxs bəhs etdiyimiz bir qrup siyasi avantü-

ristin  iradəsi  və  təzyiqi  ilə  “zorən”  prezident  elan  edildi.  Məntiqi 

olaraq bu siyasi şou da qısa bir müddətdən sonra başa çatdı. Bun-

dan sonra Azərbaycan xalqı ölkənin ayrı-ayrı subyektlər üçün siya-

si təcrübə laboratoriyası olmasına qəti etiraz edərək öz siyasi iradə-

sini  ortaya  qoydu.  Nəticə  etibarilə,  bunun  məntiqi  yekunu  3  ok-

tyabr  1993-cü  il  seçkiləri  ilə  başa  çatdı.  Məhz  bundan  sonra 

mövcud  problemlərin  həll  edilməsi  istiqamətində  sistematik 

strategiya ilə müşayiət olunan ardıcıl strateji addımlar atıldı. 

Həmin ərəfədə milli həmrəylik və bütövlüyə, ümummilli inki-

şaf və siyasi sabitliyə təhdid yaradan və mane olan başlıca amillər-

dən biri də müxtəlif xarici subyektlərin göstərişi və daxili qüvvələ-

rin iştirakı ilə həyata keçirilməyə cəhd edilən dövlət çevrilişləri idi. 

Məhz  bu  cəhdlər  xaricdən  idarə  edilən  daxili  antimilli  qüvvələrin 

formal  müstəqilliyə  malik  olan  milli  dövlətimizin  mövcudluğu  və 

təhlükəsizliyinə  qarşı  etdiyi  mənfur  sui-qəsd  idi.  Xarici  güclərin 



64 

 

milli və transmilli maraqları əsasında baş tutan çevriliş cəhdləri ilk 



zamanlarda ölkədə  hökm  sürən xaotik durumu daha da kəskinləş-

dirən amil qismində çıxış etməklə yanaşı, ölkədaxili qüvvələrarası 

antaqonist  münasibətləri  də  olduqca  şiddətləndirmişdi.  Məhz  bu 

cür dağıdıcı hallar ölkə daxilində bütün strukturların işini iflic et-

məklə  dərin  institusional  kataklizmləri  daha  da  kəskinləşdirmişdi. 

Bütün bunlar 1991-ci ildən 1993-cü ilədək davam edən hakimiyyət 

böhranı və boşluğunun, anarxiyanın doğurduğu faciəvi olaylar idi. 

Mövcud hakimiyyətin siyasi irrasionallığı, qeyri-praqmatik fəaliy-

yət  mexanizmi  məlum  çevriliş  cəhdlərinin  baş  tutmasına  real  zə-

min və imkan yaradan başlıca faktorlardan idi. 

Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən 

sonra  da  dövlət  çevrilişlərinə  cəhdlər  edilsə  də,  onların  qarşısı  si-

yasi  rasionallıqla zamanında atılmış  addımlar və  görülmüş  tədbir-

lər sayəsində alındı. Digər tərəfdən, əgər 1991-1993-cü illər ərə-



fəsində  edilmiş  çevriliş  cəhdləri  hakimiyyət  boşluğu  və  böhra-

nından,  ölkəyə  rəhbərlik  edən  şəxslərin  siyasi  irrasionallığın-

dan  qaynaqlanırdısa,  1993-cü  ildən  sonrakı  cəhdlər 

Ümummilli lider Heydər Əliyevin siyasi sabitliyi və ümummilli 

bütövlüyü  təmin  etmək  üçün  gördüyü  tədbirlərə  əks  reaksiya 

idi. Başqa sözlə, Ulu öndərin sistematik tədbirlər planının fonunda 

məlum  çevriliş  cəhdlərinin  arxasında  və  əsasında  duran  dağıdıcı 

daxili  və  xarici  qüvvələr  ölkəmizdə  siyasi  sabitliyin  təmin 

edilməsinə  yönəlik  strateji  tədbirlərin  qarşısını  almağa  və  ölkədə 

yenidən  anarxiya  mühitini  bərpa  etməyə  çalışırdılar.  Amma 

ölkədəki  situasiya  əvvəlki  kimi  deyildi.  Ulu  öndər  Heydər 

Əliyevin  sürətli  strateji  tədbirlər  planı  və  milli  siyasəti  sayəsində 

ictimai-siyasi  palitrada  kardinal  səciyyə  daşıyan  mərhələli 

reformativ  tədbirlər  görülmüşdü  və  bunun  sayəsində  bölücü 

faktorların  neytrallaşdırılması  mümkün  idi.  Bütün  bu  strateji 

tədbirlərin sayəsində məhz bu cür də oldu, yəni bölücü faktorların 

neytrallaşdırılmasına  və  ictimai-siyasi  müstəvidə  siyasi  sabitliyin 

təmin olunmasına nail olundu. 

3-4 oktyabr 1994-cü il hadisələrinin müvafiq profilaktik tədbir-




65 

 

lərin  görülməsi  sayəsində  qarşısının  alınmasından  sonra  ölkəmiz 



bölücü  xarakterli  çevriliş  cəhdlərinin  son  halqası  olan  16  mart 

1995-ci il hadisələri ilə qarşı-qarşıya qaldı. Bu qiyam, əslində, 3-4 

oktyabr hadisələrinin məntiqi davamı idi. Çünki hər iki akt eyni bir 

mərkəzdən  idarə  olunurdu  və  analoji  məqsədlərə  xidmət  edirdi. 

Son  məqsəd  isə  70  illik  fasilədən  sonra  öz  müstəqilliyini  yenidən 

əldə  etmiş  Azərbaycanı  müxtəlif  spontan  qüvvələrin  iştirakı  ilə 

parçalamaq, ölkəni xarici qüvvələrin transmilli maraqlarına müva-

fiq  surətdə  zəiflədərək  idarəolunan  qeyri-suveren  subyektə  çevir-

mək idi. Məhz belə bir mövqeyin fonunda isə son hədəf Azərbay-

canı federativ dövlət formasına çevirmək və belə bir  konfederasi-

ya şəraitində ölkəni periferiyaya döndərmək idi. 

O  zaman  təbii  strateji  müttəfiq  kimi  qəbul  etdiyimiz  milli 

aktorlardan  birinin  məhz  bu  çevriliş  cəhdinə  göstəriş  verməsi 

bir daha sübut etdi ki, məhz belə bir situasiyanın fonunda milli 

həmrəyliyin və ictimai-siyasi sabitliyin təmin edilməsi bilavasi-

tə  milli  qüvvələr  və  resurslar  hesabına  baş  tuta  bilər.  Çünki 

həmin təşəbbüs bir daha göstərdi ki, milli maraqlar milli-etnik 

identiklik və ortaq tarixi keçmişdən öndə duran dəyişməz stra-

teji istinad nöqtəsi və məfhumudur. Belə ki, xalqımızla eyni ta-

rixi  keçmişə  və  ortaq  dəyərlərə,  milli  etnik  identikliyə  malik 

olan dövlətlərdən birinin ölkəmizdə xaos və anarxiya ilə müşa-

yiət  ediləcək  çevrilişə  cəhd  etməsi  bütün  ortaq  dəyərlərin  üs-

tündən xətt çəkilməsinə və korporativ səciyyəli strateji maraq-

ların  təmin  edilməsi  naminə  milli-etnik  identiklik  faktorunun 

arxa plana keçirilməsinə dəlalət edirdi. Azərbaycanı federasiya 

ilə  konfederasiyanın  bir  sıra  xüsusiyyətlərindən  təşkil  edilmiş 

siyasi  təsisatda  periferiyaya  çevirmək  istəyən  həmin  qüvvələr, 

əslində, ölkəmizə qarşı yeni növ istismarçı müstəmləkə siyasəti 

yeridirdilər. Məhz bu cür siyasətin uzantısı kimi ölkəmizi “ar-

xa  bağça”ya  çevirmək  üçün  “Cənubi  Qafqaz  şahmat  taxta-

sı”nda  ardıcıl  həmlələr  edilir  və  ölkədaxili  siyasi  proseslərə 

xaotik və anarxik oriyentasiya verilməyə çalışılırdı. 

Amma  “Biz  Azərbaycanı  bu  vəziyyətdən  çıxarmağa  qadi-




Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə