Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə37/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   33   34   35   36   37   38   39   40   ...   211

Plazmaəritmə 

 

71 


 

şalması  və ya plazmayandırıcısınn köməyi ilə 

aparılır.  Qövs qurğularında həm sabit, həm də 

dəyişən  cərəyanla  işləyən  qövslər  bir  və  ya  üç 

qrafit  elektrodlarının  köməyi  ilə  əridilən 

materialın  yaxınlığında  yandırılır.  Burada 

tətbiq  edilən  elektrik  cərəyanının  gücü  100 

MV  olur.  Gücü  10  MV    olan  plazma  yan-

dırıcıdan  əsasən  kiçik  həcmdə  (əlvan  matal, 

xüsusi  metallar)  materialların  əridilməsində 

istifadə edilir.   

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəkil 1. Plazmaəritmə üçün qurğu 

 

(alm. das Plasmaschmelzen, ingl. 



Plasma mel-

ting



 



Plazmagenerator  plasma  şüasının  yara-

dılması  üçün  qurğudur.  Plasma  əldə  etmək 

üçün istifadə olunan enerji təsirlərindən  asılı 

olaraq  aşağıdakı  generatorlar  mövcuddur. 

Plazma  generatorunda  qazboşalması  işçi 

qazla  əhatə  olunmuş  katod  və  anod  rolunu 

oynayan  pəstah  (şəkil  1a)  və  ya  da  ucluq 

(şəkil  1b)  arasında  sabit  cərəyanla  yaranan 

işıq  qövsü  ilə  əldə  olunur.  Əksər  hallarda 

kombinasiya  edilmiş  quruluşdan  istfadə 

edilir  (şəkil  1c).  Bu  halda  ucluğa  əlavə  po-

tensial  verilir.  Cərəyan  dövrəsində  mü-

qavimətdən asılı olaraq  qövs cərəyanı  ucluq 

və pəstah arasında paylanır. Dəyişən cərəyan 

qövsü  ilə  əlavə    enerjinin  verilməsi  müm-

kündür.  Çox  vaxt  satabil  qövs    plazmasının 

əldə  edilməsi  üçün  payı  5%  olan  enerji  sabit 

cərəyan  işıq  qövsü  ilə  verilir  (şəkil  1d).  

Plazma  ilə  işləyən  sobalarda  bir  ucluqla  bir-

ləşmiş  üç  dəyişən  cərəyanla  işləyən  plazma 

yandırıcı  çevrəvi  cərəyana  qoşulur.  Bu  döv-

riyyənin  ulduz  nöqtəsi  ərimə  zonasında  yerlə-

şir.  

İşıq  qövsünün  ayaq  nöqtələrində  elektrodlar 



yüksək  termiki  təsirə  məruz  qalırlar.  Buna 

baxmayaraq  uzunömürlülüyün  təmin  edilməsi 

üçün  işıq  qövsünün  yeri  anod  üzrə  sü-

rüşdürülür.  

Yüksəktezlikli  plazma  generatorunda  çox 

vaxt  enerji  əlaqəsi  induktiv  olaraq  baş  verir. 

Yüksək  tezlikli  generatorun  gücü  4÷20  kVt 

arasınd  yerləşir.  Su  ilə  soyudulan  indikator 

boru  generatoruna  birləşdirilir.  İşçi  tezlik 

əsasən  1÷30  mHs  arasında  olur.  Yüksək  tez-

liklə dəyişən sahədə elektrik keçirici plazmada 

burulğan  yaradılır.  Onun  Coul  enerjisi  qızdır-

ma təsiri əmələ gətirir. Proses stasionar plazma 

axınında  özünü  stabil  saxlayır.  Plazmanı  işə 

salmaq  üçün  işçi  qazın  əvvəlcədən  ionlaş-

dırılması gərəkdir. Bu işıq qövsünün ani olaraq 

yandırıb/söndürülməsi  ilə  əldə  edilir.  Yüksək 

tezlikli  plazma  heç  bir  elektroda  malik  deyil, 

ona görə də onun yaratdığı şüa yanmış məhsul-

larla  çirklənmir.  Bu  baxımdan  yüksək  tezlikli 

plazma  üsulu  yüksək  təmizlik  tələb  olunan 

hallarda  tətbiq  olunur  (məsələn:  kristalların 

hazırlanması).    

Şəkil  1.  Plazma  generatorunda  qövs  qapanmasının 

növləri 

 

(alm.  der  Plasmagenerator,  ingl.    Plasma  gene-



rator)


Plazmayandırıcı 

 

72 


 

Plazmayandırıcı  xüsusu  qurğu  olub,  elektrod 

və  pəstah  arasında  əmələ  gələn  işıq  qövsünü 

xüsusu  ucluğun  köməyi  ilə  lazım  olan  yerə 

verməyə qadirdir  (şəkil 1).  



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəkil 1. Plazmayandırıcının prinsipal təsviri. 

 

Ucluğun  köməyi  ilə  işıq  qövsünün  nazikləş-

dirilməsi  və  eyni  zamanda  onun  qazla  ionlaş-

dırılması  sayəsində  elektrodun  ucunda  pəstaha 

yönəlmiş  yüksək  sıxlığa  malik  enerji  toplanır.  

Plazmada  yığılmış  enerji  pəstahın  qızdırıl-

masına  sərf  olunur.  Plazma  qazı  kimi  Ar,  Не, 

N

2



 və NH

4

 götürülür. Əldə olunan güc 30÷200 



kV arasında yerləşir.  

Plazmayandırıcının ən çox  yük düşən hissəsi 

onun ucluğudur.  O, bir tərəfdən termiki təsirə 

məruz  qalır,  digər  tərəfdən  pəstahla  arasında 

yaranan  işıq  qövsünün  təsirindən  aşına  bilir. 

Buna  görə  də,  ucluq  kimi  çox  vaxt  keramika 

materialından  istifadə  olunur.  Belə  ucluqlar  iş 

zamanı  daxilində  yerləşmiş  deşiklərin  köməyi 

ilə  soyudulur.  Deşiklərdən  vurulan  su  işçi 

zonaya  daxil  olur  və  eyni  zamanda  ucluğun 

kritik  en  kəsiyində  plazma  axını  və  ucluğun 

divarları  arasında  buxar  qatı  əmələ  gətirir.  

Yandırıcının  tətbiq  sahəsindən  asılı  olaraq 

oksidləşmənin  qarşısını  almaq  və  pəstahın 

səthinin  soyudulması  üçün  ucluğa  əlavə 

qoruyucu qaz da daxil edilir.  



 

(alm. der Plasmabrenner, ingl. Plasma torch

 

Plotter  (yunanca: 

γράφω


 -

  çəkirəm  demək-

dir)  böyük  formatlı  (A0-a  qədər)  cizgilərin, 

xəritələrin və digər qrafiki  informasiyaların    

 

adi  və  ya  transparent  kağızlara   yüksək  dəqiq-



liklə  avtomatik  köçürülməsinə  xidmət  edir.  İş-

ləmə  prinsipinə  görə  onlar  müxtəlif  kons-

truksiyalara malik olurlar.  

Klassik  plotterlər  şrift  plotterdir.  Bu,  tuşla 

çəkən  qələmə  malik  maşın  olub,  koordinat 

oxları  böyunca  rəqəmli  idarə  olunur.  Bəzi 

hallarda  bu  plotterdə  bir  neçə  sayda  rəngli  

qələmdən istifadə etmək olur. Quruluşuna gərə 

yastı-kağızın  qırağı  boyunca  sürüşən  və  diyir-

lənən –metal yönəldicilər boyunca sürüşən şrift 

plotterləri  mövcuddur.  Plotterlər əyrixətli  kon-

turları  idarəetmə  sisteminin  köməyi  ilə  yarat-

dığından, onun dəqiqliyi aşağıdır. 

Son  illər  yaranmış  elektrostatik  plotterlər 

cizgiləri  rasterə  (kvadrat  torlara)  bölür  və  çap 

edir.  Raster  dəqiqliyi  600dpi-yə  qədərdir. 

Kompyüterdən  verilən  informasiya  əsasında 

xüsusi  darağın  köməyi  ilə  elektrostatik 

yüklənmiş  kağız  üzərində  aparılan  çapetmədə 

başlıqdan  verilən  rəng  yalnız  yüklənmiş  yer-

lərdə  yapışıb  qalır.    Bu  plotterlər  online  reji-

mində işlədiklərindən çox effektivlidirlər.  

Adi çap qurğularından məlum olan mürəkkəb 

püskürtmə  başlığı  (şırnaqlı)  inkişaf  etdirilərək 

plotterlərdə tətbiq olunur (şəkil 1).  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil  1.  Rəng  püskürdücü  başlıqlı  plotter  (Canon 

firması). 

 

O,  çizgi  və  şəkillərin  rəngli  çapına  imkan 



verir.    Çatışmayan  cəhəti  ondan  ibarətdir  ki, 

çap olunmuş cizgi müəyyən quruma vaxtı tələb 

edir.



Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə