Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə38/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   34   35   36   37   38   39   40   41   ...   211

Plotter 

 

73 


 

Son zamanlar →lazerlə işləyən plotterlər ge-

niş  yayılmışdır.  Onların  işləmə  prinsii  adi  çap 

qurğularına bənzəyir (şəkil 2 və 3).  

 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

Şəkil 2. Lazerlə çapetmə 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 3. Lazer plotteri (Xerox firması) 

 

Çap  başlığının  əsasını  fotokeçirici  ilə 



örtülmüş  baraban  təşkil  edir.  Öncə  çap 

barabanı elektrostatik mənfi yüklənir. Sonra o, 

işıqlanma  (1)  ilə  lazım  olan  yerlərdə  elə  yük-

lənir  ki,  bunun  köməyi  ilə  rəng  barabanın 

üzərinə  çəkilə  bilsin.  İşıqlanmış  yerlərdə 

baraban  keçirici  kimi    öz  yükünü  itirir.  İşıq-

landırma  üçün  lazer  şüası  fırlanan  güzgülər 

vasitəsilə  sətirbəstir  barbanın  üzərinə  salınır 

(3).  Alınan  şəkildə  rəngin  müxtəlif    səviy-

yələrini  əldə  etmək  üçün  barabandakı  yüklər 

tədricən  (256  pillədə)  azaldılır.  Rəngi  kağıza 

köçürmək  üçün  mənfi  yüklənmiş  rəng  (2),  

lazerlə  raster  şəklində  yüklənmiş  çap  bara-

banına  yaxınlaşdırlır.  Bu  zaman  çap  barabanı 

yalnız lazerlə işıqlandırıldığı yerdə rəngi özünə 

götürür,  onu  ya  bir  başa  kağıza,  və  ya  aralıq 

diyircəyinə (4) köçürür. 

 

(alm. der Plotter, ingl. Plotter ) 



 

Plunjer  hamar  səthli,  uzunluğu  diametrindən 

çox  böyük  olan  porşendir.  Porşendən  fərqi 

ondan  ibarətdir  ki,  burada  kipləşdirici  sırğalar 

silindrin  daxilində  yerləşirlər  və  plunjerin  irəli 

geri  hərəkəti  zamanı  onun  səthi  üzrə  sü-

rüşürlər.  Əsasən  hidravlik  maşınlarda  geniş 

istifadə  olunurlar.  Onların  tətbiqinə  həmçinin 

nasoslarda,  hidravlik  preslərdə,  qaldırıcı  ma-

şınların  hissələrində,  hidravlik  ötürmə  siste-

mində  və  çoxpilləli  qaz  kompressorlarında 

(ventil)  rast  gəlinir.  Dizel  mühərriklərində 

yanacağın verilməsi üçün tətbiq olunan yüksək 

təzyiqli  yanacaq  nasosunda  da  plunjer  cütləri 

artıq çoxdandır istifadə olunur. 

 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 1. Plunjer cütü 

 

(alm. der Plunger, ingl. Plunger



 

Plunjer  nasosu    porşenli  nasoslarla  oxşar 

olub,  əsas  fərqi  plunjerlərin  tətbiqindən  iba-

rətdir.  Plunjer  nasosları  sadə  və  çox  təsirli, 

həmçinin  iki  pilləli  plunjerlərlə  işləyən  di-

ferensial nasoslara bölünürlər.  

Plunjer  yuxarıya  hərəkət  etdikdə  sorma 

nəticəsində  sorma  ventili  açılır  və  su  nasosun 

içərisinə  daxil  olur.  Aşağıya  hərəkət  zamanı 

sorma  ventili   öz  ağırlığının  təsiri altında  bağ-

lanır  və  təzyiq  ventili  açılır.  Bu  zaman  su 

təzyiq  borusuna  vurulur.  Zərbəşəkilli  sovurma 

bu 


nasoslar 

üçün 


səciyyəvidir. 

Təzyiq 



Plunjer nasosu 

 

74 


 

qazanının  köməyi 

ilə  vurulan  su  sa-

bit  cərəyana  çev-

rilir.  Çəndə  bağ-

lanmış  hava  rəqs-

söndürcü  rolunu 

oynayır. 

Sorma 

qazanı  da  həmçi-



nin  səlis  su  axı-

nına  xidmət  edir. 

Çox  su  vurulması 

lazım  gəldikdə  və 

ya  su  axınının  sa-

bit  olması  lazım 

gəldikdə  çox  tə-

sirli  plunjer  na-

soslarından  istifa-

də  olunur.  Prak-

tikada  bu  nasos-

ların  yalnız  iki  tə-

sirli  olanı  geniş 

yayılmışdır. 

 Plunjer nasosla-

rı  porşenli  nasos-

lara  nisbətən  yüksək  təzyiqlərdə  işləmək 

qabiliyyətinə  malikdirlər.  Bunun  əsası  ondadır 

ki, plunjerin səthlərində əldə ediləbilən yüksək 

təmizlik  porşenli  nasoslarda  çətin  emalolu-

nabilən  silindrlərdə  təmin  olunmalıdır.  Müasir 

plunjer  və  rotor-plunjerli  hidromaşınların  his-

sələrinin  emal  dəqiqliyi  elə  yüksəkdir  ki, 

plunjer  cütlərində  daxili  və  xarici  silindrik 

səthlər arasındakı  boşluq  2÷3  mkm həddindən 

kənara çıxmır. Buna görə də, plunjer cütlərinin 

tab gətirə biləcəyi təzyiq çox yüksəkdir. Məsə-

lən  dizel  mühərriklərində  yanacağın  verilməsi 

üçün  yaradılan  təyziq  200  mPa-a  qədər  ola 

bilir. 


 

(alm. die Plungerpumpe, ingl. Plunger pump

 

Pnevmatik  idarəetmə  sistemi    maşınların 

ötürmə sistemlərində hərəkəti, sıxılmış hava ilə 

işləyən  hissələrlə  idarə  edir.  Şəkil  1-də  bu 

idarəetməyə misal kimi metalkəsən dəzgahının 

veriş  ötürmə  sisteminin  pnevmatik  idarəsi  

verilmişdir.  Sistemdə  hava  təzyiqi  10  bar-a 

qədər  məhdudlaşdığından,  o,  məhdud  veriş 

qüvvələrini götürə bilir. Təzyiqin böyüdülməsi 

yalnız  silindrin  diametrinin  böyüdülməsi  ilə 

Şəkil  1.  Dəzgahın veriş  ötürməsinin  pnevmatik ida-

rəsi 

 

əldə  edilə  bilər.  Amma  bu,  dəzgahlarda  və 

digər maşınlarda yer problemi yaradır. Şəkildə 

göstərildiyi  kimi,  veriş  xizəyi  (b)  pnevmatik 

silindr (a) tərəfindən hərəkət etdirilir. Əksəlaqə 

drosselinin  (c)  tənzimlənməsi  ilə  (d)  silin-

drində  yağın  axınına  təsir  edilir  və  bununla 

veriş sürəti dəyişilir. Filtr, təzyiq ventili və yağ 

çənindən  ibarət  olan  təminedici  düyümün  (e

vəzifəsi  sıxılmış  hava  impulsunu  pnevmatik 

ventilə (f) ötürməkdir. Ventil (f) veriş xizəyinin 

irəli və geri hərəkətinə uyğun olan iki vəziyyəti 

alır.  Xizək  qabağa  çatdıqda  oradakı  dəstəklə 

əlaqədə olan ventili (i) sıxır və bununla geriyə 

hərəkəti icra edir.       

Gecikmə  ventili  (g),  təzyiq  ventilindən  (h

gələn  daimi  siqnalın  verilmiş    həddə  çatdıqda  

kəsilməsinə  xidmət  edir.    Təminedici  düyüm 

(e)  vasitəsilə  qurğunun  sağ  tərəfində  sadə 

işləmə sxeminə malik silindrdən (k) maye axır. 

Dəstəkli ventil (m) dönən diyircəkli ventilin (l

köməyi  ilə  sxılmış  hava  silindrinin  (j

işləməsini idarə edir.  



Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə