6
quldurluq - özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və
ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı
olan basqın.
üçüncü şəxslərin qərəzli və qanuna zidd olan hərəkətləri – Sığortalanmış avtonəqliyyat
vasitəsini idarə etmək hüququna malik olan şəxsin işçilərindən və ya onunla müqavilə
münasibətlərində olan şəxslərdən başqa hər hansı digər şəxsin etdiyi qərəzli və qanuna zidd
olan hərəkətlər.
4.3. ƏLAVƏ QURAŞDIRILMIŞ AVADANLIQ ÜZRƏ ƏLAVƏ TƏMİNAT
4.3.1. Sığortaçı və Sığortalı arasında əldə edilmiş xüsusi razılığa əsasən, əlavə sığorta haqqının
ödənilməsi və Sığorta Şəhadətnaməsinə qəbul edilmiş Əlavələrdə göstərilməsi şərti ilə,
sığorta müddəti ərzində və razılaşdırılmış sığorta məbləği(ləri) çərçivəsində, hazırkı
Qaydaların 4.2. bəndində göstərilən risklərin baş verməsi nəticəsində sığortalanmış
avtonəqliyyat vasitəsinə əlavə quraşdırılmış avadanlıqlar itirilərsə, məhv olarsa və ya
zədələnərsə (bu Qaydalırın şərtlərinə, müddəalarına, istisnalarına və təminatına müvafiq
olaraq) Sığortaçı Sığortalıya həmin avadanlıqların zədələnməsi, itirilməsi və ya məhv olması
anına olan bazar dəyərini və ya dəyən zərərin məbləğini ödəyəcək və ya əlavə quraşdırılmış
avadanlıqları və ya onların bir hissəsini bərpa və ya eyni tipli avadanlıq ilə əvəz edəcək
(köhnəlməyə görə müvafiq məbləğin və, əgər sığorta müqaviləsi ilə şərtləşdirilibsə,
azadolma məbləğinin çıxılması şərti ilə).
4.3.2. Hazırkı Qaydalara müvafiq olaraq əlavə quraşdırılmış avadanlıq dedikdə sığortalanmış
avtonəqliyyat vasitəsinə daimi quraşdırılmış, istehsalçının sənədlərinə (avtonəqliyyat
vasitəsinin normativ-texniki sənədlərinə) görə avtonəqliyyat vasitəsinin komplektliyinə daxil
olmayan mexanizmlər, qurğular, cihazlar və digər avadanlıqlar nəzərdə tutulur, o cümlədən:
xüsusi rənglənmə, aeroqrafiya;
tele-, radio- və audioaparatura;
naviqasiya və rabitə vasitələri;
avtonəqliyyat vasitəsinin salonunda və banında(kuzovunda) quraşdırılmış avadanlıqlar
işıqlandırma qurğuları, ksenon faralar (lampalar) ;
təkərlər (şin və disklər).
4.3.3. Yalnız sığorta müqaviləsinin müvafiq Əlavəsində adı, markası, modeli, sayı və sığorta
məbləği göstərilən əlavə quraşdırılmış avadanlıqlar sığortalanmış hesab olunurlar.
Quraşdırılması (montaj olunması) tələb olunmayan avadanlıqlar hazırkı Qaydalar əsasında
bağlanmış sığorta müqaviləsi ilə sığortalana bilməz.
4.3.4. Sığorta müqaviləsinin müddəti ərzində sığortalanmış avtonəqliyyat vasitəsinə yeni
quraşdırılmış avadanlıqların sığortalanması bağlanmış sığorta müqaviləsinə müvafiq
Əlavənin buraxılması və Sığortalı tərəfindən əlavə sığorta haqqının ödənilməsi yolu ilə
rəsmiləşdirilir. Yeni quraşdırılmış avadanlıqların sığortalanmasına dair buraxılmış Əlavənin
müddəti sığorta müqaviləsinin müddətindən çox ola bilməz.
4.4. SIĞORTA MƏBLƏĞİ VƏ SIĞORTA DƏYƏRİ
4.4.1. Sığorta dəyərinin müəyyənləşdirilməsi zamanı tərəflər qüvvədə olan qanunvericiliyə və
aşağıdakı müddəalara əsaslanmalıdırlar.
7
4.4.2. Sığorta olunacaq avtonəqliyyat vasitəsinin sığorta dəyəri aşağıda göstərilənlərdən biri
əsasında müəyyən edilir:
sığorta müqaviləsi bağlanan zaman sığorta olunacaq avtonəqliyyat vasitəsinin mövcud olan
bazar qiyməti, avtonəqliyyat vasitəsinin bazar qiyməti rəqabət şəraitində, satıcı və alıcının
avtonəqliyyat vasitəsi barədə tam məlumatı olması şərti ilə və razılaşmanın qiymətinə hər
hansı fövqəladə hadisələrin təsiri olmadıqda, həmin avtonəqliyyat vasitəsinin satılması üçün
mümkün olan qiymətdir;
ticarət təşkilatı tərəfindən verilmiş hesab (qəbz) və ya alqı-satqı müqaviləsi;
Sığortaçının eksperti tərəfindən aparılmış qiymətləndirmə.
4.4.3. Avtonəqliyyat vasitəsinə əlavə quraşdırılmış avadanlıqların sığorta dəyəri avadanlıqların
sığorta müqaviləsi bağlanan zaman bazar qiyməti, çek, hesab, qəbz, alqı-satqı müqaviləsi,
Sığortaçının eksperti tərəfindən aparılmış qiymətləndirmə və ya avadanlığın dəyərini
təsdiqləyən digər sənəd əsasında müəyyən edilir.
4.4.4. Sığorta olunacaq avtonəqliyyat vasitəsinin dəyəri sığorta olunacaq əlavə quraşdırılmış
avadanlıqların dəyərində artır.
4.4.5. Sığorta müqaviləsində və ya sığorta müqaviləsinə qəbul edilmiş müvafiq Əlavədə başqa hal
nəzərdə tutulmayıbsa, sığorta olunacaq avtonəqliyyat vasitəsi və ya əlavə quraşdırılmış
avadanlıq üzrə sığorta məbləği onların sığorta dəyəri məbləğində müəyyən edilir və Sığorta
Şəhadətnaməsində və ya sığorta müqaviləsinə qəbul edilmiş müvafiq Əlavədə göstərilir.
4.4.6. Sığorta məbləği sığortalanmış avtonəqliyyat vasitəsinin və, əgər sığortalanıbsa, əlavə
quraşdırılmış avadanlığın sığorta dəyərindən artıq ola bilməz və Sığortaçı sığorta məbləğinin
sığorta dəyərindən artıq olan hissəsi üzrə heç bir məsuliyyət daşımır və ödəniş həyata
keçirmir.
4.4.7. Sığortalı (Faydalanan şəxs) sığorta müddəti ərzində sığortalanmış avtonəqliyyat vasitəsinin
və, əgər sığortalanıbsa, əlavə quraşdırılmış avadanlığın dəyərinin artması haqqında
Sığortaçıya dərhal xəbər verməlidir. Bu halda, sığorta haqqı və sığorta məbləği üzrə sığorta
müqaviləsində dəyişikliklər edilir və Sığortaçıya müvafiq bildirişin daxil olması tarixindən
sığorta haqqı yenidən hesablanır. Sığortalanmış avtonəqliyyat vasitəsinin və, əgər
sığortalanıbsa, əlavə quraşdırılmış avadanlığın dəyərinin artması haqqında bildirişin
verilməməsi halında bu Qaydalar ilə müəyyən edilmiş natamam sığorta haqqında müddəalar
tətbiq edilir.
4.4.8. Sığortalıya (Faydalanan şəxsə) sığorta ödənişinin verilməsi halında, müvafiq sığorta məbləği
həyata keçirilmiş sığorta ödənişinin həcmində azalır. Sığorta məbləği sığorta hadisəsinin baş
verməsi günündən azalmış hesab edilir.
4.4.9. Zədələnmiş avtonəqliyyat vasitəsi təmir olunduqdan sonra Sığortalı əlavə sığorta haqqı
ödəyərək sığorta məbləğini bərpa edə bilər.
4.5.
ŞƏRTSİZ AZADOLMA
4.5.1. Sığorta müqaviləsində şərtsiz azadolma, yəni sığorta hadisəsi baş verdiyi halda Sığortaçı
tərəfindən ödənilməyən Sığortalının xərclərinin bir hissəsi müəyyən edilə bilər.
4.5.2. Azadolma Sığortalının
və Sığortaçının razılığı əsasında təyin edilir, Sığorta
Səhadətnaməsində və ya hazırkı Qaydalarda və ya sığorta müqaviləsinə qəbul edilmiş
müvafiq Əlavələrdə göstərilir, hər bir sığorta hadisəsi üzrə «Natamam sığorta haqqında
şərt»in tətbiq olunmasından sonra tətbiq edilir.