35
O parlaq, möhtəşəm kaşanələrdən,
Bu gün ıssızca bir viranə qaldı.
Çömləkçilər də eyni sözləri işçi ahəngilə təkrar edib çalışırlar.
Bu sırada Q u l a m əlində qırbac gəlir.
Q u l a m
Haydı, yoldan çəkilin, haydı...
Ç ö m l ə k ç i u s t a
Nə var?
Q u l a m
Seyrə çıqmış da saraydan qızlar,
Haydı yüzlər divara!
X ə y y a m
Oldumu ya?!
Göz niçindir əcəba?
Q u l a m
Sus, budala!..
Qırbacla vurar. Sabbah yola baqar.
S a b b a h
(təlaşla)
İştə, Sevda... Bəni birdən tanısa
Qızaraq verdirir əlbəttə cəza.
Sabbah çadırların arqasına keçər. Bu sırada S e v d a qara qulların daşığı təxt-rəvanda
gələr, ətrafında saray qızları coşğun bir sevinclə şərqi söylərlər.
36
Q ı z l a r
Alqış təbiətə,
Alqış bu sən’ətə
Dönmüş də cənnətə,
Hər yer gülümsüyor.
Sərməst olub bahar,
Hər səmtə gül saçar,
Yüzlər gülümsüyor,
Yüzlərdə nəş’ə var.
Qızlar əllərindəki çiçəklərdən birər-birər ayırıb Sevdanın ayaqlarına atarlar.
Xəyyam əskin baqışlarla onları süzər.
X ə y y a m
Bu gözəl yosmaların çiynədiyi,
Hər çiçək bir gözəlin göz bəbəyi.
S e v d a
Bana munis kibidir iştə bu səs.
(Xəyyama)
Söylə, kimsin? Nəçisin?
X ə y y a m
Bir bikəs.
S e v d a
Hanki sən’ətlə məraq etdin sən?
X ə y y a m
İzlərim göydəki yıldızları bən,
Lakin onlar pək uzaqdan daha şən,
Daha dilbər və gözəldir, bilsən,
Bizə yaqlaşdımı, bəsbəlli, yaqar,
O alav səndəki gözlərdə də var.
37
S e v d a
(nədimələrə)
Bəni titrətdi bu coşqun sözlər.
X ə y y a m
(ətrafa)
Nə qadar işvəli, süzgün gözlər.
Q ı z l a r
Sevda, gedəlim, Sevda,
Xaqan darılır duysa.
Şaşqındır o divanə,
Gəl, gəl, oluruz rüsva.
S e v d a
Sus, onda fəzilət var,
Qüdrət və cəsarət var.
Çarpınmada, baq, könlüm,
Bilməm ki, nə hikmət var.
Sevda və qızlar gedərlər, Xəyyam onlar getdiyi tərəfə baqaraq, coşğun
.
X ə y y a m
Nədir, bilməm, günahım, məst ikən gözlər visalından,
Bənim məhrum olan, ey nazlı afət, gül cəmalından;
Dəmin ilham alırkən şe’rə bənzər hər məqalından,
Keçər yıllar, xəbər tutmam sevincindən, məlalından.
Könül sənsiz səfa duymaz şəfəqlərdən, çiçəklərdən,
Bütün ruhumda, vicdanımda sənsin, ah... yalnız sən...
Sənin eşqinlə ruhum çırpınırkən, sızlar, inlərkən,
Pərişan, xəstə halım hiç keçərmi bir xəyalından?!
Bu sırada əskəri musiqi ətrafı çınlatır. Sabbah çadırın arqasından çıqaraq yola baqar.
38
37
S a b b a h
Bu nə?
R ə m z i
Alp Arslan, o məğrur insan
Geri dönmüş sanırım Ceyhundan.
Orda etmişdi əhali isyan,
Görünür, susmuş o qızğın tufan.
X ə r a b a t i
(Rəmzinin qolundan tutub)
Nəmə lazım, baqalım keyfimizə, zevqimizə,
(Xəyyama)
Gedəlim, haydı!..
S a b b a h
Saqın, şimdi sizə
Verəməm sevgili Xəyyamı.
R ə m z i
Niçin?
S a b b a h
Çünki fürsət çıqar əldən.
H a c i b
(iki qulamla gələr)
Çəkilin!
A l p A r s l a n ətrafını saran saray ərkanı və ordu ilə bərabər gəlir.
39
Y a v ə r
Yaşasın qutlu, yenilməz xaqan!
C a m a a t
Yaşasın Alp Arslan!
Y a v ə r
Parlayıb bəxti, səadət bulsun!
C a m a a t
Yaşasın!..
Bu sırada qolları zəncirli Y u s i f adlı bir dəliqanlı arqadan gələrək nifrətlə bağırar.
Y u s i f
Rədd olsun!..
A l p A r s l a n
Susdurun! Kimdir o?
Y a v ə r
Yusif məl’un.
C a m a a t
Yaşasın!
Y u s i f
(daha kəskin)
Məhv olsun!
Y a v ə r
Səni Ceyhunda niçin asmadılar?
40
Y u s i f
Şimdi asdır!
A l p A r s l a n
Bu nə, miskin canavar!
(Yavərə)
İki gün sonra asılsın o dara!
İbrət olsun bütün isyançılara.
Gedirlər, Yusifi də bərabər aparırlar. Sabbah Xacə Nizama yaqlaşır
.
S a b b a h
Yaşasın xaqan!
Q u l a m
Sus!
X a c ə N i z a m
O kimdir, əcəba?
S a b b a h
Möhtərəm Xacə, vəfa, əhdə vəfa.
X a c ə N i z a m
(qulamlara)
Çəkilin, haydı!
(Sabbahın əlini sıqaraq)
Əzizim Sabbah.
Nerdəsin?
41
S a b b a h
Bir qadar oldum səyyah.
X a c ə N i z a m
Nerdə Xəyyam? O, Nişaburdamı ya?
S a b b a h
(kənarda durmuş dalğın Xəyyamı göstərərək)
Sizi görmək diliyor iştə o da.
X a c ə N i z a m
Ah, o Xəyyammı? Nə pəjmürdə xəyal...
(qucaqlayıb öpər)
Bir böyük şairə layiqmi bu hal?!
X ə y y a m
Varlığım bir hiçə bənzər mübhəm,
“Hiç var olmaz, buna yoqdur şübhəm”.
Bana yan baqsa əgər anlamayan,
Sanma eylər buna ruhum isyan.
Anlayanlar belə yan gözlə süzər,
O baqışlar bəni üzdükcə üzər.
X a c ə N i z a m
Saqın, aldırma kor olsun da cihan,
Günəşin nuruna gəlməz nöqsan.
Sən küçülsən də böyüksün, hətta
Qopsa zülmət, yenə parlar o zəka!..
Pərdə
Dostları ilə paylaş: |