İ. A. Axundov



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə8/31
tarix20.09.2017
ölçüsü0,74 Mb.
#1075
1   ...   4   5   6   7   8   9   10   11   ...   31

 

23 


bunun nəticəsində insan daha sağlam və müqavimətli olur. Ona görə 

də  heç  təsadüfi  deyil  ki,  hal-hazırda  sağlamlığın  yaxşı  və  möhkəm 

olması üçün müxtəlif stimulyatorlar və digər dərman formalarından 

geniş  istifadə  olunur.  Sağlamlığın  qorunmasında  risk  amillərinin 

aradan qaldırılmasının mühüm əhəmiyyəti vardır. Bunların sırasın-

da narkomaniya, alkoholizm və s. böyük yer verilir. 

Sağlamlığı qorumaq xüsusi ilə yaşlı şəxslərə daha çox lazım-

dır.  C.  H.  Təqdisinin  bu  məsələ  ilə  bağlı  bəzi  tədqiqatları  vardır. 

Onun  “Herontologiyanın  biogeokimyəvi  əsasları”  haqqında  əsəri 

Zaqafqaziyada  herontoloqların  konfransında  giriş  məqaləsi  kimi 

məruzə olunub diqqəti cəlb etmişdir. 

C. H. Təqdisi pediatrlar ilə birlikdə pediatriyanın biogeokimyə-

vi əsaslarının hazırlanması üzərində çalışmış ki, bu da Respublikada 

uşaq ölümünün qarşısının alınmasında müəyyən rol oynamışdır. 

O,  herontologiyanın  nailiyyətlərindən  danışarkən  qeyd  edirdi 

ki, “illəri yox, həyatı illərə artırmaq lazımdır”. Yəni qoca yaşlı insan 

normal həyat tərzini sürə bilib, aktiv ömür dövrü keçirə bilsin. Onun 

fikrincə qocalıq dövrü heç də xəstəliklərlə müşahidə olunmamalıdır. 

Ona görə qocalıq dövrü xəstəlikləri yoxdur. Qocalıq həyatın inten-

sivliyinin tədricən azalıb, sönməsidir. 

C.H.Təqdisi  emosional  sferanın  sağlamlığın  qorunmasında 

böyük  əhəmiyyətə  malik  olmasını  dəfələrlə  öz  əsərlərində  konkret 

faktlarla  göstərmişdir.  O  qeyd  edirdi  ki,  müsbət  emosiyalar 

sağlamlığı  qoruyur,  mənfi  emosiyalar  isə  əksinə  şərait  yaradır. 

Lakin  bu  həmişə  belə  olmur.  Məsələn,  o,  qeyd  edir  ki,  pula  çox 

həris olan bir adama belə bir müsbət emosiya verdikdə ki, sən çoxlu 

miqdarda  pul  udmusan  o  adam  həddindən  artıq  sevincindən  şok 

halına düşüb, ölə bilər. Bəzən görürsən ki, mənfi emosiyanın xeyri 

olur.  Məsələn,  iki  tələbədən  biri  yaxşı  oxuyur,  hamı  onu  tərifləyir 

bu onun yanındakı oxumayan tələbəyə mənfi emosiyadır. Lakin elə 

bu mənfi emosiya həmin tələbədə yaxşı oxumağa şərait yaradır. 

Onun elmi işlərində müsbət və mənfi emosiyaların mediator-

larının axtarılması böyük əhəmiyyət kəsb edir. 



 

24 


Müasir  insanların  sağlamlığında  danışdıqda  o,  hipodinamiya, 

aclıq və həddindən artıq qida qəbul etməyində  zərərlərinə toxunmuş-

dur.  İmmobilizasion  stress  modeli  üzərində  eksperimentdə  stress 

problemlərinin bəzi mühüm məsələlərinin həllinə nail olmuşdur. 

Sağlamlıq  haqqında  elmi  populyar  məqalələrin  və  kitabların 

nəşr  edilməsi  ən  mühüm  məsələlərdən  biridir.  Maraqlıdır  ki,  bu 

məsələyə  qədim  zamanlardan  fikir  verilmişdir.  Məşhur  Şərq  alimi 

Zəkəriyya Ər-Razinin “Həkimə  əli çatmayanlar” adlı kitabı  diqqəti 

cəlb  edir.  Orta  əsrlərdə  yaşamış  Azərbaycan  həkimi  Əbdül  Məcid 

Təbib  monqol  şahının  xahişi  ilə  xəstəliklərin  müalicəsi  adlı  geniş 

kütlə üçün yazdığı əsər olduqca maraqlıdır. 

C. H. Təqdisinin bu haqda müəyyən nailiyyətləri vardır. Onun 

daxildə və xaricdə nəşr olunmuş ondan yuxarı elmi-populyar kitabı 

diqqəti  cəlb  edir.  Müxtəlif  şəhərlərdən  gələn  oxucu  məktublarında 

bu  əsərlər  ilə  dərindən  maraqlandıqları  qeyd  olunur.  Onun  “Sağal-

manın  mexanizmləri”  (Moskva,  Znanie,  1984.  Y.  C.  Məmmədovla 

birlikdə)  kitabı  nəşr  edilmişdir  və  həmin  əsərdə  sağlamlığın  necə 

qoruyub  möhkəmlənməsi,  xəstələnməmək  və  xəstələndikdən  necə 

tez sağalmaq haqqında geniş məlumatlar verilir. 

Ömrünün son illərində C. H. Təqdisi bioritmlərin sağlamlığın 

qorunmasında  və  möhkəmlənməsində  rolunu  dərindən  öyrənməklə 

məşğul olmuşdur. O, qeyd edirdi ki, təbiətdə gecə-gündüz, qaranlıq-

işıq,  isti-soyuq  və  s.  bu  kimi  ritmlər  ilə  bərabər  bütün  canlılar,  o 

cümlədən insanın orqanizmində də müxtəlif səviyyələrdə müəyyən 

bioritmlər  vardır.  Məsələn,  ürək  və  tənəffüs  ritmləri.  Bu  bioritmlə-

rin gözlənilməsi həyatın davamlı və sağlamlığın qorunması üçün zə-

ruridir. O, hesab edirdi ki, orqanizmin daxili mühiti ilə onun xarici 

mühitinin  ritmlərinin  qarşılıqlı  fəaliyyəti  həyatın  əsas  şərtlərində 

biri sayılır. Son zamanlar hətta ay, gün və kosmik amillərin insanla-

rın sağlamlığına göstərə biləcəyi təsirlər diqqəti daha çox cəlb edir. 

Ona görə də nə qədər orqanizm xarici mühitin bioritmlərinə çox uy-

ğunlaşarsa bir o qədər də sağlamlıq  möhkəm  olar. Bu uyğunlaşma 

pozulduqda  müxtəlif  orqanlar  və  sistemlərin  fəaliyyəti,  ritmləri 

pozular.  Bu  ən  çox  sinir  və  qan  dövranı  sistemi  tərəfindən  özünü 




 

25 


göstərir. Lakin bioritmlər ilə əlaqədar olaraq sağlamlıq, xəstəlik və 

sağalmanın bir çox məsələləri hələ dərindən öyrənilməyi tələb edir. 

Sağalmanın öyrənilməsi ilə tibb elmi yaxın dövrlərdə məşğul 

olmağa başladığından bu haqda məlumatın toplanması davam edir.   



Xəstəliyin  öyrənilməsinə  gəldikdə  isə  tibb  elmi  elə  yarandığı 

ilk  günlərdən  bunu  qarşısına  məqsəd  qoymuşdur.  Ona  görə  də  bu 

haqda məlumat çoxdur. Lakin hələ bir çox məsələlər burada da təd-

qiqat  tələb  edir.  Məlum  olduğu  kimi  xəstəliyin  öyrənilməsinə  həsr 

olunan iki məfhum vardır. Patos və nozos. C. H. Təqdisi öz əsərlə-

rində  bunların  fərqini  aydınlaşdıraraq  qeyd  edirdi  ki,  patologiya 

xəstəliyin  donmuş  müəyyən  bir  vəziyyətdə  öyrənilməsi  ilə  məşğul 

olur.  Hərçənd  ki,  patologiyanın  özündə  də  müəyyən  inkişaf  vardır. 

Nozologiya isə xəstəlik haqqında daha geniş bir məfhum olub, onu 

dinamikada  öyrənir.  Beləliklə,  nozologiya  xəstəlik  haqqında  daha 

ətraflı bir elmi sahədir. Bütün bu məsələlər haqqında geniş məlumat 

onun “Ümumi nozologiya” adlı əsərinin əlyazmasında vardır. 

C.  H.  Təqdisinin  bu  əsərində  müəyyən  terminoloji  məsələ-

lərdə  qətiləşdirilir.  Məsələn,  göstərilir  ki,  patoloji  reaksiya  hər  bir 

patogen amilə qarşı orqanizmin cavab reaksiyasıdır. Patoloji proses 

isə struktur və funksional dəyişikliklərin kombinasiyasına deyilir ki, 

bu kombinasiya ilə xəstəliyin xarakteri haqqında fikir söyləmək çox 

zaman  mümkün  olmur.  Hər  bir  xəstəlikdə  çoxlu  patoloji-proseslər 

ola bilər. Patoloji prosesin xəstəliyə keçməsində, kəmiyyət dəyişik-

lərinin  keyfiyyətə  keçməsinə  böyük  yer  verir.  Məsələn,  bir  dənə 

frunkulun  olması  prosesdir,  lakin  frunkulyoz  xəstəlik  sayılır. 

Patoloji  vəziyyət  isə  xəstəliyin  nəticəsində  baş  verib,  uzun  müddət 

davam  edə  bilər.  Əlverişli  şərait  olduqda  isə  patoloji  vəziyyət  pa-

toloji prosesə, sonra xəstəliyə keçməsi mümkündür. 

O,  əsərlərində  xəstəlikdən  əvvəlki  dövrün  öyrənilməsinə 

böyük əhəmiyyət verirdi. Bu dövrdə orqanizmin müdafiəyə uyğun-

laşma  reaksiyaları  zəiflədikdə  xəstəliyin  baş  verməsinə  əlverişli 

şərait yaranır. Ona görə də bu dövrü vaxtında təyin edib, ona qarşı 

lazımi  tədbirlər  gördükdə  çox  zaman  xəstəliyin  qarşısını  almaq 

mümkün olur. Xəstəlikdən əvvəlki və sonrakı dövrlər bir çox xəstə-




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə