1
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
XƏZƏR UNİVERSİTETİ
HUMANİTAR VƏ SOSİAL ELMLƏR FAKÜLTƏSİ
İstiqamətin şifri və adı 060209-Psixologiya
İxtisaslaşmanın adı Klinik psixologiya
Psixologiya kafedrasının magistrantı
Əhmədova Sevinc Bəxtiyar qızının
Magistr dərəcəsi almaq üçün
GƏNC TƏLƏBƏ OĞLANLAR ARASINDA SİQARET ÇƏKMƏ İLƏ
DEPRESSİYA ARASINDA ƏLAQƏ
mövzusunda
DİSSERTASİYA İŞİ
Elmi rəhbər
Psixologiya üzrə fəlsəfə doktoru Ləman Verdiyeva
Bakı-2016
2
MÜNDƏRİCAT
GİRİŞ .......................................................................................................................................4
I FƏSİL. TÜTÜN HAQQINDA ÜMÜMİ MƏLUMAT......................................................10
1.1.Tütün haqqında ümumi məlumat....................................................................................... 10
1.2.Tütünçəkmə tendensiyası.................................................................................................. 16
1.3.Tütünlə mübarizə üzrə milli strategiya..............................................................................19
II FƏSİL. DEPRESSİYA HAQQINDA ÜMUMİ MƏLUMAT........................................24
2.1.Depressiya haqqında...........................................................................................................24
2.2.Psixi pozuntular və siqaret..................................................................................................30
2.3.
Siqaret asılılığı və depressiya arasında əlaqə...................................................................33
III FƏSİL. GƏNCLİK DÖVRÜNÜN XÜSUSİYYƏTLƏRİ..............................................37
3.1. Gənclik dövrü xüsusiyyətləri və tütün aslılığını yaradan faktlar.......................................37
3.2. Valideyn nəzarəti və zərərli vərdişlər arasında əlaqə......................................................40
IV FƏSİL. GƏNC TƏLƏBƏ OĞLANLARIN SİQARET ÇƏKMƏSİ İLƏ
DEPRESSİYA ARASINDA ƏLAQƏSİNİN EKSPERİMENTALTƏDQİQİ.................43
4.1.Tədqiqatda istifadə olunmuş material və metodlar............................................................44
4.1.1.Tədqiqat iştirakçıları........................................................................................................45
4.1.2.İstifadə olunmuş metodikalar..........................................................................................46
4.1.3.Tədqiqatın strukturu........................................................................................................46
4.1.4.Statistik analiz.................................................................................................................47
4.1.5 Alınan nəticələrin təhlili..................................................................................................52
3
NƏTİCƏ..................................................................................................................................59
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT...................................................................................60
ƏLAVƏLƏR...........................................................................................................................64
4
Giriş
Mövzunun aktuallığı. Tütünçəkmə - dünyada qarşısı alına bilinən əsas ölüm səbəblərindən
biridir. Böyüklər arasında, hər 10 nəfərdən birinin ölümünün səbəbidir. Bəzi ənənəvi
cəmiyyətlərdə əsrlərdən bəri istifadə olunan tütünün, sənaye inqilabından sonrakı dövrlərdə
bir çox ölkələrdə istifadəsi artmışdır. Tütün istifadəsi bütün dünyada və xüsusilə inkişaf
etməkdə olan ölkələrdə cəmiyyətin önəmli sağlamlıq problemidir. Siqaret indiki vaxtda
bütün cəmiyyətlərdə geniş şəkildə istifadə olunan tütünün bir növüdür. Faciəlidir ki,
epidemiya inkişafda olan ölkələrə tərəf irəliləyir. Bir neçə oniliklər ərzində tütünlə əlaqəli
bütün ölümlərin 80%-i inkişaf etməkdə olan ölkələrdə baş verib
1
. Bu irəliləyiş qlobal tütün
sənayesinin inkişafda olan ölkələrdə cavan və yetkinlik yaşına çatmış insanları hədəfə alan
marketinq strategiyası ilə əlaqəlidir. Əlavə olaraq, hal-hazırda qadınların əksəriyyəti tütündən
istifadə etmədiyinə görə tütün sənayesi onları yeni potensial istehlakçı kimi seçərək, onlara
tərəf təcavüzkarlıqla irəliləyir. Tütündən istifadənin geniş yayılmış asılılığa çevrilərək hər il
milyonlarla insanın həyatını əlindən alan və sağlamlığına zərər vuran qlobal epidemiya
səviyyəsinə çatdığı bir dövrdə tütünə qarşı mübarizə beynəlxalq ictimaiyyətin qarşısında
duran vacib vəzifələrdən biridir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qəbul edilmiş
Tütünə qarşı mübarizə haqqında Çərçivə Konvensiyası bu istiqamətdə atılmış ən vacib
addımlardan biridir. Tütün istifadəsi bir çox xəstəlik üçün risk faktoru olmaqla yanaşı özü də
bir xəstəlik olaraq qəbul edilməkdədir
2
.
Siqaret epidemiologiyasının ən əhəmiyyətli nöqtələrindən biri də siqaretə başlama
yaşlarıdır. Hər gün dünyada
80.000-100.000 gəncin siqaret aludəçisi olduğu
bildirilməkdədir.
3
Siqaret istifadə etməyə başlayan hər iki gəncdən biri bu pis vərdişi davam
etdirir. Ekologiyanın pisləşdiyi, qlobal tütün epidemiyasının genişləndiyi
bir şəraitdə bu növ
1
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin “
Tütünə qarşı mübarizə haqqında ”Ümumdünya
Səhiyyə
Təşkilatının Çərçivə konvensiyasına Uyğunluğunun Müqayisəli Təhlili.Bakı:2015, 53 s ,4-6 s.
2
Azərbaycan Respublikasının 2011-2015- ci illər üçün Tütünlə mübarizə üzrə milli strategiya. Bakı:2010, 44 ,3-8 s.
3
Tütünçəkmədən imtina etmə üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi.Bakı:2012, 67s .6-12
s.