7
arasında əlaqənin olmadığını müəyyən edən nəticələr də əldə olunmuşdur.
11
Siqaret aslılığı digər asılılıqlar kimi, həm genetik həm də mühit kimi faktorların təsiri ilə
yaranan kompleks davranışdır. Siqaret asılılığının genetik təsiri ilə bağlı; genioloji, əkizlər və
molekulyar genetik tədqiqatlar aparılmışdır.
12
Əkizlərlə aparılmış 14 fərqli tədqiqatın
nəticələrinin təhlili göstərir ki, nikotin asılılığının 56% genetik, 24% ailə, 29% ekoloji
faktorlardan qaynaqlanır.
13
Aparılan araşdırmalar aslılığın inkişafında ekoloji faktorların
siqaret
çəkməyə başlamaqda, genetik faktorların isə uzunmüddətli istifadədən aslılığa keçiddə
rol oynadığını göstərir.
14
Xəstəliklərin genetik təməlini araşdırmaq üçün aparılan əkizlər
üzərində tədqiqatda, tək yumurta əkizləri ilə cüt yumurta əkizləri arasındakı konkordantlıq
nisbəti qiymətləndirilmişdir. Bu qiymətin 1-dən böyük olması o xəstəliyin etiologiyasında
potensial genetik faktorların olduğunu göstərir. Siqaret aludəçisi olan əkizlərdə aparılan
iki tədqiqatda bu nisbət 1.3 və 1.6 olaraq tapılmışdır.
15
Əkizlər üzərində tədqiqatlar ilk dəfə
1958-ci ildə Almaniya da aparılmışdır.
16
Əkizlər üzərində aparılan tədqiqatlar, nikotin
asılılığının depressiya kimi eyni ailədə davam etdiyini və böyük nisbətdə irsi olduğunu
göstərir. Genetik faktor, tütün istifadəsi və depressiya arasındakı əlaqəni qismən açıqlaya
bilir. Bu tədqiqatda tək yumurta əkizlərində siqaret asılılığının cüt yumurta əkizlərindən
daha çox olduğu müşahidə edilmişdir. ABŞ, Skandinaviya, Avstraliya, Yaponiyada daha
11
Özen Ş, Arı M, Gören S, ve ark. Tıp Fakültesi birinci ve altıncı sınıf öğrencilerinde sigara ve alkol kullanım sıklığı.
Anadolu Psikiyatri Dergisi 2005; 6: 92-98.8,Marakoğlu K, Çivi S, Şahsıvar Ş, Özdemir S. Tıp Fakültesi birinci ve ikinci sınıf
öğrencilerinde sigara içme durumu ve depresyon yaygınlığı arasındaki ilişki. Bağımlılık Dergisi, 2006; 7: 129-134,Akvardar Y,
Demiral Y, Ergor G, Ergor A. Substance use among medical students and physicians in a medical school in Turkey. Soc
Psychiatry Psychiatr Epidemiol 2004; 39: 502-506.( www.everydayhealth.com/depression/smoking-and-depression.)
12
Sullivan PF, Kendler KS. The genetic epidemiology of smoking. Nicotine Tob Res 1999; 1:51–57(www.rcpsych.ac)
13
True WR, Heath AC, Scherrer JF, Waterman B, Goldberg J, Lin N et al. Genetic and environmental contributions to smoking.
Addiction 1997; 92:1277–1287(/www.mentalhealth.org.)
14
Carmelli D, Swan GE, Robinette D, Fabsitz R. Genetic in fluence on smoking–a study of male twins. N Engl J Med 1992;
327:829–833(www.apa.org)
15
Edwards KL, Austin MA, Jarvik GP. Evidence for genetic influences on smoking in adult women twins. Clin Genet 1995.
16
Akgün GA, Tufan AE, Yurteri N, Erdoğan A. Dikkat eksikliği hiperaktivite bozukluğunun genetik boyutu. Psikiyatride Güncel
Yaklaşımlar-Current Approaches in Psychiatry 2011; 3:15-48 (www.bagimlilikdergisi.net)
8
geniş diametrli nümunələrlə bu mövzuda tədqiqatlar icra edilmişdir. Bu tədqiqatlar siqaret
asılılığına əlavə olaraq siqaretə başlama yaşı, çəkmə miqdarı, siqareti tərgidə bilmək kimi
siqaret çəkmə davranışlarının təşkil edilməsində də genetik faktorların rolunun olduğunu
göstərmişdir.
17
Digər bir araşdırma, siqaret çəkmənin eyni zamanda depressiya ilə yaxın əlaqəsi olan
həyacan pozuntusu riskini də artırdığını göstərdi.
18
Dinn və həmkarlarının apardıqları tədqiqatda siqaret çəkən və çəkməyən qrupda, depressiya
və həyacan ilə siqaret çəkmə arasında əlaqə tapmamışdır, lakin Rezvanfard və digərlərinnin
apardıqları tədqiqatda isə yüksək siqaret asılılığı olan qrupda depressiya balları daha yüksək
olmuşdur.
19
Tədqiqatın obyekti. Tədqiqatda 200 nəfər oğlan iştirak etmişdir (100 nəfər siqaret çəkən
(əsas qrup) 100 nəfər siqaret çəkməyən(kontrol qrup)). Araşdırmaya cəlb olunanlar 18-24
yaş arası oğlanlar təşkil edir. Tədqiqata cəlb olunanlar respublikamızda fəaliyyət göstərən ali
təhsil ocaqlarının tələbələri olmuşdur (Bakı Dövlət Universteti, Azərbaycan Tibb
Universteti, Xəzər Universteti, Azərbaycan Dillər Universteti, Azərbaycan Texnologiya
Universteti, Gəncə Dövlət Texnologiya Universteti, Azərbaycan Memarlıq və İnşaat
Universteti). Hər bir iştirakçıya tədqiqatın məqsədi haqqında informasiya verilmiş, tədqiqatda
iştirak edənlərdən məlumatlı razılıq alınmışdır.
Tədqiqatın predmeti. Siqaret çəkən və çəkməyən gənc oğlan tələbələr arasında depressiv
vəziyyətin
ölçülməsi , siqaret çəkənlərdə aslılığın müəyyən edilməsi.
Tədqiqatın fərziyyəsi.
1.Depressiyaya meyilli olan nikotin asılılarının vərdişlərini tərk etmək üçün daha çox
zamana ehtiyacları olur.
2.Depressiya- nikotin asılılığı üçün bir risk faktorudur.
17
Tezel A. Sigara içme ve depresyon. Atatürk Üniv. Hemşirelik Yüksekokulu Dergisi 2002; 1-3 s.(www.yesilay.org.tr/tr/.../sigara-
ve-tutun-bagimliligi)
18
Snaith RP, Zigmond AS. The hospital anxiety and depression scale. Br Med J, 1986;292:344.( www.cdc.gov)
19
Rezvanfard M, Ekhtiari H, Mokri A, Djavid G, Kaviani H.Psychological and Behavioral Traits in Smokers and Their
Relationship with Nicotine Dependence Level. Archives of Iranian Medicine 2010; 395-405 p.( www.apa.org)