Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları
№1(1) 2017
43
Şamanizm, türklər arasında doğmuş, inkişaf etmiş, daha çox
türk mifologiyasına söykənən din sayılmaqdadır. Ənənəvi türk dinin
əsas xüsusiyyətlərini şamanizm təşkil edər. Keçən əsrin ikinci yarı-
sından etibarən, rus tədqiqatçılarının araşdırmalarında, Orta Asiya
türklərinin, xüsusən altaylılarda və yakutlarda dinin əsasını təşkil
etməsi qənaətinə gəlinmişdir. Xüsusilə V.Radloff, V.Seraşevskiy və
V.Verbitski, A.Anohin və s. kimi rus tədqiqatçıların etdikləri təsbit-
lər nəticəsində bu fikir hasil olmuşdur.
"Şaman" sözü sanskritcə "buddist rahib, buddist dərviş" məna-
sını verən "sramana" dan gəlməkdədir. Altay türklərinin bugünə kimi
"şaman" mənasında istifadə etdiyi Kam sözü, şamanlarda dini məra-
simləri idarə edən adama deyilir. Orta Asiyada “şaman” sözünün
mənşəyi araşdırıldığında bu sözün Asiya xalqları arasında ‘cadugər’,
‘sehrbaz’ mənalarında istifadə olunduğu görülməkdədir (Kafesoğlu,
1980: 294).
Şamanizm primitiv şəkliylə cinlərə, pərilərə, dağların, suların,
ölülərin (insan, heyvan, bitki), bütün canlıların ruhlarına inamla ifadə
olunur. Altay mifologiyasına görə də, insanları, heyvanları, bitkiləri,
dağları, çayları, gölləri, ayı, günəşi və ulduzları yaradan Göy tanrısı
Ülgəndir. Qırğız və Qazax ləhçələrində "Ülgən" böyük və ulu məna-
larını ifadə edir. Ülgən yaxşılıq edən varlıqdır. Ona gedən yolda yed-
di mane olur. Kam adlanan rahiblər böyük tanrı
Ülgənə ayinlərdə dua
edər və qurbanlar təqdim edərlər. Beləliklə, onları cəhənnəmdən qur-
tarıb göyə, dincliyə qaldırdıqlarına inanarlar. Yuxarıda 17 qat var ki,
işıq aləmini təşkil edər. Aşağıda 7 və ya 9 qat da qaranlıqlar dünyası-
dır. İnsanlar bu iki aləm arasındakı yer üzündə otururlar. Qoruyucu
bütün yaxşı ruhlar, qəhrəmanlar və tanrılar işıq dünyasında, zərərli
ruhlar və pislik tanrıları qaranlıqlarda yaşayarlar. Göyün ən üst qa-
tında bir qızıl taxt üzərində oturan tanrı Ülgənin 9 qızı və 9 oğlu var-
dır. Lakin Radloffun da ifadə etdiyi kimi, bu adətləri türklərin əsl
inancı saymaqda tələsilməməlidir. Çünki, izah edilənlər o qədər
müxtəlifdir ki, bunlardan gerçək inanca yaxın olanını belə təsbit et-
mək son dərəcə çətindir. İkincisi, dünyanın və insanın yarıdılışı ilə
əlaqədar bu rəvayətlər, tamamilə şaman türklərin öz düşüncələrinin