I9az titul+шмуц



Yüklə 4,16 Kb.
Pdf görüntüsü
səhifə17/39
tarix14.10.2017
ölçüsü4,16 Kb.
#4961
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   39

 
 
54 
 
 
3.  A2 xanasına ABŞ dollarının cari kursunu yazın (məsələn, 1.04). 
4.  Qalan xanaları nümunəyə uyğun doldurun. 
 
 
5.  F4 xanasına =D4*E4 düsturunu daxil edib Enter klavişini basın. Xanada düsturun 
nəticəsi olan 400 qiyməti görünəcək, kursor isə qonşu xanaya keçəcək. 
6.  Yenidən F4 xanasına keçin. Xana qalın qara çərçivəyə alınacaq 
. Excel 
proqramında aktiv xanalar belə seçdirilir. Siçanın göstəricisini çərçivənin sağ aşağı 
küncündəki kiçik kvadratdan üzərinə aparın. Göstərici + şəklini alacaq. Siçanın sol 
düyməsini basıb saxlamaqla göstəricini 9-cu sətrədək aşağı "dartın".   
7.  F4 xanasındakı düstur F5:F9 xanalar diapazonuna köçəcək. Düsturlar hesablanacaq 
və nəticələr xanalarda əks olunacaq. Həmin xanalara keçib düsturlardakı istinadların 
necə dəyişilməsinə diqqət yetirin.
 
8.  G4  xanasına  =F4*$A$2    düsturunu  yazın.  Xanada  "sistem  bloku"nun  manatla 
məbləği  əks  olunacaq.  6-cı  addımdakı  üsuldan  istifadə  edərək  düsturu  G5:G9 
xanalar diapazonuna köçürün.  
9.  Qurğuların  yekun  məbləğini  ABŞ  dolları  ilə  hesablamaq  üçün
 
F4:F10
 
xanalar 
diapazonunu seçdirin. Alətlər zolağındakı 
 düyməsini, yaxud Formulas 
menyusundakı  uyğun  düyməni  çıqqıldadın.  F10  xanasında  bütün  malların  yekun 
məbləği hesablanıb əks olunacaq. 
 
 
 
10.  Malların manatla yekun məbləğini eyni qayda ilə hesablayın. 
11.  A2 xanasında ABŞ dollarının manata nəzərən məzənnəsini dəyişin və xanalardakı 
dəyişikliklərə diqqət yetirin. 
12.  Faylı uyğun ad altında saxlayın. 
 
LAYİHƏ


 
 

55 
 
•   III  fəsil  •  
Tətbiqi proqramlar

Bəzən hesablamalarda müxtəlif standart funksiyalardan (riyazı, məntiqi,  ma-
liyyə, statistik və s.) istifadə olunur. Bu funksiyalarla düstur zolağında  
  düymə-
sini çıqqıldadıb açılan dialoq pəncərəsində tanış olmaq mümkündür.  
 
 
  
 
 
 
1.  Elektron cədvəl proqramlarında hansı tip verilənlərdən istifadə olunur? 
2.  Düsturlarda mütləq ünvanlama nədir və onlar necə işarə olunur?  
3.  Aşağıdakı nümunəyə uyğun cədvəl yaradın.  
a)  A1 xanasında cari ili göstərin.  
b)  Dostlarınızın soyad, ad və doğum illərini cədvəlin uyğun xanalarına yazın.  
c)  Siyahıdakı birinci dostunuzun yaşını hesablamaq üçün D4 xanasına uyğun düstur 
yazın. Həmin düsturu D sütununun qalan xanalarına da köçürün.  
 
 
 
4.  A2 xanasında avtomobilin sürətini, B2 xanasında onun yola sərf etdiyi zamanı göstərin. 
C2 xanasında düstur vasitəsilə  avtomobilin getdiyi  yolu  hesablayın (s=vt).  Sürət  (A2 
xanasındakı qiyməti) və zamanı (B2 xanasındakı qiyməti) dəyişməklə gedilən yolun (C2 
xanasının qiymətinin) necə dəyişdiyini izləyin. 
5.  Elektron cədvəlin bir fraqmenti verilib. C1 xanasındakı düsturu C2 və C3 xanalarına 
köçürdükdə həmin xanalarda hansı qiymətlər olacaq?
 
 
 
Excel proqramında |
x| ABS , √x SQRT , sin
SIN , cos
COS  riyazi funksiya-
larının yazılışı ilə tanış olun. Elektron cədvəlin A sütununu arqument (x),  B – E sü-
tunlarını  isə  uyğun  funksiyalar  üçün  ayırın.  Arqumentin  10  müxtəlif  qiymətində 
funksiyaların qiymətlərini hesablayın. 
 
Araşdıraq- 
          öyrәnәk  
 
Öyrәndiklәrinizi  
yoxlayın
 
LAYİHƏ


 
 
56 
 
 
  
E
LEKTRON CƏDVƏLDƏ DİAQRAMLAR 
 
 
 
 
 
 
1.  Microsoft Excel elektron cədvəl proqramını başladın.
 
2.  Azərbaycan Respublikasının əhalisi ilə bağlı aşağıdakı cədvəli qurun. Cədvəlin baş-
lığını A1 xanasına yazın, cədvəlin özünü isə A3:J5 xanalar diapazonuna yerləşdirin. 
 
Әhalinin yaş qrupları üzrә bölgüsü (2015-ci ilin әvvәlinә) 
 
0-9
 
10-19
 
20-29
 
30-39
 
40-49
 
50-59
 
60-69
 
70 və 
yuxarı 
Cəmi
 
əhali 
Әhalinin sayı 
(min nәfәrlә) 
1489,1  1427,5  1866,5 
1465,1  1305,9  1170,7  473,1 
395,1
 
9593,0
 
Әhalinin sayı 
(faizlә) 
15,6 
14,9 
19,4 
15,3 
13,6 
12,2 
4,9 
4,1 
100 
 
3.  Fayla uyğun ad (məsələn, Azәrbaycan әhalisi) verib saxlayın. 
 
Nәticәni müzakirә edәk: 
- Ölkəmizdə 50 yaşadək nə qədər əhali var? 
- Bu cədvəli sütunlu, yoxsa dairəvi diaqramla göstərmək daha əlverişli olar? 
 
Elektron cədvəllər, əsasən, böyük həcmdə eynitipli ədədi verilənlərin tez və key-
fiyyətlə emalı üçün nəzərdə tutulsa da, onları qrafik şəkildə göstərməklə daha əyani 
və anlaşıqlı edir. Cədvəl verilənlərinin qrafik təqdim edilməsi üçün başlıca vasitə 
diaqramlardır.  
Diaqram verilənləri qrafik formada əyani təqdim etmək üçün nəzərdə tutulub. 
Diaqramlar verilənləri daha yaxşı təhlil etməyə, onları müqayisə etməklə cədvəldə 
gözə çarpmayan qanunauyğunluqları aşkarlamağa imkan verir.  
Elektron cədvəl proqramlarında xətti, dairəvi, sütunlu və başqa növ diaqramlar 
qurmaq mümkündür. 
 
 
Xәtti diaqram 
 
Dairәvi diaqram 
 
Histoqram 
 
 
F ә a l i y y ә t
 
1
13 
 Mətn redaktorunda diaqramlar necə qurulur? 
 Diaqramların hansı növləri ilə tanış olmusunuz? 
 
 
LAYİHƏ


Yüklə 4,16 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə