cəhənnəm əzabından azad olardılar. Bir saat
belə davam gətirməzdilər. Burada başa
düşülməməli nə var? - İzahınızdan sonra başa
düşdüm. Əvvəl elə bilirdim cəhənnəm atəşinin
yanacağı insanların öz bədənidir, hətta Sikstin
kapellasının freskalar, kitabdakı şəkillərdə də
bu cür təsvir edilib. - Bəli, günahkarlar
həyatdakı görkəmlərindən fərqlənmirlər. Ancaq
bu öz bədənləri deyil, əgər olsaydı
hektoqrafınızın gününə düşərdi: yaylım atəşi,
partlayış, qığılcım topası və heç nə yoxdur! Belə
təqdirdə insanları cəhənnəmdə əbədi əzaba
məhkum etmək məntiqsiz görünərdi. İnanın,
radium mükəmməl məmulatdır. - Bəəlii, indi
hər şey aydındır, gələcək narahatlıqların
intizarı ilə yerimdə qurdalandım.- Tamamilə
haqlısınız. - Əlbəttə, haqlıyam. Mənim arxamda
çox böyük təcrübə var. Boş-boşuna çənəmi
yormayım, özünüz ora düşəndə hər şeyi
Dostları ilə paylaş: