gözlərinizlə görəcəksiniz. O, yəqin elə
düşünürdü maraqdan alışıb yanıram, ancaq
məni yaxşı tanımırdı. Fikrə gedib bir dəqiqədən
sonra dilləndi: - Mən sizin varlanmağınıza
yardım etmək qərarına gəldim. Bu sözlərdən
ürəyimdə sevinc oyandı. Ona minnətdarlıq edib
diqqətlə qulaq kəsildim. - Siz, ola bilər,
bilirsiniz Yeni Zelandiyada ölmüş moa
quşlarının sümükləri harada yerləşir? Orada bu
sümüklər yüzlərlə, minlərlədir, qalıqlardan
iyirmi fut hündürlüyündə dağ əmələ gəlib.
Bilirsinizmi, buz dövründə yer üzündə yaşayan
mamontların dişlərini haradan tapırlar? Lena
çayı mənsəbinin yaxınlığında bir-iki akr sahədə
onların sayı hesaba gəlmir. Oradan artıq beş
əsrdir Çin karvanları qiymətli yüklə geri dönür.
Ölkənizin cənubundakı fosfat yataqlarından
xəbəriniz varmı? Onlar qalın laylar şəklində
neçə mil geniş ərazidə yerləşir və dünyada nəsli
Dostları ilə paylaş: