İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri
5
gətirməklə, ümumləşdirilmələr aparılır, təkliflər irəli sürülür. İbtidai
təhsilin məzmununun yeni konteksdə qurulması, yeni yanaşmalar
əsasında formalaşdırılması barədə aparılan araşdırmalar və alınan
nəticələr yenidir. İbtidai təhsilin məzmununun prinsipləri müasir
dövrün tələbləri baxımından əhəmiyyətli hesab edilir.
İbtidai təhsilin funksiyaları ilə əlaqədar aparılan araşdır-
malar da yenidir. Kitabda belə nəticəyə gəlinir ki, bu funksiyaların
müəyyənləşdirilməsi müasir məzmunu ifadə edən standartların
konkretləşdirilməsi baxımından zəruridir.
İlk dəfə olaraq bu əsərdə ibtidai təhsilin məzmununun
nəticəyönümlü strukturu verilir. Yeni struktur modeli, kompo-
nentləri, elementləri şərh olunur. İrəli sürülən pedaqoji müddəalar
nəzəri və praktik cəhətdən əsaslandırılır.
Elmi-nəzəri və praktik əhəmiyyəti ilə seçilən G.Balayeva-
nın “İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri” adlı
kitabının
elmi-pedaqoji
ictimaiyyət
tərəfindən
maraqla
qarşılanacağı şübhəsizdir.
Fərrux Rüstəmov
Pedaqoji elmlər doktoru, professor,
əməkdar elm xadimi
Gülarə Balayeva
6
GİRİŞ
Bəşəriyyətin bütün tarixi boyu insanlar gündəlik fəaliyyət və
ünsiyyət prosesində təbiət və məişətlə bağlı müəyyən təcrübə və
biliklərə yiyələnmiş, sonralar bu işi daha mütəşəkkil formada
həyata keçirmək üçün təhsildən istifadə etmişlər. Təhsil özünü bir
sistem kimi insanların həyatında, münasibətlərində, fəaliyyətlərində
göstərmişdir. Bu mənada “təhsil sosial fenomendir” deyənlər heç də
səhv etməmişlər. Əksinə, onlar təhsilin əvəzolunmaz sosial
funksiyasını yüksək peşəkarlıqla ümumiləşdirə bilmişlər. “Təhsil
cavanlara kamal, qocalara təsəlli, kasıblara var-dövlət, varlılara
yaraşıq verir”- fikrini irəli sürən antik dövrün filosofu Diagen də,
“Heç kəs dünyaya nə ağa, nə də qul kimi gəlmir”, “adam olmaq
üçün insan hökmən təhsil almalıdır”,-deyə iddia edən elmi
pedaqogikanın banisi Y.A.Komenski də əslində təhsilin cəmiyyətin
bütün təbəqələri üçün vacib olmasını böyük uzaqgörənliklə
vurğulamışlar. Ona görə də bütün zamanlarda cəmiyyətin inkişaf
amilləri içərisində təhsil önəmli xarakteri ilə daha qabarıq şəkildə
ifadə olunmuşdur. Ulu öndər Heydər Əliyev “təhsil millətin
gələcəyidir” deyəndə də məhz təhsilin cəmiyyət üçün misilsiz
rolunu nəzərə almış, onu bütün fəaliyyətlərin fövqünə qaldırmışdır.
Dünyanın hər tərəfində aparılan sosial, iqtisadi, mədəni
dəyişikliklər bilavasitə təhsillə əlaqəli olmuş, başqa sözlə, təhsil
bütün yeniliklərin əsasında dayanmış, onların formalaşdırılması və
inkişafında təkanverici rol oynamışdır. Yeni qurulan müstəqillik
yolunda ilk addımlarını atan Azərbaycan da özünün inkişaf
modelində təhsilə xüsusi yer ayırmış, dünya təcrübəsində olduğu
kimi, onu bütün fəaliyyətlərin əsasına gətirmişdir. Ona görə də
müstəqil Azərbaycanın Konstitusiyasında (1995) təhsilə dövlət
səviyyəsində yanaşılmış, təhsil sahəsində dövlət siyasətinin
İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri
7
prinsipləri müəyyənləşdirilmişdir. Ən vacibi o idi ki, ölkə
səviyyəsində qəbul edilmiş təhsil siyasətinin prioritet problemləri
qlobal dünya üçün xarakterik olan təhsil problemləri ilə uyğunluq
təşkil edirdi. Hər bir vətəndaşın təhsil almaq hüququnun olması,
pulsuz ümumi orta-icbari təhsilin həyata keçirilməsi, istedadlılarla
işin aparılması, təhsil standartlarının müəyyən edilməsi və s. bu
baxımdan qeyd olunmalıdır.
Bir mühüm cəhət də nəzərə alınmalıdır ki, konstitusiyada
qeyd olunan maddələr həm də özünün islahatyönümlü xarakteri ilə
fərqlənirdi. Müstəqil Azərbaycanın ictimai, iqtisadi bazası əsasında
yeni təhsil sisteminin qurulmasını diqtə edirdi.
Artıq 1998-ci ildən hazırlanmasına başlanan, 1999-cu ildə
ölkə səviyyəsində qəbul edilən “Azərbaycan Respublikasının təhsil
sahəsində İslahat Proqramı” da məhz həmin siyasətin nəticəsi kimi
meydana çıxdı. İslahat Proqramında göstərildiyi kimi, təhsil siste-
mində struktur, məzmun islahatı ilə bağlı əhatə edilən məsələlərdən
biri “demokratikləşdirmə, humanistləşdirmə, inteqrasiya, differen-
siallaşdırma, fərdiləşdirmə, humanitarlaşdırma prinsiplərinə əsas-
lanaraq təhsil alanın şəxsiyyət kimi formalaşdırılmasını, onun təlim-
tərbiyə prosesinin əsas subyektinə çevrilməsini başlıca vəzifə hesab
edən, milli zəminə, bəşəri dəyərlərə əsaslanan, bütün qurumların
fəaliyyətini təhsil alanın mənafeyinə xidmət etmək məqsədi
ətrafında birləşdirən yeni təhsil sisteminin yaradılması” (16, s.111-
188) olmuşdur. Azərbaycan Respublikasının təhsil naziri Misir
Mərdanov bu məsələlərdən danışarkən təhsilin məzmununa xüsusi
diqqət yetirmişdir: “Məzmun islahatının, ən vacib cəhəti ondan
ibarətdir ki, burada “hafizə məktəbi” modelindən imtina edilir,
biliklərin mexaniki şəkildə əzbərlənməsi deyil, şagirdlərdə məntiqi
təfəkkürə əsaslanan inkişafetdirici və tətbiqetmə bacarıqlarının
formalaşdırılması əsas götürülür” (99, s.12).
Yeni təhsil sisteminin yaradılması, onun məzmununda
koqnitiv fəaliyyət üçün imkanların formalaşdırılması barədə irəli
sürülən müddəalar, ilk növbədə, ümumi təhsilə, o cümlədən də
Dostları ilə paylaş: |