İdmanın təbliğində



Yüklə 400,69 Kb.
Pdf görüntüsü
səhifə10/13
tarix21.06.2018
ölçüsü400,69 Kb.
#50821
1   ...   5   6   7   8   9   10   11   12   13

30 

 

olan  səbəblərə  görə  bunlar  yalnız  öz  ölkəmizin  çərçivəsində 



qalıb, dünya miqyasına çıxmayıbdır.  

Heydər Əliyev, 

ümummilli lider 

 

Millətin,  xalqın  sağlamlığını,  kütləvi  sağlamlığı  təmin 

etmək üçün idman, bədən tərbiyəsi əvəzsiz bir vasitədir. Bizim 

ulu  babalarımız  da  sağlam  olmuş,  qəhrəmanlıq  nümunələri 

göstərmiş,  döyüşlərdən  qalib  çıxmış,  vətənimizi,  xalqımızı  öz 

gücü, qüvvəti, qəhrəmanlıqları ilə qoruya bilmişlər. Məhz ona 

görə ki, onlar özlərini fiziki nöqteyi-nəzərdən daim hazırlamış 

və öz fiziki inkişafına çox fikir vermişlər. Bu, keçmişdə bizim 

adət-ənənələrimizdə  də  öz  əksini  tapmışdır.  Ancaq indi 

dünyada  idman,  bədən  tərbiyəsinin  müasir  səviyyədə  inkişaf 

etdiyi bir dövrdə Azərbaycanda da idmanın, bədən tərbiyəsinin 

kütləvi surətdə inkişaf etdirilməsinə ciddi fikir verməliyik. Bu 

bizim  vəzifəmizdir,  borcumuzdur.  Bu,  xalqımızın  gələcəyidir. 

D

övlətimizi 



qurarkən 

gələcək 


nəsillərimiz 

barədə 


düşünməliyik.  Həm  də  düşünməliyik  ki,  bizdən  sonra  gələn 

nəsillər,  bizim  dövrümüzdəki  gənc  nəsildən  daha da  sağlam 

olsun,  fiziki  cəhətdən  daha  da  möhkəm  olsun,  əqli  cəhətdən 

daha  da  sağlam  olsunlar.  Biz  buna nail olmaq üçün idmana, 

bədən tərbiyəsinə çox ciddi fikir verməliyik. 

Heydər Əliyev, 

ümummilli lider 

 

İdman hər bir ölkənin inkişafı üçün çox vacib olan sahədir. 

Mən  çox  şadam  ki,  Azərbaycanda  idman  uğurla  inkişaf  edir, 

Azərbaycan  dünyada  idman  ölkəsi  kimi  tanınır  və 

idmançılarımızın  qələbələri  bizi  ürəkdən  sevindirir. 

Azərbaycanın idman şöhrəti yüksək səviyyədədir. 



İlham Əliyev, 

Azərbaycan Respublikasının Prezidenti 


31 

 

Ən sevindirici hal odur ki, Azərbaycanda uşaq, yeniyetmə 



idmanı  inkişaf  etməyə  başladı.  Əgər  güclü  potensial  olmasa, 

idmanın  inkişafı  mümkün  deyildir.  Azərbaycanda  neçə  dəfə 

Avropa və dünya çempionatı keçirilmiş və idmançılarımız bu 

yarışların  ən  yüksək  pillələrinə  qalxmışlar!  Yəni  əsas  məsələ 

onda  idi  ki,  idmana  rəhbərlik  edən  qurumlara  idmançıların 

inamı  olsun.  Biz  bu  inamı  qazandıq.  Bu  gün  Azərbaycan 

idmanındakı vəziyyət onu göstərir ki, doğrudan da, ölkəmizdə 

güclü idman potensialı var. 



İlham Əliyev, 

Azərbaycan Respublikasının Prezidenti 

 

Biz,  idmançılarımızın  Azərbaycanın  idman  şöhrətini 

yüksəklərdə  saxlayacaqlarına,  qoruyacaqlarına  və  Vətənə 

qələbə  ilə  qayıdacaqlarına  inanırdıq.  Belə  də  oldu.  Belə 

fikirləşmək  üçün  bizim  bütün  əsaslarımız  var  idi.  Çünki 

Azərbaycan  idman  dövlətidir.  Bunu  həm  biz  deyirik,  həm  də 

beynəlxalq  idman  qurumlarının  rəhbərləri  etiraf  edirlər. 

Azərbaycanda  idman  çox  sürətlə  inkişaf  edir.  Azərbaycanda 

çox  güclü  idmançılar  var,  güclü  məşqçilər  var.  İdmançıların 

peşəkarlığı  yüksək  səviyyədədir.  Bizim  idmançılarımız  keçən 

dörd il ərzində müxtəlif beynəlxalq yarışlarda, dünya, Avropa 

çempionatlarında  böyük  uğurlar  qazanmışlar,  medallar 

qazanmışlar.  Azərbaycanda  çox  güclü  idman  infrastrukturu 

yaradılır. 



İlham Əliyev, 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bizim  idmançılarımız  göstərdilər  ki,  onlar  həm  fiziki 



cəhətdən, həm də mənəvi cəhətdən güclüdürlər, möhkəmdirlər 

və  doğma  Vətənin  üçrəngli  bayrağının  dalğalanması  üçün 

onlardan nə asılı idisə, onu etdilər.  

İlham Əliyev, 

Azərbaycan Respublikasının Prezidenti 



32 

 

 

Tikilən  və  tikiləcək  idman  kompleksləri,  eyni  zamanda, 

təlim-məşq  bazasına  da  çevrilməlidir.  Çünki  orada  məşqlər, 

təlim-məşq  toplanışları  keçirilir...  Rayonlarda,  şəhərlərdə 

yaradılmış və yaradılacaq idman kompleksi o məqsədlə tikilir 

ki, orada məşqlər də, yarışlar da, Azərbaycan çempionatları da 

keçirilsin. Çünki idm

anı bütün ölkədə populyarlaşdırmaq üçün 

gərək  təkcə  Bakıda  yox,  Azərbaycanın  digər  şəhər  və 

rayonlarında da yaxşı imkan olsun. 

İlham Əliyev, 

Azərbaycan Respublikasının Prezidenti 

 

Əlbəttə,  mən  tam  əminliklə  deyə  bilərəm  ki,  uğurlu 

çıxışdan sonra gənc nəsildə, uşaqlarda idmanla məşğul olmaq 

üçün  daha  da  böyük  maraq  olacaqdır.  Bu,  böyük  stimul 

olacaqdır.  Bizim  çempionlarımız,  medal  qazanan  idmançılar-

onlar  gənc  nəsil  üçün  nümunədirlər.  Bizim  uşaqlarımız  sizə 

oxşamaq istəyəcəklər. Onlar idman bölmələrinə daha da böyük 

həvəslə gedəcəklər. İndi bunu etmək üçün bütün imkanlar var. 

Qeyd  etdiyim  kimi,  Azərbaycanda  idman  infrastrukturu  çox 

güclənib və möhkəmlənibdir. 



İlham Əliyev, 

Azərbaycan Respublikasının Prezidenti 

 

Mən  bu  gün  xüsusilə  bizim  gənc  çempionumuzu,  Elnur 



Məmmədlini  qeyd  etmək  istəyirəm.  Hesab  edirəm  ki,  Elnur 

bütün  Olimpiya  oyunlarında  bütün  idman  növləri  üzrə  ən 

istedadlı  idmançılardan  biridir.  Onun  qələbəsindən  sonra  mən 

dedim  ki,  araşdırın,  görün,  Olimpiya  oyunlarında  belə  bir  hal 

olubmu ki, bir idma

nçı  bütün  görüşləri  təmiz  qələbə  ilə  başa 

vursun və final görüşündə dünya çempionunu cəmi 13 saniyə 

ərzində  məğlub  etsin,  özü  də  gözəl  şəkildə.  Həm  onun 

peşəkarlığı,  həm  onun  vətənpərvərliyi  və  həm  də  ki,  fəndləri 

çox  estetik  şəkildə  etmək  bacarığı  bizim  hamımızı 




Yüklə 400,69 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə