İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə23/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   19   20   21   22   23   24   25   26   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

müəyyənləşdirmək üçün uzağa getmək lazım deyildir. İlk 



növbədə,  bayramın  özünə,  onun  adət-ənənələrinə, 

rəmzlərinə,  şirniyyat  süfrəsinə  nəzər  salmaq  kifayətdir. 

Onlardan  bir  neçəsini  xatırlatmaq  yerinə  düşərdi. 

Əcdadlarımızın törənişi ilə bağlı dörd müqəddəs ünsürünə 

tapınmalara  söykənən  Novruz  bayramının  bu  ilk 

simvollarının  vəhdəti,  əslində,  əbədi  və  gözəl  dünyanın 

məna və məzmununun ifadəsi olub, onun əbədiyaşarlığını 

əks etdirir. Bayramda bu dünyanı vəsf eləyən babalarımız 

onu  dairəvi  şəkildə  təsəvvür  etdiyindən,  dünyanın  ilk 

simvolunu  dairəvi  sini  məcməidə  bəzədilmiş  xonça  kimi 

vəsf  edir.  Xonçanı  dünya  nemətlərinin  sonsuzluq  rəmzini 

ifadə  edən  yeddi  simvol  bəzəyir.  Bunlar  Günəşin  rəmzi 

olan  Şam,  törənişin  sonrakı  Su,  Hava  və  Torpaq 

rəmzlərinin  məcmuunu  ifadə  edən  Alma  (yaxud  meyvə 

qurusu),  ilin  ilk  yaşıllıq  rəmzi  olan  Səməni  göyərtisi, 

törənişin  fasiləsizliyi  və  əbədiliyini  tamamlayan  rəngli 

bəzədilmiş  yumurta,  dünyanın  şirin  nemət  olduğunu  əks 

etdirən  şirniyyatdır.  Tipindən,  növündən  asılı  olmayaraq 

bütün  Novruz  xonçaları  bu  yeddiliklə  bəzədilməlidir. 

Bunlardan  sonra  xonçaya  istənilən  bəxşiş,  hədiyyə  və 

sovqat qoyula bilər. 

Belə  bir  faktı  da  xatırlatmaq  istərdim  ki,  ötən  əsrin 

səksəninci  illərinin  əvvəllərində  məşhur  antropoloq  Tur 

Heyerdal  Bakıya  birinci  dəfə  gələndə  ona  Qobustanda 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Novruz  xonçası  təqdim  edilərkən  o,  xonçanın  önündə 



dizlərini  yerə  qoyaraq  «Əcaba  bu,  dünyanın  bəzədilmiş 

simvoludur,  siz  nə  qədim  xalqsınız?»  deyə  heyrətini 

gizlədə bilməmişdi. 

Novruz  bayramı  münasibətilə  bişirilən  şirniyyat 

növlərinə  gəldikdə  isə  onlar  da  xalqımızın  şirniyyat 

yeməkləri  üzərinə  köçürülmüş  əski  astroloji  düşüncəsinin 

məcmuudur. 

Novruz  süfrəsinin  bəzəyi  olan  Şor  qoğalı  (Şora) 

Günəşin,  Şəkərbura  yenicə  çıxmış  onbeşgünlük  Ayın, 

üçbucaq şəkilli Paxlava Səmanın, uzun ağ Bükmə (Quba 

Bükməsi)  Kəhkəşanın,  rəngarəng  Noğullar  səmadakı 

Ulduzların simvollarıdır. 

Maraqlıdır  ki,  Novruz  bayramı  münasibətilə  bişirilən 

bayram  şirniyyatı  yeddi  növlüdür.  Suman  halvası,  Şor 

qoğalı  (Şora),  Şəkərbura,  Paxlava,  Bükmə,  Süd  çörəyi 

(Südlü çörək), Tıxma (Kətə). 

Diqqət  yetirilməli  məsələlərdən  biri  də  Novruz 

süfrəsinin  yeddiliklə  əlaqəsidir.  İlk  öncə  demək  lazımdır 

ki,  bütün  mənbələrdə  Novruz  süfrəsi  şirni  süfrəsi  hesab 

edilir.  Bir  sıra  qədim  Şərq  tibb  kitablarında  bu  süfrədəki 

nemətlərin  insana  ecazkar  qüdrət,  uzunömürlülük, 

sağlamlıq bəxş etdiyi qeyd olunur. Novruz süfrəsində «s» 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

hərfi  ilə  başlayan  yeddi  yaz  nemətinin  –  ―Yeddi  ləvin»in 



olması vacib hesab edilir. Bunlar aşağıdakılardır: ―İl təhvil 

edilən vaxt evə gətirilən Su (al su), Səməni halvası, Südlü 

aş,  Süzmə,  Süd  (qaynadılmış),  Səməni  şorbası,  onun 

üzərinə səpmək üçün Sumaq‖. 

Mənbələrdə  göstərilir  ki,  bunlar  Novruzun  müqəddəs 

yeməkləridir,  hər  bir  bayram  süfrəsində  qoyulan  bu 

nemətlərin  düzümü  il  ərzində  insanın  sağlamlığını  və 

uğurlarını tənzimləyir. Başqa bir mənbədə isə göstərilir ki, 

Novruz  bayramı  günlərində  çeşidli  ət  yeməkləri,  sirkə, 

soğan  və  sarımsaq  yemək  tövsiyə  olunmur.  «Bunlar 

Novruzdan sonrakı bayramın yeməkləridir‖. 

Bütün  bunlar  isə  Novruz  bayramının  əcdadlarımızın 

qədim  dünyəvi  yaz  bayramlarından  biri  olduğunu,  onun 

xalqımızın  təbiətin  oyanıb  həyatvericilik  funksiyalarını 

bərpa  etməsi  barədəki  əski  görüş  və  etiqadlarını  özündə 

əks etdirdiyini bir daha təsdiqləyir. 

Təsadüfi deyildir ki, bayramın YUNESKO tərəfindən 

dünya  xalqlarının  qorunan  mədəni  irsi  siyahısına  daxil 

edilməsi,  Birləşmiş  Millətlər  Təşkilatı  Baş  Məclisinin  21 

Martı  Beynəlxalq  Novruz  günü  elan  etməsi  bayramın 

dünya  xalqları  içərisində  daha  geniş  yayılmasına, 

xalqımızın  yüksək  mədəni  dəyərləri  ilə  xalqların  tanış 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

olmasına  öz  təsirini  göstərəcəkdir.  Bu  isə  Novruz 



bayramının  universal  məzmununun  indiki  narahat 

dünyada 


tolerantlığa, 

ölkələr, 

dövlətlər 

və 


sivilizasiyalararası  dialoqa,  eləcə  də  Yer  üzündə  sülhün 

qorunub 


saxlanmasına 

və 


möhkəmləndirilməsinə, 

azərbaycançılığın  humanist  mahiyyətinin  dünyada  daha 

geniş  yayılmasına  kömək  edəcəyinə  ümidləri  artırır. 

Bütün  bunlara  daha  yaxın  zamanda  nail  olmaq  üçün 

insanlar  arasında  anlaşılmazlıqları  aradan  qaldırmağa, 

onları  sülhə,  həmrəyliyə  və  humanizmə  çağıran  Novruz 

dəyərlərini  qloballaşmaqda  olan  dünyaya  öz  yetgin 

formatında  yüksək  etik-estetik  və  əxlaqi  dəyərləri  ilə 

birlikdə çatdırmaq gərəkdir. 

- Hörmətli  professor, dəyərli fikirlərinizə  görə  çox 

sağ olun. 

- Siz də sağ olun. 

 

HƏMĠġƏ BĠZĠMLƏ OLANLAR 

 

CAZI RAM EDƏN MUSĠQĠÇĠ, YAXUD “2002-CĠ 

GECƏNĠN NAĞILI” 



Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə