Игтисадијјат илә сијасәтин бир-бири илә әлагәли олмасына сәбәб олан амилләрдән бири дә, истеһсал олунмуш малларын вә ја мәнфәә



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə11/66
tarix07.11.2018
ölçüsü1,59 Mb.
#78987
1   ...   7   8   9   10   11   12   13   14   ...   66

 
29 
Çünki,  bütün  bunlar  zorakılıq  və  diktatorluğa  gətirib  çıxarır. 
Monteskyu qüdrətlərdən birinin digəri ilə birləşməsini nəzərə alaraq, 
bütün fərdi azadlığa zərbə vura biləcəyini açıqlamış və buna görə də, 
qüdrətlərin  bir-birlərindən  ayrı  olmalarını  zəruri  hesab  etmişdir. 
Sonralar  İngilis  və  Amerikan  mütəfəkkirləri  də  Monteskyunun  irəli 
sürdüyü  bu  nəzəriyyəni  dəstəkləmiş  və  qüdrətlərin  bir-birlərindən 
ayrı olmalarının zəruriliyinə təkid etmişlər. Xüsusilə də ona görə ki, 
bu nəzəriyyə fərdi azadlığın zəruriliyə və onun müdafiə olunmasına 
xüsusi  diqqət  yetirmişdir.  Monteskyunun  irəli  sürdüyü  bu 
nəzəriyyə,  Amerika  cəmiyyəti  və  İngilis  istemarçılarına  qarşı 
mübarizə  aparmalarına  böyük  təsir  qoymuşdur.  Onlar  İngilis 
istemarını  yaxından  hiss  edir,  onun  ağrı  və  acılarını  dadmalı 
olurdular.  Həmin  dövrdə  icraedici  qüvvə  ilə  qanunverici  qüvvələr 
arasında  ardı-arası  kəsilməyən  ixtilaf  və  qarşıdurmalar  müşahidə 
olunurdu  və  bütün  bunlar  təbii  olaraq  onları  narazı  salırdı.  Buna 
görə  də,  hökuməti  idarə  etmək  üçün  bu  iki  qüdrəti  bir-birindən 
ayırmağı ən uğurlu addım hesab etmişlər. 
 Məhz  bu  səbəbdən,  Monteskyunun  irəli  sürdüyü  bu  nəzəriyyə 
federal  dövlətin  konstitusiyasına  böyük  təsir  qoyur  və  Amerika  bu 
qanunu  təsdiq  etdikdən  sonra  qeyd  olunan  teoriyanı  əməli  olaraq 
icra etməyə başlayır. Әlbətdə, bu heç də qüvvələrin tam mənada bir-
birlərindən  ayrılması  demək  deyildi.  Bəlkə  əksinə  olaraq,  onlar  bir-
birlərinə  qarşılıqlı  təsir  göstərməyə  başlayırdı.  Qüvvələrin  ayrılma 
nəzəriyyəsi 
özünün 
bəzi 
çatışmamazlıqlarına 
baxmayaraq, 
hökumətin  siyasi  quruluşuna  böyük  təsir  göstərə  bilir  və  özünü 
demokratik  ölkələrin  konstitusiya  qanunlarında  əks  etdirərək 
özünəməxsus yer tapa bilir. Bu prinsip, respublika ölkələri ilə yanaşı 
İngiltərə  (inqilabdan  əvvəl),  İran,  Tayland  və  s.  şahənşahlıq 
ölkələrində qanunun diqqət mərkəzinə çevrilirdi. 
(1-4-1) QANUNVERİCİLİK 
Qanunverici,  verilən  yeni-yeni  qanunlarda  müdaxilə  etmək 
hüququna malik olan xüsusi dövlət orqanına deyilir. Bu orqan fərdin 
bütün  cəmiyyət  üzvlərinin,  habelə  dövlətin  rəftar  və  davranışlarını 
müəyyən edərək cəmiyyəti fərdin ictimai hüquqlarının qorunması və 


 
30 
təkamülə  doğru  qədəm  qoyması  üçün  nəzm,  intizama  doğru  sövq 
edir. 
Müxtəlif  ölkə  və  cəmiyyətlərdə  qanunvericiliklə  əlaqəli  olan 
orqanlar müəyyən oxşarlıqlara malik olsalarda, bəzi məsələlərdə bir-
birlərindən fərqli və müxtəlif xüsusiyyətlərə malik olurlar.  
Bir  çox  ölkələrdə  fəaliyyət  göstərən  mühüm  qanunvericilik 
orqanlarından  biri  də,  ölkənin  Milli  Məclisidir.  MM  camaat 
tərəfindən seçilmiş nümayəndələrdən ibarət olur və onların sayı hər 
bir ölkənin qanun çərçivəsində müəyyənləşdirilir. Dövlət  tərəfindən 
gündəliyə  salınmış  və  ya  nümayəndələrin  özləri  tərəfindən  irəli 
sürülmüş  təkliflər  burada  müzakirə  olunur  və  yetkin  qərara 
gəldikdən sonra MM-in ümumi yığıncağına təqdim olunur. Nəzərdə 
tutulan  məsələ  qəbul  olunduqda,  qanunvericilikdən  başqa  daha 
yüksək  orqan  olmadıqda,  qərarın  qəbul  olunduğu  dövlətə  xəbər 
verilir.  
İkinci  qanunverici  orqan  MM-in  qəbul  etdiyi  qərarlara  nəzarət 
edir. Bu orqanın iş funksiyası müxtəlif ölkələrdə adətən bir-birindən 
fərqli  olur.  Bəzi  ölkələrdə  bu  orqanlara  "Senat",  bəzilərində  isə 
"Lordlar Palatası" deyilir.  Orqan üzvləri isə,  ya dövlətin bir  nömrəli 
şəxsi  (prezident,  baş  nazir  və  s.)  tərəfindən  ya  da  digər  yollarla 
seçilir.  Bəzi  ölkələrdə  isə  (xüsusilə  federal  ölkələrdə)  onlar  bərabər 
olaraq  bütün  əyalətlərdən  seçilir  və  həmin  bu  şəxslər  federal 
əyalətlər  arasında  olan  əlaqələrin  qorunub-saxlanılmasında  mühüm 
rol oynayırlar. 
Bu  orqan  bəzən  qəbul  olunmuş  qərarlara  yenidən  nəzər  salıb, 
onları araşdırmaq hüququna da malik olur. Qəbul olunmuş qərarları 
dini  hökmlərlə  müqaisə  edib,  onlara  qarşı  öz  nəzərlərini  bildirən 
orqanları buna işarə etmək  olar. Məsələn, Pakistanda  İslami  ideolaji 
və  İran  İslam  Respublikasında  isə  Nəzarətedici  şura,  MM-in  qəbul 
etdiyi  qərarların  dini  hökmlərlə  və  konstitusiya  qanunları  ilə 
həmahəng  olub-olmadıqlarına  nəzarət  edib  son  nəticədə  öz  rəyini 
bildirir. 
Üçüncü  qanunverici  orqan,  sadə  federal  dövlətlərdə  bir-
birlərindən  fərqli  olan  ayrı-ayrı  məntəqələrə  xas  olan  qanunverici 
orqanlardır.  Federal  dövlətlərin  əyalət  və  məntəqələrində  əhali 
tərəfindən seçilmiş nümayəndələrdən ibarət olan əyalət qanunverici 


 
31 
məclislərdə  fəaliyyət  göstərir.  Onların  üzərinə  düşən  ən  başlıca 
vəzifə  əyalətə  məxsus  qanunlar  qəbul  etməkdən  ibarətdir.  Sadə 
quruluşa  malik  olan  dövlətlərdə  məhəlli  qanunları  təsdiq  etmək 
üçün  iqtisadi,  ictimai,  abadlıq,  mədəni  və  sair  məslələrə  dair  qanun 
təyin  edəcək  dövlət  funksiyasını  daşıyan  məhəlli  orqan  fəaliyyət 
göstərir.  Bu  orqanlar  bəzən  məhəlli  şura,  məhəlli  təşkilat,  məhəlli 
idarəetmə  orqanı  və  s.  ünvanlarla  adlandırılır.  Məntəqə  sakinləri 
yaşadıqları  kənd,  qəsəbə,  rayon  və  şəhər  çərçivəsində  məhəlli 
orqanlara  üzv  seçirlər.  Şübhəsiz  ki,  bu  orqanlar  MM-dən  tam  asılı 
vəziyyətdə  olub,  onun  tək  müstəqil  qanunvericilik  hüququna  malik 
olmurlar. 
 Ümumilikdə  götürsək,  qanunvericilik  orqanın  üzərinə  müxtəlif 
vəzifələr düşür və onlar aşağıdakılardan ibarətdir: 
1-Qanunvericilik 
Üzərinə  düşən  ən  başlıca  vəzifə  qanunları  təsdiq  və  qüvvəyə 
mindirmək mindirməkdən ibarətdir. 
2-Әsas qanuna yenidən baxış 
Bir  müddət  keçdikdən  sonra  ölkələrin  əsas  qanunlarına  yenidən 
baxış  zərurəti  qarşıya  çıxır.  Buna  görə  də  qanunverici  qüvvə  əsas 
qanunu  yoxlamaq  və  onda  dəyişiklik  aparmaq  işi  ilə  məşğul  olur; 
onu  referendum  və  xalqın  ümumi  müzakirəsi  şəklində  həyata 
keçirir. 
3-Dövlət adamlarının təyin və çıxarılması 
Qanunverici  orqan  prezident,  nazir  və  digər  dövlət  adamlarının 
təyin və çıxarılmasına müdaxilə edir və dövlət nümayəndələrinin rəy 
və  təkliflərini  nəzərə  alaraq,  onlar  barədə  fikir  irəli  sürür.  Әlbətdə, 
ayrı-ayrı  ölkələrdə  bu  iş  bir-birlərindən  fərqli  olaraq,  müxtəlif 
formalarda  həyata  keçirilir.  Məsələn,  İran  İslam  Respublikasında 
qanunvericilik  orqanının  bir  hissəsi  olan  Nəzarət  şurası,  seçkilər 
zamanı üzərinə düşən vəzifələri yerinə yetirməli olur. 
4-İqtisadiyyata müdaxilə 
Dövlət gəlirinə nəzarət, illik büdcənin təyin olunması və iqtisadi, 
ictimai və mədəni tərəqqi yolunda atılan addım və görülən tədbirlər 
ölkənin  qanunvericilik  orqanının  üzərinə  düşən  digər  vəzifələrdən 
birini təşkil edir. 
5-Bəzi icra olunası işlərə müdaxilə 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə