Игтисадијјат илә сијасәтин бир-бири илә әлагәли олмасына сәбәб олан амилләрдән бири дә, истеһсал олунмуш малларын вә ја мәнфәә



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə6/66
tarix07.11.2018
ölçüsü1,59 Mb.
#78987
1   2   3   4   5   6   7   8   9   ...   66

 
14 
aşkara  çıxarmaqda  bir-birlərinə  yaxından  köməklik  edirlər.  Daha 
dəqiq desək, biri digərinə ehtiyac duyur. 
(1-2-2) SİYASӘT ELMİ VӘ SOSİOLOGİYA 
Ağacla budaq  arasında  hansı  bağlılıq  və  əlaqə  varsa,  sosiologiya 
elmləri  (ictimaiyyət)  ilə  siyasi  elmlər  arasında  da  həmin  əlaqə 
mövcuddur.  Yəni  siyasət  elmi,  ictimaiyyət  elmlərinin  bir  hissəsi, 
ictimaiyyət  elmləri  də  öz  növbəsində  humanitar  elmlərin  bir 
hissəsini  təşkil  edir.  Cəmiyyətin  quruluş  və  xüsusiyyətlərini 
araşdıran  sosiologiya  elmi,  ictimaiyyət  elmlərinin  əsasını  təşkil  edir. 
İctimai  bir  varlıq  kimi  insan  müxtəlif  rəftar  və  fəaliyyətlərə  malik 
olur.  Onun  barəsində  ayrı-ayrılıqda  və  eləcə  də,  ümumilikdə  də 
söhbət açmaq olar.  
İctimaiyyət elmi, insanın bütün ictimai məsələlərinə xüsusi diqqət 
yetirib  onun  mahiyyəti,  meydana  gəlmə  və  digər  sahələri  haqqında 
da geniş söhbət açır. Burada həmçinin iqtisadi, dini, siyasi məsələlərə 
də  toxunulur  və  ictimai  təbəqələr,  onların  şüur  və  tərzi-təfəkkür 
səviyyəsi geniş şəkildə araşdırılır və müxtəlif dərəcələrə bölünür. Bir 
haldakı,  siyasət  "dövlət"  adını  öz  üzərinə  götürərək  cəmiyyətin 
yalnız  siyasi  məsələlərini  araşdırır,  bu  səbəbdən  də  siyasət,  insanın 
siyasi  həyatından  bəhs  edən  ictimaiyyətə  xas  olan  bir  elmdir. 
İctimiyyət  elmi,  ictimaiyyətin  xüsusiyyətlərini  araşdırdığı  bir  halda, 
siyasət ona fərd  kimi nəzər yetirir.  İctimaiyyət elmi müxtəlif  ictimai 
qurumlardan,  siyasət  isə  onun  yalnız  "dövlət"  adlı  bir  qolundan 
söhbət  açır.  İctimaiyyət  elmi  böyük  əhatə  dairəsinə  malikdir.  Bu 
səbəbdən  də  onun  siyasi  yönümünü,  yalnız  siyasət  elmi  təşkil  edir. 
Lakin bütün bunlarla yanaşı, bu iki elmi sahə bir-birlərinə yaxından 
köməklik  edirlər.  Məsələn,  siyasi  elmlər  ictimaiyyətə  dövlətin 
quruluş, fəaliyyət, tətbiq etdiyi qanunlar, mənşə və meydana gəlməsi 
haqqında  dəyərli  məlumatlar  verir  və  eyni  zamanda,  özü  ictimai 
qanunlara  ehtiyac  duyur.  Bir  çox  sahələrdə  onlar  bir-birlərini 
təkmilləşdirir  və  ehtiyacları  qarşılıqlı  olaraq  aradan  qaldırılır. 
Professor  Qidinqez  bu  haqda  deyir:  "Siyasi  elmlər  fakultəsinin 
tələbələri  öz  elmi  işlərini,  ictimai  məsələləri  mütaliə  etməklə 
başlamalıdırlar.  Çünki,  ictimaiyyətin  ibtidai  məsələləri  ilə  tanış 
olmayan  şəxsin  dövlət  nəzəriyyəsini  öyrənmək  istəməsi,  Nyutonun 


 
15 
hərəkət  qanununu  bilmədən,  astronomiya  və  ya  termodinamika 
elmlərinə yiyələnməsi kimi bir şeydir." 
Bu  səbəbdən  də,  hər  bir  siyasətçi  alim  eyni  zamanda  sosioloq, 
sosioloq da öz növbəsində siyasətçi olmalıdır. 
Bu iki elm arasında bütün bu yaxınlıqların olmasına baxmayaraq, 
müəyyən fərqlər də vardır: 
1-İctimaiyyət  elminin  mövzu  və  əhatə  dairəsi  daha  geniş  və  çox 
şaxəlidir:  Çünki,  ictimaiyyət  bir  elm  kimi  insanın  həyatının  bütün 
sahələrinə  şamil  olur.  Bir  haldakı,  siyasət  yalnız  insanın  özü 
tərəfindən  meydana  gəlmiş  siyasi  məsələlər  və  siyasi  baxımdan 
formalaşmış cəmiyyət haqda söhbət açır; 
2-Cəmiyyət  dövlətdən  əvvəl  meydana  gəldiyi  üçün  ictimaiyyət 
elmi  də  siyasət  elmindən  əvvəl  fəaliyyət  göstərməyə  başlamışdır. 
İnsan, siyasətçi olmazdan əvvəl, ictimai varlıq olmuşdur; 
3-Siyasət,  insanın  siyasi  bir  varlıq  olduğunu  fərz  edir,  lakin 
ictimaiyyət bunun səbəblərini, insanın siyasi həyatının sair cəmiyyət 
və təşkilatlardan necə mütəəssir olduğunda açıqlayır; 
4-İctimaiyyət, tarixdəki həqiqi ictimai orqan və təşkilatları, siyasət 
isə  keçmiş,  gələcək  və  hal-hazırki  dövlətlər  və  siyasi  təşkilatların 
vəziyyətini təhlil və mütaliə edir.  
Lakin necə olursa-olsun, hər iki sahə qarşılıqlı olaraq bir-birlərinə 
təsir  göstərir.  Aparılan  yeni  ictimai  mütaliələr  isə,  siyasi  tərzi-
təfəkkürə daha çox təsir bağışlayır. 
(1-2-3) SİYASİ ELMLӘR VӘ İQTİSADİYYAT 
İqtisad, keçmiş zamanlarda dövlətçiliyin bir hissəsini təşkil etmiş 
və “Siyasi iqtisadiyyat” adını daşımışdır. Klassik iqtisadiyyatın atası 
kimi  şöhrət  tapmış  Adam  Smit,  özünün  "Sərvət  və  millətlər"  adlı 
kitabında  yazır:  "İqtisadiyyat  iki  mühüm  mövzu  haqqında  söhbət 
açır: 
1-Camaatın gəliri kifayət qədər təmin olunmalı; 
2-Әldə  olunan  kifayət  qədər  gəlirdən  istifadə  edərək,  ümumi 
rifahı  yaxşılaşdırmalı  və  cəmiyyətə  xidmət  etmək  üçün  lazımi 
tədbirlər görülməli”. 
Onun  fikrincə  siyasi  iqtisadiyyat,  əhali  və  hakim  təbəqənin 
varlanma yollarını göstərir. Müasir iqtisadiyyat bu elmin siyasətdən 


 
16 
ayrı olduğunu hesab edir, lakin bununla belə, bir neçə halda onunla 
müştərək  xüsusiyyətə  malik  olmalı  olur.  İqtisadiyyat,  dörd  mühüm 
hissədən  -  insanların  ictimai  rifahını  araşdırmaq,  istehsal,  mübadilə 
və  istehsal  olunmuş  malların  yayılmasından  ibarətdir.  Onların  hər 
biri digəri ilə müştərək xüsusiyyətə malik və bununla yanaşı, həmin 
müştərək  məsələ  həmçinin  müştərək  nəzəriyyə  əsası  fəlsəfənin 
diqqət mərkəzindədir. [iqtisadiyyat dörd mühüm hissədən ibarətdir: 
istehsal, bölgü, mübadilə və istehlak] 
İqtisadiyyatla  siyasət  isə  bir-birləri  ilə  aşağıdakı  hallarda  əlaqəli 
olur: 
1-İqtisadiyyat və siyasi əmin-amanlıq; 
İqtisadi  fəaliyyətə  yalnız  siyasi  əmin-amanlığın  bərqərar  olduğu 
bir  şəraitdə  nail  olmaq  olar.  Belə  ki,  hərci-mərclik  və  qanunsuzluq 
daim  iqtisadi  fəaliyyətin  qarşısını  alıb,  ümumi  rifaha  nail  olmağa 
maneə törədir. 
2-İqtisad və ümumi rifahın yaxşılaşdırılması; 
Sağlam  həyat  və  ictimai  təbəqələrin  yaşayış  səviyyəsini 
yaxşılaşdırmaq,  hər  bir  dövlətin  qarşısına  qoyduğu  ən  başlıca 
məqsədlərdən birini təşkil edir. Məhz bu səbəbdən, dövlətlər iqtisadi 
məsələlərə müdaxilə edir və bu sahədə müxtəlif tədbirlərə əl atırlar. 
Məsələn,  qiymətlər  gözlərilmədən  qalxdıqda,  dövlətlər  müxtəlif 
yollara  əl  atır  və  yaranmış  böhran  vəziyyətindən  çıxmağa  çalışırlar. 
Onlar  ya  iş  vaxtını  artırır,  ya  yeni  qanunlar  tətbiq  edir,  ya  da 
şəraitdən  asılı  olaraq,  digər  lazımi  yollar  axtarıb  tapırlar.  Әslində 
yeni dövlət, ictimai rifah dövlətidir. 
3-Məsrəf, iqtisadi mübadilə və bank sistemi. 
 Bu günlər.  yeni  yaranmış  dövlətlər  bütün  iqtisadi  fəaliyyətlərdə 
o  cümlədən  pul,  qiymət,  bank  sistemi  və  s.  məsələlərə  bir  başa 
nəzarət edirlər. Böyük həcmli pulun əllərdə olması, milli iqtisadiyyat 
üçün  ciddi  təhlükə  yaradan  infilyasiya  və  qiymətlərin  armasından 
xəbər verir. Bunun üçün dövlət infilyasiya və qiymətlərin artmasının 
qarşısını  almaq  məqsədilə,  pul  dövriyəsi,  eləcə  də  malların  istehsalı 
(və ya istehsalat) və satışına (və ya istehlaka)ciddi nəzarət edir.  
Dövlətlər,  xüsusilə  də  geridə  qalmış  ölkələrdə  [və  ya  inkişaf 
etməkdə  olan  ölkələr  (İEOÖ)]  istehsal  və  əkinçiliyi  bank  sisteminin 
köməyi ilə genişləndirməyə çalışırlar.  


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə