6
MÜQӘDDİMӘ
İslamın əziz peyğəmbəri və məsum imamlar (Allahın salamı
olsun onlara) Quranın elmi əsaslarını yaşatmaqla, cəmiyyətdə
müqəddəs İslam dininin mədəni inqilabının bünövrəsini qoymuş və
bu yolda təlim-tərbiyəyə xüsusi yer verərək, üzərlərinə ağır yük
götürməyə qadir olan şəxslərə hər bir lazımi köməklik göstərmişlər.
Hal-hazırki dövrdə istemarçı qüvvələr ruhani və dini elm
ocaqlarına qarşı qərəzli mövqe tutub, onların inkişafının qarşısını
almağa çalışmalarına baxmayaraq, möhkəm iradə ilə bütün
maneələrə sinə gəlir və böyük fəxr hissi ilə öz inkişafına davam
edirlər.
Bu elmi-mədəni mərkəz, yarandığı ilk gündən müxtəlif nəsillərin
ehtiyaclarını aradan qaldırmış, habelə bəşəriyyətin hidayət
olunmasında, dost və düşmənləri maraqlandıran suallara cavab
verməkdə böyük nailiyyətlər əldə etmişdir.
Belə bir xüsusiyyətə isə o, daha çox uğur və nailiyyətlər əldə
etdiyi bir dövrdə nail olmuşdur.
Bu günkü dini-elmi mərkəzlər aşağıdakı xüsusiyyətlərə
malikdirlər:
1-
İslamın bütün elmi sahələrinə diqqət yetirərək, bu sahələrin hər
birində yorulmaz
fəaliyyət göstərir;
2-
Yeni tədris üsullarının tətbiqi və günün tələblərini ödəyən elmi
kitabların təlifi, habelə əldə olunan yeniliklərin dinlə olan
bağlılıqlarını qoruyub saxlayır;
3-
Bu günkü məsələlərlə (və ya gündəlik) tanışlıq və Quranın elmi
əsasları, əqli dəlillərə istinad etməklə, zamanın tələbləri ilə
ayaqlaşır.
Belə bir şəraitdə xarici ölkələrdə fəaliyyət göstərən dini-elm
ocaqları mütəxəssislərin apardıqları geniş təhqiqatlardan istifadə
edərək, yeni tədris üsullarının tətbiqi və dərsliklərin zamanın
tələblərinə uyğun olaraq yeni səbkidə dərc olunmasını nəzərdə
tutmuşlar.
Nəzərdə tutulan məsələlər isə aşağılardan ibarətdir:
1-
Nəzərdə tutulan hər bir fənnin hədəflərinə riayət olunmalı;
2-
Tələbələrin nəzərdə tutulan mərhələdə elmi səviyyələrinə riayət
olunmalı;