İmran axundov



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə35/39
tarix28.06.2018
ölçüsü1,84 Mb.
#51974
1   ...   31   32   33   34   35   36   37   38   39

 
117 
“Aşıq  Göydəmir  (artist  Ə.  Ələkbərov)  qoşduğu  mahnılarda 
kəndlilərin acı taleyindən, mülkədarların zülmkarlığından, ədalətsiz-
liyindən bəhs edir, kəndliləri onlara qarşı mübarizəyə çağırır” (20). 
Ə.  Ələkbərov  Göydəmirin  xarakterini  düzgün  dərk  etmiş, 
dolğun bir ekran qəhrəmanı yaratmışdır. 
“Ə.  Ələkbərov  söhbətlərinin  birində  dedi  ki,  “Səməd  həmişə 
axtarırdı. O, çəkdiyi hər bir kadrı dönə-dönə nəzərdən keçirir, onun 
obrazlı təbiətini  əldə  etməyə  çalışırdı.  O, vuruş səhnəsini dəfələrlə 
məşq  edirdi  ki,  filmin  adına,  məzmununa,  layiq  kadrlar  yaratsın. 
Mənə  deyirdi  ki,  Ələsgər,  sən  Göydəmirin  təbiətini  birdən-birə 
açmağa tələsmə, ilk vaxtlar onda sadəlövlük, məsələni yavaş-yavaş 
dərk  etmək  halları  olmasından  qorxma.  Lakin  o,  ağı  ağ,  qaranı  da 
qara görəndən sonra sən mübarizədə saxlanılmaz yelə dönürsən, hər 
şeyi ölçən, biçən, hadısənin gedişinə istiqamət verən bir sərkərdəyə 
çevrilirsən”.  Xarakterin  ümumi  rəsmini  düzgün  ifadə  edən  rejis-
sorun bu göstərişləri Ə. Ələkbərova obrazı psixoloji cəhətdən dərk 
etməyə, Göydəmirin mürəkkəb psixoloji həyatını təbii göstərməsinə 
təkan vermişdir” (2). 
Ə. Ələkbərovun teatrda qazandığı müvəffəqiyyət artıq kinoda 
da özünü biruzə verirdi. On yeddi yaşından kino aləminə gəlmiş bu 
gənc  artıq  kinoda  getdikcə  püxtələşərək  Göydəmir  kimi  mürəkkəb 
bir obraz ilə tamaşaçıları sevindirirdi. 
“Ələsgər  Ələkbərov  üçün  kino  aləmi  də  teatr  qədər  sevimli 
idi. Kino aləmində aktyorun önündə yeni, böyük meydan açılırdı ki, 
burada  biz  yeni  orijinal  kino  aktyoruna  təsadüf  edirik.  Bacarıqlı 
kino  aktyoru  Ə.  Ələkbərovun  yaratdığı  müxtəlif  xarakterli  kino 
obrazları  kinematoqrafiya  tarixinə  möhkəm  daxil  olmuşdur.  Onun 
teatrda  yaratdığı  obrazları  ilə  kino  obrazları  arasında  müəyyən  bir 
yaxınlıq vardır. Məsələn “Kəndlilər” dəki Göydəmir obrazı ilə Xan-
lar  (“Xanlar”  pyesi)  çox  yaxındır.  Ələkbərovun  ifasındakı  Göydə-
mir, gələcəkdə aktyorun teatrda oynadığı inqilabçı obrazının bir növ 
rüşeymidir.  Bu  müqayisə  bəlkə  də  bir  qədər  aktyorun  oyununa 
məftunluqdan irəli gələn fikirdir. Lakin burada bir həqiqət də vardır, 


 
118 
çünki bu sevimli aktyorumuzun bütün yaradıcılığından keşən aydın 
bir xətt kimi gözə çarpır” (25). 
Psixoloji  cəhətdən  mürəkkəb  obraz  olan  aşıq  Göydəmir-
Ələkbərov  mərd,  dönməz  bir  insan  kimi  tamaşaçıların  rəğbətini 
qazanmışdır. Göydəmir Ə. Ələkbərov kənd mühitində böyümüş bir 
insan kimi tədricən inkişaf edir, formalaşırdı. 
Göydəmir-Ələkbərovun  qurultayda  Mehmandarbəydən  (bu 
rolu  Xeyri  Əmirzadə  ifa  edirdi-İ.A.)  sonra  etdiyi  çıxışı  unutmaq 
cətindir. O, çıxışa başlayarkən ətrafa diqqətlə nəzər yetirirdi. Ağalar 
Göydəmir-Ələkbərovdan mütilik gözlədikləri halda, mətin bir insan 
kimi  ona  diqqət  kəsilirdilər.  Obrazın  dinamikasında  baş  verən  bu 
hadisə filmin ən dramatik nöqtəsidir. 
“Adi bir kəndli balasının 
mübarizələrdə  böyüyüb  bərki-
diyini,  onun  qorxmaz  inqilab 
əsgərinə  çevrildiyini  Ələkbə-
rov  ustalıqla  təcəssüm  etdirir-
di.  Aktyorun  hərəkətləri  təbii 
və  coşqun  idi.  Onun  ekranda 
olduğu qətiyyən hiss edilmədi-
yi üçün süni təsir bağışlamırdı. 
O,  sanki  həyatda  hərəkət  edir, 
danışır,  sevinir  və  qəzəblənir-
di. Sonrakı səhnələrdə Ələkbə-
rovun  Göydəmiri  artıq  döyüş 
meydanında  düşmənlə  igidcəsinə  çarpışan  bir  qəhrəman  kimi  can-
lanırdı. Filmin döyüş səhnələrində o, qızgın bir hərəkət və ehtirasla 
vuruşur, ayıq gözlərlə ətrafı seyr edərək döyüşün ən təhlükəli yerlə-
rinə  cumurdu.  Burada  şəxsiyyətin  meydana  gəlməsində  kollektivin 
təsir və tərbiyəsinin də böyük rolu olduğunu görürük. 
Beləliklə,  Ələkbərov  səsli  kinoda  canlı,  dinamik  bir  xarakter 
yaratmağa  müvəffəq  olur  ki,  bu  müvəffəqiyyətdə  onun  bir  teatr 
aktyoru kimi təcrübəsi də öz faydalı təsirini göstərir. Digər tərəfdən 
Ə.Ələkbərov – Göydəmir rolunda 


 
119 
isə,  Ələkbərovun  yeni  kino  qəhrəmanları  arasında  daha  yaxın  bir 
əlaqə yaranır, kino ilə teatrdakı sənətkarlıq səviyyəsi eyniləşir” (2). 
Aktyor  teatr  realizmindən  bacarıqla  istifadə  edərək  kəndli 
balası,  aşıq  Göydəmirin  təbii  obrazını  yaratmışdır.  Sadə  kəndlinin 
mübarizələr  içərisində  böyüyərək,  vətənin  qədrini  dərindən  başa 
düşən, ordu başçısına qədər yksəlməsi Ə. Ələkbərovun ifasında son 
dərəcə orijinal idi. 
1940-cı  ildə  İmran 
Qasımovun ssenarisi əsa-
sında  rejissor A. Quliyev 
və  Q.  Braqinskinin  çək-
dikıləri  “Yeni  horizont” 
filmində  Ə.  Ələkbərovun 
yaratdığı  partkom  katibi 
Aslanov obrazı da diqqəti 
cəlb  edirdi.  Ələkbərovun 
ifasında  Aslanov  daxili 
zənginliyə  malik  olan  bir 
insan idi. 
Ə. 
Ələkbərovun 
Azərbaycan 
kinosunda 
yaratdığı ən uğurlu rolarından biri də Fətəli xandır. 
1947-ci ildə M. Hüseyn və Ə. Məmmədxanlının ssenarisi əsa-
sında Yefim Dziqan “Fətəli xan” filmini çəkir və baş rolu Ə. Ələk-
bərova tapşırır. 
“...  Fətəli  xan  obrazını  məharətlə  yaradan  Ə.  Ələkbərovun 
yaradıcılıq  hünərinə  valeh  olmamaq  mümkün  deyildi.  Aktyor  bu 
tarixi  qəhrəmanın  mənəvi  ləyaqətini  sərkərdə,  müdrik  bir  dövlət 
başçısı  kimi  mənalandıra  bilmişdir.  Bu  rolla  aktyorun  başqa  səhnə 
qəhrəmanlarının  arasında  daxili  vəhdətin  varlığına  şübhə  etmək 
olmaz...  Ə.  Ələkbərov  Fətəli  xanı  vətən  və  xalq  taleyini  düşünən 
ağıllı bir dövlət xadimi və nəhayət vətəninin aşiqi olan bir vətəndaş 
kimi, siyasətcil bir sərkərdə kimi canlandırırdı” (2). 
 
Ə.Ələkbərov – Aslanov rolunda 


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə