İmran axundov



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə32/39
tarix28.06.2018
ölçüsü1,84 Mb.
#51974
1   ...   28   29   30   31   32   33   34   35   ...   39

 
105 
Ələsgər Ələkbərovun Otellosunda təkrar, təqlid qətiyyən  yox 
idi. Onun ifası dünya Otellolarının heç birinə bənzəmirdi. Ə. Ələk-
bərovun Otellosu öz mükəmməliyini, müasirliyini və təravətini heç 
vaxt itirməyəcəkdir. 
1959-cu  ilin  iyun  ayında  Moskva  dekadasından  qayıtdıqdan 
sonra  bir  qurp  mədəniyyət  xadimlərinə  müxtəlif  fəxri  adlar,  ordan 
və  medallar  verildi.  Ələsgər  Ələkbərov  Otellonun  misilsiz  ifasına 
görə  SSRİ  xalq  artisti  fəxri  adına  layiq  görülməli  idi.  Lakin  çox 
təəssüf  olsun  ki,  bu  böyük  aktyorun  adı  fəxri  adlar  (09  iyun)  siya-
hısından  çıxarıldı...  Ona  ikinci  dəfə  Qırmızı  Əmək  Bayrağı  ordeni 
verildi.  
Bakıya qayıtdıqdan sonra Ə. Ələkbərov işdən azad olunması 
üçün Mədəniyyət Nazirliyinə ərizə yazdı. Nazir M. Qurbanov isə bu 
ərizəyə etirazla cavab verdi: “Sizin M. Əzizbəyov adına Azərbaycan 
Dövlət Dram Teatrından işdən azad olunmağınız barədə verdiyiniz 
ərizə ilə bir neçə dəfə tanış olduq... Ərizədə göstərirsiniz ki, teatrda 
indi  sizin  işləməyiniz  üçün  şərait  yoxdur.  Lakin  bunun  səbəbini 
aydınlaşdırmaqdan imtina edirsiz... Teatrda işdən azad olunduğunuz 
barədə nazirliyə verdiyiniz ərizənin lüzumsuz olduğunu və hərtərəfli 
düşünülmədən  yazıldığını  qeyd  etməliyik.  Buna  görə  də  teatrda 
qalıb işləməyinizi sizə məsləhət görürük”.  
Ə. Ələkbərov teatrdan getdi. Azərbaycan Dövlər Filarmoniya-
sında müxtəlif konsert və tədbirlərin aparıcısı oldu.   
1960-cı  il  mart  ayının  26-da  görkəmli  sənətkar  Ə.  Ələkbə-
rovun 50 yaşı tamam oldu və həmin ilin payızında o, teatra qayıtdı. 
Noyabr ayının 23-də saat 18:20-19:40-a qədər “Görkəmli səhnə us-
talarımız-Ələsgər Ələkbərov” (anadan olmasının 50 illiyi münasibə 
ilə) haqqında veriliş televiziya vasitəsilə nümayiş etdirildi. Ə. Ələk-
bərovun  yubileyi  və  səhnə  fəaliyyətinin  35 illiyi noyabr  ayının 24-
də qeyd olundu. 
Azərbaycan Dövlət Akademik Dram Teatrı öz böyük sənətkar 
oğlunun, Ələsgər Ələkbərovun 50 illik yubileyini və səhnə fəaliyyə-
tinin 35 illiyini təntənə ilə qeyd etdi. Yubiley axşamı Ə. Ələkbərov 
S.  Vurğunun  “Vaqif”,  İ.  Əfəndiyevin  “Bahar  suları”,  V.  Şekspirin 


 
106 
“Otello” tamaşalarından parçalarda Vaqif, Alxan, Otello rollarını ifa 
etdi. O, dövrün əksər nəşrlərində məşhur ədiblərin Ə. Ələkbərovun 
50  illik  yubileyi  münasibəti  ilə  məqalələri  çap  olundu.  B.  Vahab-
zadə  aktyorun  yubileyi  münasibəti  ilə  “Təbrik”  şerini  yazdı.  Azər-
baycan  Teatr  Cəmiyyəti  Ələsgər  Ələkbərovun  50  illik  yubileyi  ilə 
əlaqədar ayrıca kitab nəşr etdirdi (21). 
1961-ci il fevral ayının 28-də şöhrətin əlçatmaz zirvəsini fəth 
etmiş,  qüdrətli  sənhə  ustası  Ələsgər  Ələkbərova  SSRİ  xalq  artisti 
fəxri adı  verildi.  Bu Ə. Ələkbərovun böyük sənətinə  verilən böyük 
qiymət idi. 
Görkəmli  səhnə ustasına çoxlu  sayda  gələn təbriklərlə əlaqə-
dar Ə. Ələkbərov “Kommunist” qəzetinə belə bir minnətdarlıq mək-
tubu  göndərdi: “Hörmətli  redaktor!  Xahiş  edirəm,  məni  SSRİ xalq 
artisti fəxri ad almağım münasibətilə məni təbrik edən müəssisə və 
təşkilatlara,  habelə  ayrı-ayrı  yoldaşlara  mənim  səmimi  təşəkkür  və 
minətdarlığımı bildirəsiniz. SSRİ xalq artisti Ələsgər Ələkbərov”.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ə.Ələkbərovun “Kommunist” qəzetinə göndərdiyi 
minnətdarlıq məktubu 


 
107 
 
 
 
1961-ci  ildə  M.  Hüseyn  “Alov”  pyesini  qələmə  aldı  və  bu 
əsəri Ə. Ələkbərova ithaf etdi. Müəllif yazırdı: “Səhnəmizin böyük 
sənətkarı, dostum Ə. Ələkbərova ithaf edirəm”. 
1961-ci il oktyabr ayının 28-də Mehdi Məmmədovun qurulu-
şunda “Alov” pyesi tamaşaya qoyuldu və müstəntiq Fərhad Kama-
lov obrazını Ələsgər Ələkbərov ifa etdi. 
Ə. Ələkbərov müstəntiq Kamalov kimi qayğıkeş, vətənpərvər, 
hər  zaman  ədalətin  keşiyində  duran  ğözəl  bir  insan  obrazı  yaratdı. 
Onun  Fərhad  Kamalovu  daim  böyük  arzularla  yaşayan  dövlət 
keşikçisi idi. 
“Fərhad-Ələkbərov səhnəyə ilk gəlişindən öz sadəliyi, təbiili-
yi və səmimiyyəti ilə bizi valeh edirdi. Aktyor baş rolda çıxış etdiyi-
ni  qətiyyən  sezdirmədiyi  kimi,  obrazın  vəzifə  daşıdığını,  böyük 
səlahiyyət sahibi olduğunu da duydurmurdu. O, səhnələrin əksəriy-
yətini sakit aparır, təmkinlə oynayır; bəzən əsəbiləşıb coşduğu dəm-
lərdə  belə  müvazinətini  itirmir,  hissə  qapılmırdı...  Fərhad-Ələkbə-
rov rəhimdil olduğu kimi, amansız olmağı da bacarırdı. O, həqiqəti, 
ədaləti,  qanunu  hər  şeydən  uca  tuturdu.  Həm  də  qanun  onun  üçün 
özünün vicdan tələbi, vətəndaşlıq borcu idi. O, düzlük və ədalət yo-
lunda məslək uğrunda vuruşan kimi vuruşurdu. Bu yoldakı fədakar-
lıq  Ə.  Ələkbərovun  obrazının  şah 
damarını təşkil edirdi” (22). 
Ə.  Ələkbərovun  ifa  etdiyi  Ka-
malov  sakit  təbiətə  malik  ağıllı  insan 
idi.  O,  vəzifəsini  icra  edərkən  heç 
vaxt hissə qapılmırdı, həmişə qəlbinin 
səsinə qulaq asırdı. 
“Fərhad  obrazı  dövrümüzün  ti-
pik  bir  nünayəndəsi  kimi  çox  maraq-
lıdır. Ələkbərov özünəməxsus olan bir 
sənət  vüsəti  ilə  onun  daxili  hisslərini, 
Ə.Ələkbərov – Fərhad 
Kamalov rolunda 


 
108 
coşqun  duyğularını,  nəcib  əməllərini  canlandırır,  tamaşaçıların 
ümumxalq  səadətini  naminə  yanmağa,  alovlanmağa  çağırırdı... 
Ələkbərov  ...  Fərhad  Kamalovu  dolğun  bir  xarakter  kimi 
tamaşaçılara  sevdirir,  onu  öz  qəlbinin  hərarəti  və  yaradıcı  müna-
sibəti ilə tamamlayırdı” (2). 
“Ələsgər  Ələkbərov  Kamalov  rolunda  olduqca  qüvvətli  və 
təsirli səslənirdi” (18). 
SSRİ xalq artisti Ə. Ələkbərovun  yaratdığı dolğun müstəntiq 
obrazı müxtəlif çətinliklərə dözməsinə baxmayaraq, həqiqəti üzə çı-
xatmağa çalışan, namus mücəssiməsidir. O, Calal Qaşqay və Rəfirə 
Rəhimli  ilə  söhbətində  nə  qədər  səmimi  idisə,  Əmin  Bəxtiyavovla 
söhbətində amansız idi. 
 “Ə.  Ələkbərovun  ifasında  Kamalov  öz  daxili  tamlığı  və 
yekparəliyi  ilə  rəğbət  doğurur,  müasir  qəhrəmanın-nəcib  bir  ideya 
və  əməl  adamının  səciyyəsinə  məxsus  bir  çox  cizgiləri  açıb  mey-
dana  çıxarırdı.  Maraqlıdır  ki,  yaratdığı  qəhrəman  vəzifə  adamına 
bənzəməsin  deyə  Ələkbərov  rəsmi  mundirdən-müstəntiqin  geyim 
formasından  imtina  etmişdir.  Fərhad-Ələkbərov  ciddi,  təmkinli  və 
müdrik  idi.  Kamalovun  səhnə  surətu  bu  ifada,  eyni  zamanda,  bir 
qədər də ülviləşirdi, möhtəşəmlik kəşf edirdi... İnsanın əxlaqi gözəl-
liyi üçün mübarizədə hər hansı fədakarlığa hazır olan və çəmiyyətə 
yad, saxta, rəzil adamlar üzərində qələbə çalan bir qəhrəmanın mə-
nəvi ülviyyətini Ələkbərov daxilən, ruhən duyur və yaşayırdı” (9). 
Ə. Ələkbərov Fərhadın mənəviyyatındakı zənginliyi tamaşaçı-
ya  xarakter  cizgilərlə  göstərirdi.  Ə.  Ələkbərovun  Kamalovu  huma-
nist insan idi. 
“Əsərin qəhrəmanı Fərhad Kamalov rolunda ilk dəfə Ələsgər 
Ələkbərov  çıxış  edib,  həqiqət  keşikçisi  olan  ...  müstəntiqin  ... 
yaddan çıxmayan obrazını yaratmışdır” (30). 
Kamalov-Ələkbərov həqiqəti tapmaq üçün çox həyacan keçi-
rirdi, narahat olurdu. Ələkbərovun müstəntiqi daim Bəxtiyarovu ifşa 
edən bir insan idi. 
L. 
Bədirbəyli 
“Ədəbiyyat  və  incəsənət”  qəzetində 
(08.12.1989)  yazır  ki;  “Bu  surəti  Ə.  Ələkbərov  böyük  ustalıqla  ifa 


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə