İmran axundov



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə4/39
tarix28.06.2018
ölçüsü1,84 Mb.
#51974
1   2   3   4   5   6   7   8   9   ...   39

 
14 
rov bir zülmkar və həm də son dərəcə qısqanc ingilis hakimi rolunu 
yaratmağa tamamilə müvəffəq oldu”. 
“Ə.  Ələkbərov  ser  Bortelin  zahirən  sakit  görkəmi  arxasında 
gizlənmiş canavar təbiətini mənalı boyalarla ifşa etməyə nail olmuş-
dur ” (1). 
Ə.  Ələkbərovun  ifasında  ser  Bortel  son  dərəcə  qəddar  bir 
ingilisdir,  əyalət  hakimidir.  Aktyor  böyük  sənətinin  gücü  ilə  ser 
Bortel obrazını o qədər ystalıqla yaratmışdır ki, bu onun həyatında 
son dərəcə mühüm sənət hadisəsi oldu. 
“... Bortel rolunda Ələsgər Ələkbərov obrazın iç üzünü açmaq 
üçün,  onun  rəhimsizliyini,  qabalığını  ifadə  etmək  üçün  qroteksdən 
də bacarıqla istifadə edirdi” (17). 
“Qəti və kəskin danışan Bortel səhnədə daxilən həmişə həya-
canlı  idi.  Onun  kecirdi  həyacanlardan  üzündə  müstəbid  adamlara 
məxsus  qırışlar  əmələ  gəlirdi.  Onun  qaşlarını  çatıb  qəti  nəzərlərlə 
bir nöqtəyə baxması kiminsə fitvası demək idi. Ələkbərovun Borteli 
səhnədə  sözsüz  də  çox  dəhşətli  görünürdü.  Aktyorun  oyunu  hadi-
sələrə dramatizm aşılayırdı” (2). 
Ə. Ələkbərovun ser Bortelində tamaşaçını hiddətləndirən əsas 
cəhətlərdən  biri  ətrafdakı  insanları  saymaması  idi.  Tamaşada  ser 
Bortel  sol  əlindən  şikəstdir.  Aktyor  obrazın  daxili  eybəcərliyunin 
açılmasında  şikəst  əlini  həddindən  artıq  əsəbi  vəziyyətdə  hərəkət 
etdirilməsi mühüm rol oynayırdı. 
Xalq artisti F. Qədri yazır ki; “Ələsgər Ələkbərov da çox yax-
şı çıxış edirdi. İngilis ser Bortelin surətini o, monumental və parlaq 
bir  şəkildə  yaratdı.  Onun  uca  boyu,  gözəl  səsi  tamamilə  bu  surətə 
yaraşır və bunlardan məharətlə istifadə edirdi” (19). 
Böyük dramatik istedada malik olan Ə. Ələkbərovun ser Bor-
teli  xalqına qarşı olduqca qəddar idi. Görkəmli  aktyor ser Bortelin 
bir-birinin  ardınca  cirkin  əməllərini  açıb  göstərməklə  tamaşaçıda 
qəddarlığa, rəzalətə qarşı nifrət oyadırdı. 
Bütün bu deyilənlərdən belə qənaətə gəlmək olar ki, Ə. Ələk-
bərovun yaratdığı ser Bortel obrazı teatrın əsl sənət qələbəsi idi. 


 
15 
1930-cu il fevral ayının 19-da Aleksandr İvanovun quruluşun-
da Anatoli Qlebovun “İnqa” (“İncə”) əsəri tamaşaya qoyuldu. Pyesi 
Əsəd Tahir və Əbdülkərim İmamzadə azəbaycancaya təbdil etmiş-
dilər. 
Burada  Ələsgər  Ələkbərov  fabrika  komitəsinin  sədri  Səlim 
Süleymanov  obrazını  yaratdı.  Aktyorun  ifasında  Səlim  maraqlı 
olmaqla yanaşı çox hökmlü bir insan idi. 
“Hadisələrin  inkişafı  ilə  əlaqədar  olaraq,  Səlimin  qəlbindəki 
nəcibliklə  xudbinliyin  mübarizəsi  şiddətlənir,  xəyalpərvərliklə  hə-
qiqət  qarşılaşır  və  nəticədə  onun  mənəviyyatında  təbəddülat  əmələ 
gəlir.  Ələkbərov  öz  qəhrəmanının  həyata  baxışındakı  dəyişiklikliyi 
bacarıqla ifadə edirdi” (2). 
“Roboçi  zritel”  qəzeti  (Bakı,1930,  №9)  yazırdı  ki;  “İfaçılar-
dan birinci növbədə gənc aktyor Ə. Ələkbərovu qeyd etməliyik. O, 
iki,  üç  il  ərzində  parlaq  müvəffəqiyyət  qazanaraq  teatrda  görkəmli 
bir yer tutmuşdur. Şübhəsiz ki, artist öz üzərində ciddi çalışmağı və 
səyi  nəticəsində  gələcəkdə  türk  səhnəsində  ən  birinci  yeri  tuta-
caqdır”. 
“Belə  bir  qarşılıqlı  zənginləşmədə  və  ilhamvermədə  Ələsgər 
Ələkbərovun,  Əzizə  xanımın,  Ələkbər  Seyfinin,  Məxfurə  xanımın 
ifaları daha təravətli, emosional və real görünürdü” (28). 
Ə.  Ələkbərov  Səlim  obrazını  həyatda  baş  verən  çətinlikləri 
müşahidə edərək ifa edirdi. Ona görədə aktyor öz rolunu böyük mə-
həbbətlə yaradırdı. Ə. Ələkbərovun ifasında Səlim Süleymanov son 
dərəcə canlı xarakter idi. Bunun nəticəsində Ələkbərovun müxtəlif 
biçimli  xarakterik  rolları  həm  daxili  və  həm  də  zahiri  cəhətdən 
bitkin görünürdü. 
1931-ci il mart ayının 19-da rejissor Rza Darablının qurluşun-
da S. Rüstəm və H. Nəzərlinin “Yanğın” komediyası tamaşaya qo-
yuldu. Məşhur rejissor və aktyor Rza Darablı kütbaş, avam, qolço-
maq əlaltısı Əhmədəli obrazını Ə. Ələkbərova tapşırmışdır. Bu rol-
da 21 yaşlı çox gənc aktyorun komik imkanları bütün zənginliyi ilə 
üzə çıxmışdır. 


 
16 
“...“Yanğın”  komediyasında  qolçomaq  quyruğu  kəmağıl  Əh-
mədəlini (Ələkbərov-İ.A.) yaxşı oynamışdır” (22). 
“Əhmədəlinin qalın qaşları, iri burnu Ələkbərovun qəstən qro-
teks  vasitələrinə  müraciət  etdiyini  göstərirdi.  Ələkbərovun  satirik 
boyalarla yaratdığı Əhmədəli surətinin daha da gülünc görünməsinə 
A.S. Gəraybəylinin ustalıqla oynadığı Məmməd Cəfər obrazı da tə-
sir  göstərirdi.  Tamaşada  hər  iki  aktyorun  oyunu  bir-birini  tamam-
layırdı. 
Əhmədəli  rolu  üzərində  yorul-
maq bilmədən işləyib satirik bir pafosla 
onun iç üzünü açan Ələsgər öz aktyor-
luğunun yeni bir cəhətini biruzə vermə-
yə  müvəffəq  oldu;  məlim  oldu  ki, 
Ələkbərovda dramatik hisslər nə qədər 
təsirli  və  dərindirsə,  komediya  səhnə-
sindəki bacarığı da bir o qədər cazıbəli 
və güclüdür” (2). 
“...  Əhmədəli  surəti  tipik  qolço-
maq quyruğu olan, sinfi şüurunu itirmiş
geriyə qalmış bir kəndli idi. Artist onu 
qolçomaqların  əlində  oyuncağa  çevir-
miş,  öz  mənliyini,  insanlıq  simasını 
büsbütün  itirmiş  bir  maymaq  kimi 
canlandırırdı.  Əhmədəlinin  yerişində 
və  danışığında  belə  bir  oyuncaq  avto-
matlığı  var  idi.  Sanki  onun  əllərinə  və 
ayaqlarına ip bağlamışdılar və kukla teatrında olduğu kimi, bu ipləri 
dartmaqla  onu  hərəkətə  gətirirdilər.  Artist,  Əhmədəli  surətini  belə 
təsvir etməklə cəmiyyətin haraya inkişaf etdiyini görməyən, kolxoz 
hərəkatının mütləq qalib gələcəyini başa düşməyən və tərəqipərvər 
qüvvələrə  deyil,  ölən  qüvvələrə  arxalanan  adamları,  siyasi  kütlük 
nəticəsində,  maymaqlıq  nəticəsində  oyuncağa  çevirmış  adamları 
məsxərəyə qoyurdu” (21). 
Ə.Ələkbərov – Əhmədəli 
rolunda 


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə