45
1939-cu il sentyabr ayının
29-da İ. Hidayətzadənin qurulu-
şunda Cəfər Cabbarlının “Od gə-
lini” faciəsi tamaşaya qoyuldu və
baş rol olan Elxan (Babək) obrazı
Ə. Ələkbərova tapşırıldı.
A. Babayev “Sovet kəndi”
qəzetində (24.11.1960) yazır ki;
“... Elxan-Babəkin obrazı Ələk-
bərovun ifasında çox dərin bir
mənaya malik idi. Elxan-Ələkbə-
rov xalq səadəti yolunda bütün
varlığını qurban verməyə hazır
olan qorxmaz bir fədai idi”.
Ə. Ələkbərovun yaratdığı
Elxan mənsub olduğu xalqının
düşmənlərini yaxından tanıyan
bir insandır. O, feodal dünyasına
dərindən nifrət edirdi. Elxan-
Ələkbərov bütün eybəcərliklərə,
haqsızlıqlara qarşı mübarizə apa-
ran və xalqının yolunda ölümə
gedən sərkərdə idi.
Əlbəttə teatrın məşhur faciə
aktyoru A. M. Şərifzadən sonra
Elxan obrazını yaratmaq aktyordan böyük istedad və zəhmət tələb
edirdi. Ə. Ələkbərov bu rolun öhdəsindən çox məharətlə gəldi.
“Bu tamaşada Elxan rolunda Ə. Ələkbərov qüvvətli təsir
bağışlayırdı, ona tapşırılan obrazı olduqca real yarada bilirdi”(12).
Ə. Ələkbərovun Elxanı qullar dünyasının müdafiəçisi, xalqı-
nın qəhrəmanı və mütəfəkkiri idi. Onun yaratdığı Elxan son dərəcə
əzəmətli və qüdrətli təsir bağışlayırdı. Romantik aktyor məktəbinə
sadiq qalan bu bənzərsiz sənətkar obrazın daxilinə düzgün nüfuz
Ə.Ələkbərov – Elxan rolunda
46
edərək onun temperamentini, coşqunluğunu tamaşaçıya real gös-
tərirdi.
“Bu tamaşada Ə. Ələkbərovun oynadığı Elxan görkəmli bir
xalq qəhrəmanı, sərkərdə, dövlət xadimi idi” (8).
Elxan-Ələkbərov əzilən xalqa təsadüfi başçılıq etmirdi. O,
xalqın içindən çıxaraq ona rəhbərlik etmiş və rəzalətə qarşı
mübarizə aparmışdır.
“Elxan surətinin əsl ictimai ma-
hiyyətini, həqiqi ideya məzmununu
düzgün açıb göstərmək, şübhəsiz ar-
tistin yeni müvəffəqiyyəti idi. Bu mü-
vəffəqiyyəti daha da dərinləşdirən bir
amil var idi ki, o da Ə. Ələkbərovun
eyni tamaşada bir-birinə daban-daba-
na zidd olan iki surəti eyni müvəffə-
qiyyətlə canlandırması idi. Müxtəlif
xarakterli rolları eyni sənətkarlıq sə-
viyyəsində ifa edə bilməsi göstərirdi
ki, Ə. Ələkbərov çox çəhətli istedada
malik olan geniş diapazonlu artistdir”
(21).
Elxan-Ələkbərov xalqının ağır
vəziyyətini düşünən, ictimai quruluş-
da dönüş yaratmaq istəyən insan idi.
Onun Elxanı hər hansı işgəncələrə
qarşı amansız düşmən idi.
“Ələkbərovun Elxanı tamaşaçılarda vətənpərvərlik və qəh-
rəmanlıq duyğuları oyadır, insan mənliyini tapdalayanlara qarşı
nifrət təlqin edirdi” (2).
Ə. Ələkbərovun Elxanı insanlıq üçün yaşayan, fikri bəşəriy-
yətin gələcəyi ilə bir olan insan kimi yaradırdı. Aktyor Elxan obrazı
ilə xalqının azadlığı uğrunda çalışan mübariz qəhrəmanı tamaşaçıya
böyük məhəbbətlə çatdırmışdır.
Ə.Ələkbərov – Elxan
rolunda
47
Ə. Ələkbərovun geniş diapazona malik qüdrətli sənəti sü-
nilikdən çox uzaq olmuşdur. Onun ifası çox təbii idi, tamaşaçını
daim düşündürürdü. Ə. Ələkbərovun səhnədə obraz yaradarkən
düşdüyü psixoloji vəziyyətlərə tamaşaçılar inanırdı.
1939-cu il dekabr ayının 30-da S. Vurğunun ikinci böyük səh-
nə əsəri olan “Xanlar” mənzum dramı A. İsgəndərovun quruluşunda
səhnəyə qoyuldu və Xanlar Səfərəliyevin obrazını Ə. Ələkbərov ifa
etdi.
Ə. Ələkbərovun ifasında Xan-
lar tamaşanın ilk səhnələrindən sinfi
zidiyyətləri duyan bir insan kimi
canlanırdı.
Ələkbərovun Xanları
anası Qızyetərlə (bu rolu SSRİ xalq
artisti Mərziyə Davudova ifa edirdi-
İ.A.) söhbətində sadə idi. Ancaq bu
sadəlikdə böyüklük vardır. Aktyorun
ifasında Xanlar istismar dünyasına
qarşı amansız, fəhlə sinfinə qarşı isə
sadiq idi.
“Xanlar surətinin ilk yaradıcısı
Ələsgər Ələkbərov səhnəmizin ən
görkəmli aktyorlardan biridir. Gözəl
istedada malik olan Ələkbərov xüsu-
sən axırıncı on ildə surətlə inkişaf
etmişdir və çox səciyyəvidir ki, o ən
parlaq qələbələrini Azərbaycan dra-
maturqlarının əsərlərində əldə etmişdir... Ələkbərovun qəhrəmanları
başlıca olaraq ideal uğrunda mübarizədə tərəddüd bilməyən igid,
nəcib və sədaqətli insanlardır. Vətənpərvərlik, insanpərvərlik və
qəhrəmanlıq bu surətlərin məfkurəvi və əxlaqi simasını müəyyən
edən keyfiyyətlərdir” (6).
Tamaşanın sonrakı inkişaf dinamikasında Ələkbərov-Xanların
fəhlə sinfinə inamını artırdı, onu gələcək mübarizəyə qanadlandırdı.
Ə.Ələkbərov – Xanlar
rolunda
48
Aktyor yaratdığı obrazın təbiətinə xas olan romantik duyğuları çox
incə ştrixlərlə açıb tamaşacılara göstərirdi.
“Ələkbərov Xanların mənəvi həyatında psixologiyasında əmə-
lə gələn təbəddülatın dialektik xarakterini və təşəkkül prosesini
ətraflı duyduğundan obrazın daxili dramatizmini, istək və arzusunu,
məqsəd və idealını, onun ictimai-siyasi münasibətini bütün zəngin-
liyi ilə canlandırırdı. İlk şəkillərdən Ələkbərovun Xanları sadəqəlbli,
təvazökar təbiətli və zəhmətsevər bir gənc kimi çox mənalı idi;
onun səmimiyyəti, mənəvi paklığı tamaşaçıların diqqətini cəlb edir
və nəcib hisslər oyadırdı” (2).
Ə. Ələkbərovun ifasında Xanlar tamaşaçıda müsbət hisslər
doğuran bir insan idi. O, yaratdığı obrazı mərd alovlu inqilabçı və
təmiz qəlbli insan kimi tamaşaçılara çatdırırdı.
“Pravda Vostoka” qəzeti (24.07.1951, Daşkənd) yazır ki;
“Pyesin baş qəhrəmanı olan Xanlar tamaşaçının dərin rəğbətini qa-
zanır. Bu rolu Ə. Ələkbərov ... böyük ustalıqla ifa edir. O, Xanların
böyük mənəvi qüvvəsini, mətanətini, öz ideyasına sədaqətini, müba-
rizəsinin axır məqsəd uğrunda hər bir fədakarlığa, hətta həyatını
qurban verməyə hazır olduğunu yüksək sənətkarlıqla göstərir”.
Aktyorun yaratdığı Xanlar dostluqda çox möhkəm bir insan
idi. Xanlar-Ələkbərov əsərin üçüncü şəklində anası Qızyetərlə Koba
haqqında söhbətində nə qədər böyük inam və səmimiyyət vardır.
“Ə. Ələkbərovun qəhrəmanı öz səadətini sadə adamların
mənafei uğrunda mübarizədə görən həyatsevər bir şəxsdir” (8).
Ə. Ələkbərovun ifasında Xanlar narahatlığı qədər, qayğıkeş
olan bir insan idi. O, sözsüz səhnələrdə belə tamaşaçının gözündə
yayınmırdı. Aktyor bu səhnələrdə Xanların çox ağıllı və bacarıqlı
olduğunu tamaşaçıya göstərirdi. Onun səhnəyə hər gəlişi tamaşaçıda
ruh yüksəkliyi yaratdığı üçün Ələkbərovun Xanları hər dəfə sevic
və alqışla qarşılanırdı.
“Ələsgər Ələkbərovun yaratdığı səhnə surətləri içərisində
Xanlar xüsusi yer tutur. Ələkbərov məhz bu obrazda yüksək roman-
tik ifa tərzini realist oyunla üzvü surətdə birləşdirməyi, eyni zaman-
da həm potetik, monumental, həm də həyatı, canlı qəhrəman yarat-
Dostları ilə paylaş: |