İmran axundov



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə17/39
tarix28.06.2018
ölçüsü1,84 Mb.
#51974
1   ...   13   14   15   16   17   18   19   20   ...   39

 
57 
1941-ci il aprel ayının 24-də Mirzə İbrahimovun tərcüməsində
A.  Qripiçin  quruluşunda  V.  Şekspirin  “Kral  Lir”  faciəsi  tamaşaya 
qoyuldu. Monimental səpgidə tamaşaya qoyulan bu  əsərdə qüdrətli 
aktyor  ansambılı  çalışırdı.  Bu  tamaşada  Kral  Lir  rolunu  Sidqi  Ru-
hulla və Ələsgər Ələkbərov ifa edirdi. 
“Lirin ikinci ifaçısı SSRİ xalq ar-
tisti Ələsgər Ələkbərov idi. O, öz rolu 
haqqında  yazırdı  ki,  mən,  Liri  dərin 
psixoloji  hallar  və  faciə  keçirən  bir 
şəxsiyyət kimi düşünürəm. Lir iztirablı 
dəqiqələrini  dəhşətli  yağış  və  boranın 
gurultusu altında keçirərək axırda şüu-
runu  itirir.  Onda  yaxşı  hisslər  oyan-
mağa  başlayır,  o,  həyatı  yenidən  dərk 
edə  bilir.  Burada  Lir  ilk  dəfə  olaraq, 
ictimai ədalətsizliyi, yoxsulların iztirab 
və  işgəncə  ilə  dolu  həyatını  anlayır. 
Mən, Lirin keçirdiyi bu dolğun həyatı, 
onun müqəddəratındakı təzadları tragik 
yüksəkliyə qaldırmağa çalışacağam. 
Ələsgər  Ələkbərovun  bu  dedik-
lərini səhnədə ... həyata keçirir və unu-
dulmaz  bir  Lir  surəti  yaratmağa  mü-
vəffəq olurdu”(24). 
Ə. Ələkbərovun Liri mehriban ata, şöhrətli hökümdar, çöllərə 
düşmüş bir sərsəm idi. Aktyor tufan səhnəsini çox gözəl ifa edirdi. 
Bu  səhnədə  Lir-Ələkbərov  üşüyürdü.  Tamaşaçı  hiss  edir  ki,  Ələk-
bərovun-Lirin bu üşüntüsü xaricdən deyil, daxildən gəlir. Şübhəsiz 
ki,  bu  da  Lir-Ələkbərovun  kiçik  qızı  Kordeliyanı  qovması,  bütün 
var-dövlətini  iki  qızlarının  arasında  bölməsi  idi.  Və  nəhayət  Lir-
Ələkbərov iki qızına olduqca mehribanlıq edirdi, lakin qızların ata-
larını rədd etməsi onu çox sarsıdırdı. 
Ə.Ələkbərov – Kral Lir 
rolunda 


 
58 
Ə. Ələkbərov Lirin final səhnəsini çox böyük sənətkarlıqla ifa 
edirdi. O, qocaman  Liri  məğrur bir şah kimi  tamaşaçıya çatdırırdı. 
Onun Liri mehriban, kədərli və vüqarlı idi. 
“Ədəbiyyat  və incəsənət” qəzeti (02.02.1963)  yazır ki; “Kral 
Lir  rolu  Ələkbərovun  ifasında  orijinal  bir  qüvvə  ilə  səslənmiş,  öz 
faciəsi ilə tamaşaçıları sarsıtmışdır”. 
Birinci  şəkildə  kiçik  qızı  Kordeliya  ilə  mehriban  rəftar  edən 
Lir-Ələkbərov sonra ondan üz döndərirdi. Aktyor bu rolu elə böyük 
peşəkarlıqla ifa edirdi ki, tamaşaçı onun faciəsinə acıyırdı. 
M.  Allahverdiyev  “Ədəbiyyat  və  incəsənət”  qəzetində 
(25.04.1964) yazır ki; “... Kral Lir kimi mürəkkəb psixoloji varlığa 
malik bir rolda çıxış etmək otuz bir yaşlı gənc aktyor üçün çətin idi. 
Bununla belə o Lir obrazının daxili həyatına nüfuz etməyə çalışmış 
və istədiyinə nail ola bilmişdir. Beləliklə, Şekspirin zəngin obrazlar 
silsiləsi Ələkbərovu get-gedə daha çox özünə cəlb edir və dərindən 
düşündürürdü”. 
Şekspir irsini dərindən duyan və dərk edən Ələsgər Ələkbərov 
böyük istedadla yaratdığı Kral Lir obrazı Azərbaycan teatr tarixinə 
daxil olan ən yadda qalan səhnə qəhrəmanlarından biridir. 
Geniş  yaradıcılıq  diapazonuna  malik  olan  Ə.  Ələkbərov  ona 
tapşırılan  rolları  bir  sənətkar  kimi,  məharətlə  ifa  edərək  canlı 
obrazlar yaratmağa nail olmuşdur. 
1941-ci il noyabr ayının 6-da S. Vurğunun “Fərhad və Şirin” 
mənzum  dramı  A.  İsgəndərovun  quruluşunda  tamaşaçılara  təqdim 
olundu.  Bu  tamaşada  Ə.  Ələkbərov  Fərhadı  bütöv,  güclü,  qüvvətli 
bir insan kimi yarada bildi. Ə. Ələkbərovun Fərhadı vətənpərvərlik 
hissindən qaynaqlanaraq, yüksək sənət mərtəbəsinə çatdırmışdır. 
“Fərhad-Ələkbərov  Şirini  doğma  vətəninin  məsum  və  gözəl 
bir  qız  kimi,  canlı  təcəssümü  kimi  sevir,  onun  yolunda,  Vətən 
eşqindən ilham alaraq, gözəl saraylar, qalalar tikir, bir sərkərdə kimi 
döyüşə gedir, dağlar çapıb xariqələr yaradır” (21). 
Ə.  Ələkbərovun  ifa  etdiyi  Fərhad  Şirini  böyük  məhəbbətlə 
sevən iradəli bir insan idi. 


 
59 
“Tamaşaçı Fərhadın-Ələkbərovun vətənpərvərliyini və qəhrə-
manlığını, əzəmət və qorxmazlığını seyr etdikcə qəlbi vüqar hissi ilə 
dolur,  mübariz  bir  əhval-ruhiyyə  ilə  silahlanırdılar.  Fərhar-Ələk-
bərov bir insan və böyük bir sərkərdə kimi son dərəcə ifadəli idi. O 
ülvi təbiətli, sadə ağıllı, düşüncəli olmaqla bərabər, həm də kəskin 
bir  qəzəbə  malik  idi.  Onun  qəzəbi  öz  coşğunluğu  və  kəskinliyi  ilə 
düşmənlərini sarsıdırdı” (1). 
Fərhad-Ələkbərov  adi,  vətən-
pərvər insan, mahir heykəltəraş, vətə-
ninin  azadlığı  ugrunda  çalışan  bir 
şəxs idi.
 
 
“Fərhad 
rolunda 
Ələsgər 
Ələkbərov  mahir  bir  heykəltəraş  və 
igid  bir  sərkərdədir.  Fərhadın  bu 
cəhətlərini  o  böyük  bir  aktyor 
hərarəti  ilə  açıb  göstərir.  Ələkbərov 
Fərhadın  daxili  qüdrətini  ifadə  edər-
kən  öz  temperamentindən  böyük  bir 
zövq  və  ustalıqla  istifadə  etməyi  ba-
carır,  beləliklə  də  tamaşaçının  dərin 
məhəbbətini  qazanır.  Ələkbərov-Fər-
had İran ordusu ilə vuruşmağa gedir-
kən,  onun  əzəmətli  hərəkətlərində 
xalq qəhrəmanının məğlubedilməz gücü hiss olunur” (11). 
Fərhad-Ələkbərov  elə  ilk  səhnələrdən  öz  qətiyyətuni,  Şirinə 
olan  sevgisini  tamaşaçılara  göstərirdi.  Aktyorun  ifasında  Fərhad 
həm mübariz döyüşçü, həm də sənətkar idi. O, Fərhadı intiqam hissi 
ilə yanan aşiq kimi yox, vətəni qoruyan bir insan kimi ifa edirdi. 
“Memar  Fərhad  rolunu  oynayan  Ələsgər  Ələkbərov  və  Rza 
Əfqanlı özlərinin ən şərəfli vəzifəsini vətənə xidmətdə, onun istiqla-
liyyəti  uğrundakı  mübarizədə  qəhrəmanlıqlar  göstərməkdə  görür-
dülər” (30). 
Ə. Ələkbərov Fərhadı ifa etməklə çox çətin bir sınaqdan çıx-
mışdır.  Onun  ifası  sübut  etmişdir  ki,  bu  kamil  sənətkar  tapşırılan 
Ə.Ələkbərov – Fərhad 
rolunda 


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə