İmran axundov



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə25/39
tarix28.06.2018
ölçüsü1,84 Mb.
#51974
1   ...   21   22   23   24   25   26   27   28   ...   39

 
81 
tamaşanın ümumi məqsədinə müvafiq olaraq, Otellonu görkəmli bir 
sərkərdə,  dövlət  xadimi  və  vəzifəni  hər  şeydən  yüksək  tutan  bir 
adam  kimi  göstərir.  Gen  ərəb  paltarı  geymiş  artistin  böyük  və 
əzəmətli  görünüşü  qüdrətli  və  epik  təsir  bağışlayır.  Belə  olduğu 
halda  onun  qəlbən  sadəliyi,  mülayimliyi  və  sadəlövlüyü  isə  daha 
xoş  bir  təsir  doğurur...  Otello-aktyorun,  şübhəsiz,  böyük  müvəffə-
qiyyətidir...  Ələkbərovun  əldə  etdiyi  nailiyyət  o  qədər  mühümdür 
ki, o, gələcəkdə öz qəhrəmanının obrazını, şübhəsiz daha da dərin-
ləşdirə biləcəkdir ” (7). 
 
Ə. Ələkbərovun yaratdığı Otello ləyaqətli və alicənab bir şəxs 
idi. Aktyorun mənalı gözlərində odlu məhəbbətdən doğan xoşbəxt-
lik  şölələnirdi.  Otello-Ələkbərovun  insana  etibarı  təmizlikdən,  saf-
lıqdan  irəli  gəlirdi.  Bunun  üçün  də  Otellonun  aldanmağı  faciə  ilə 
nəticələnirdi. 
“Biz  Otellonun,  bu  sadə  və  sadəlövh  insanın  gözəl  və  ülvi, 
nəcib  və  alicənab  xasiyyətinə  şəkildən-şəklə  bələd  olduqca  onu 
daha  artıq  sevirik.  Öz  qəhrəmanını  yaxşı  tanıtdırmaq  üçün  aktyor 
düzgün  yol  seçir.  Ə.  Ələkbərov  Otellonu  insanlara  və  insanlığa, 
xeyrə və ədalətə, dost vəfasına, qadın sədaqətinə dərindən inanan və 
bu  etiqaddan  çətin,  çox  çətin  dönən  bir  adam  kimi  şərh  etmişdir. 
“Otello”tamaşasından səhnə.
 
Otello – Ə.Ələkbərov, Dezdemona – B.Şəkinskaya 
ə 


 
82 
Tamaşanın  “qısqançlıq  pərdəsi”  adlanan  yerlərində  aktyor  öz 
şübhələri,  öz  qısqanclığı  ilə  mübarizə  aparır.  Bunun  üçün  sanki 
Dezdemonanın  ləkəli  deyil,  təmiz  olduğunu  sübut  edən  dəlillər 
axtarır.  O,  bu  xətti  sonrakı  səhnələrdə  də  davam  etdirir.  Otello-
Ələkbərov son pərdədə öz qətiyyəti, Dezdemonanı öldürmək qərarı 
ilə də sanki mübarizə aparır” (22). 
Otellonu  Yaqo  şübhələndirirdi.  Otello-Ələkbərov  Dezdemo-
naya  nifrət  bəsləyir.  Lakin  Yaqodan  ayrılıb  Dezdemona  ilə  görüş 
səhnələrində Otellonun bütün halı dəyişirdi. Otello-Ələkbərov əvvəl 
ki,  Otelloya  bənzəmirdi.  O,  Dezdemonanın  gözəlliyi  qarşısında  öz 
şübhələrini, kinini unudurdu. O Dezdemona ilə gah xoş, gah da sərt 
rəftar  edirdi.  O,  öz  kin-küdurətini  və  sonra  Dezdemonanı  görüb 
onun  gözəlliyinə  təslim  olmasını  elə  böyük  ustalıqla  ifa  edirdi  ki, 
tamaşaçı hər dəfə sənətkarın sənətinin qüdrətinə valeh olurdu. 
“Ələkbərov Otellonu da özünə məxsus daxili hərarətlə canlan-
dıra  bildi,  həm  də  heç  kəsi  təkrar  etmədən  Otellonun  ürəyinin  tə-
mizliyini  və  ehtiraslarının  gücünü,  saf  vicdanı  ilə  çirkin  mühit 
arasındakı uçurmun dərinliyini qabarıq surətdə canlandırdı... Əlbət-
tə, Otello dolğun surətdir. Ən güclü artistləri də doydura bilən, yo-
rulmaz qüvvəyə malik olan aktyorun da bütün gücünü və qüvvəsini 
alan, ehtiraslarını oyadan surətdir” (14). 
Ələsgər  Ələkbərov  Otello  obrazının  müvəffəqiyyətlərindən 
biri də ondan ibarət idi ki, o, bütün tamaşa boyu pıçıltı ilə məharətlə 
danışırdı.  Onun  pıçıltı  ilə  danışdığı  sözləri  tamaşaçı  aydın,  təmiz 
eşidirdi və yalnız son sözləri Yaqoya müraciət etməsini aydın səslə 
deyirdi.  Xüsusən,  Dezdemona-Barat  Şəkinskaya  ilə  bir  aşiq  kimi 
pıçıltı  ilə  danışması  onun  geniş  ürəkli  bir  aktyor,  misilsiz  səhnə 
ustası olduğunu sübut edirdi. 
“Ələkbərov, şübhəsiz, əsil Otello idi... Tamaşanın ümumi ide-
yasına müvafiq olaraq Ələkbərov Otellonu görkəmli sərkərdə, döv-
lət xadimi, alicənab insan kimi oynayırdı. Aktyorun sərbəst, gen-bol 
ərəb  geyimində  daha  da  qabaran  iri  sinəsi,  məğrur  qədd-qaməti 
qüdrət, böyüklük, epik əzəmət ifadə edirdi. Sadəlik, xeyirxahlıq və 
mülayimlik bu  əzəmətə yaraşırdı.  Otello-Ələkbərov  müdrik, dünya 


 
83 
görmüş  və  alicənabdır,  Dezdemona  üçün  yaşamağı,  ömür  sürməyi 
özünə borc bilir. Elə buna görə də Dezdemonanı dinlərkən, öpərkək 
və  oxşarkən  bu  qədər  xoşbəxt  və  heyrandır:  onun  sevgisi  də,  bu 
sevgiyə  sədaqəti  də  hüdudsuzdur...  Otellonun  faciəsini  Ələkbərov 
insana,  ideala,  təbii-fikri  saflığa  malik  olan  inamın  məhvi  kimi 
oynayır. Onun coşan, şaşıran qəzəbində həm də böyük bir əzab var-
dır...  Onu  da  qeyd  etmək  vacibdir  ki,  Otello-Ələkbərov  üçün 
“qaralıq”  və  “ağlıq”  problemi  yox  idi.  O,  Venetsiya  libasını  heç 
əyninə almır və bütün tamaşanı ərəb qiyafəsində keçirirdi. O, hətta 
milli  ədaları  da  qoruyub  saxlayırdı.  Təbii  və  sərbəst  bir  şəkildə 
bardaş  qurub  oturur  və  tez-tez  əlləri  ilə  dizlərini  sığallayırdı.. 
Aktyor obrazı bu milli fərdilikdən kənarda təsəvvür edə bilmirdi. O, 
məhz qara bir ərəb kimi işıqlı və gözəl idi” (9). 
Ə.  Ələkbərov  Otellonun  keçirdiyi  əzabı,  bütün  çalarları  və 
incəliyi ilə açıb göstərirdi. Onun Otellosu aktyorun yaratdığı dolğun 
səhnə obrazlarının ən kamillərindən biri idi. 
“Məşhur  aktyor  Ələsgər  Ələkbərovun  yaratdığı  Otello  gör-
kəmli dövlət xadimi və cəsarətli sərkərdədir. O, eyni zamanda müd-
rik  və  nəcib  insandır.  Otello-Ələkbərov  vəfalı  bir  aşiq  olmaqdan 
başqa, həm də öz vəzifəsinə sona qədər sadiq əsgərdir. Ə. Ələkbə-
rov  Otellonun  faciəsini,  onun  insanların  sədaqətinə  olan  inamının 
məhv olması kimi səciyyələndirir. Aktyor Otellonun Yaqoya bəslə-
diyi etibarı böyük ustalıqla göstərdiyi kimi, sonradan bu rəzil insana 
amansız  nifrətini  də  həqiqi  bir  ehtirasla  tamaşaçılara  çatdırırdı. 
Artistin oyunundakı maraqlı bir cəhət də öz qəhrəmanının milli xü-
susiyyətini,  koloritini  qabarıq  göstərə  bilməsi  idi.  Ə.  Ələkbərov  öz 
qəhrəmanının obrazına milli konkretlik verirdi. Otello-Ə. Ələkbərov 
böyük ürəkli bir ərəbdir. O, fantastik qəhrəman deyil, əksinə, bütün 
qiymətli və zəif cəhətləri ilə əsil insandır” (30). 
Ə. Ələkbərovun ifasında mavr pak qəlbə, təmiz əqidəyə malik 
sərkərdə  idi.  Onun  Otellosunda  insana  inam,  etibar,  gözəl  hisslər 
çox  təsirli  təqdim  olunurdu.  Otello-Ələkbərov  Yaqoya  inanırdı, 
bəzən ona nifrət edirdi. Bu zaman Otello-Ələkbərov üzünü əlləri ilə 
tutub ona baxmaq istəmirdi. 


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə