İmran axundov



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə22/39
tarix28.06.2018
ölçüsü1,84 Mb.
#51974
1   ...   18   19   20   21   22   23   24   25   ...   39

 
72 
“Bakinski raboçi” qəzeti (24.11.1960) yazır ki; “O öz işinə sə-
daqətli,  namuslu  və  xeyirxah  bir  adamdı...  Aktyor  rolun  səhnə  hə-
yatını mürəkkəb bir proses kimi açır. Odur ki, pyesin finalında Al-
xanın daxili aləmində əmələ gələn təbəddülat, mənəvi yenilik tama-
milə təbii görünür”. 
Ə.  Ələkbərov  Alxan  obrazı  ilə 
zəngin  xarakter  yaratmağa  müvəffəq 
olmuşdur.  Onun  Alxanı  böyük  həyat 
eşqi ilə yaşayan sadə, təmkinli, işgüzar 
bir insan təsiri bağışlayırdı. 
“Alxan  rolunu  Ə.  Ələkbərov  öz 
oyunu  ilə  gözəl  mənalandırır.  Alxan-
Ələkbərov dünyagörmüş, ağıllı, zəhmət 
sevən,  namuslu  bir  adamdır.  Onu  üçün 
cəmiyyət  qarşısında  daşıdığı  vəzifə  hər 
şeydən üstündür... Ağıllı bir rəhbər olan 
Alxan  eyni  zamanda  hamı  üçün  müla-
yim  və  qayğıkeş  bir  atadır.  Bir  insan 
olaraq  Alxan-Ələkbərovun  şəxsi  sifət-
ləri də: təmkinliyi, zəkası, ahəstə yerişi, 
aydın  və  inandırıcı    danışığı,  nəcib  za-
hiri  görünüşü,  onun  daxili  məziyyətlə-
rinə tamamilə müvafiqdir” (7). 
Ə. Ələkbərovun ifasında Alxan xeyirxah insan olmaqla yana-
şı, zəhmətsevər, daim yüksəliş uğrunda çalışan bir şəxs idi. Alxan-
Ələkbərovun  ən  böyük  arzularından  biri  də  təsərrüfatı  yüksəltmək 
idi. 
“Bakinski raboçi” qəzeti (22.12.1948) yazır ki; “Ə. Ələkbərov 
qoca  Alxanın  rolunu  böyük  ustalıqla  yaradır...  Artist  həm  Alxanın 
zahiri  əzəmətini,  həm  də  gözəl  daxili  aləmini,  hərarətli  qəlbini  çox 
gözəl canlandırır”. 
Ə. Ələkbərov Alxanın təbiətindəki böyüklüyü tamaşaçıya də-
qiq  çatdırırdı.  O,  sadə  olduğu  kimi  də  vüqarlı  idi.  O,  şəxsi  hisslər-
dən uzaq olan insan idi. 
Ə.Ələkbərov – Alxan 
rolunda 


 
73 
“Ələkbərovun qəhrəmanlıq rollarından gələn əzəmətli jestində 
Alxanın nə qədər geniş qəlbə, qüvvətli ruha, möhkəm iradəyə malik 
olduğunu  görürük...  Ələkbərov  Alxan  rolu  üzərində  olduqca  çox 
işləmiş,  onun  daxili  aləmini  açmaqdan  başqa,  zahiri  görkəmindəki 
hər  bir  kiçik  cəhətə  də  böyük  diqqət  vermişdir.  Alxanın  əlindən 
düşməyən,  onun  bir  növ  həmdərdi  olan  uzun  çubuq,  artistin  əzə-
mətli  yerişinə  kömək  edən  ağır  uzunboğaz  çəkmələr-bunlar  hamısı 
sənətkarın tapdığı mühüm detallardır. 
Böyük səy və əməklə, həqiqi ilhamla yaradılmış Alxan obrazı 
Ələkbərovun  yaradıcılıq  nailiyyətləri  içərisində  çox  görkəmli  yer 
tutur” (21). 
Aktyorun  yaratdığı  Alxan  qayğıkeş,  səmimi,  işə  canyandıran 
insan idi. O, Alxanın mənəvi aləmini, psixolgiyasını çox gözəl rəsm 
etdirirdi. 
“Ələkbərov  Alxanın  ictimai-siyasi  münasibətlərini,  mənəvi 
keyfiyyətlərini,  dövrün  humanizmi  ilə  həyat  idealı  arasındakı  vəh-
tədi ifadə etməklə, obrazın müasirlik ruhunu daha da qüvvətləndirir 
və onu bir xarakter kimi zənginləşdirirdi. 
Əsərin  müəllifi  İ.  Əfəndiyev...  təqdim  etdiyi  xatirə  qeyd-
lərində  yazır:  “Bir  dəfə  Bakıya  gəlmiş  məşhur  teatrşünas  Filippov 
mənimlə birlikdə “Bahar suları” na baxırdı. O, Ələkbərova işarə ilə 
dedi:  “Onu  MXAT-ın  ən  böyük  artistləri  ilə  müqayisə  etmək  olar. 
Çox  güclü  sənətkardır”.  Bu  sözlər  təsadüfi  deyilməmişdi,  çünki 
Alxan  rolunda  Ələkbərovun  sənətkatlığı  çox  aydın  duyulur  və 
mühüm təsir bağışlayırdı” (2). 
Ə. Ələkbərovun Alxanı düşünülmüş, mürəkkəb bir obraz idi. 
O,  cəmiyyətdə  yaşayan  insanların  təfəkkürünə,  işdə  əldə  olunan 
nailiyyətlərinə böyük əhəmiyyət verirdi. 
A.  Babayev  “Sovet  kəndi”  qəzetində  (24.11.1960)  yazır  ki; 
“İlyas Əfəndiyevin “Bahar suları” əsərində Alxan rolunu böyük il-
ham  və  sənətkarlıqla  oynamışdır...  müdrik  ata-babalarımızın  nəcib 
sifətlərinin  timsalı  olan  Alxan  rolu  üzərində  Ələsgər  Ələkbərov 
özünə məxsus səbir və ilhamla işləmişdir” . 


 
74 
“Bahar suları” tamaşasında Ə. Ələkbərovun sənətkarlığı ölçü-
yəgəlməz  idi.  Burada  aktyorun  böyük  ilhamla  və  əsl  sənətkarlıqla 
ifa  etdiyi  mənalı  mimikalar,  dolğun  mizanlar  az  deyildir.  Alxan-
Ələkbərovun qızı ilə həyatdan getmiş arvadı haqqında danışması, nə 
qədər  təbii  və  inandırıcı  idi:  “-O,  dan  yerinin  şəfəqlərindən  yaran-
mışdı qızım! Bizim dağlar onun kimi can görməmişdi. Ancaq fələk 
onun sərv qəddini yay kimi əydi. O, vərəm yatağında gül kimi solub 
gedərkən bir axşam səni qucağına götürüb xeyli vaxt üzünə tamaşa 
elədi. Sonra, “Alxan, -dedi, -elə et ki, dünyanın heç bir qəm-qüssəsi 
bu qızın qəlbinə yol tapmasın. Əgər xoşbəxt olsa, qəbrimin üstünə 
gəl,  mənə  de!”  (Pauza)  Söylə,  qızım!  İndi  mən  ona  nə  cavab  ve-
rim?”  (İ.  Əfəndiyev,  Əsərləri,  (VI  cilddə),  2  cild,  Bakı,  Yazıcı, 
1984, səh. 217). 
Burada  Ə.  Ələkbərov  Alxanın  daxilindəki  nəvazişi,  təmizliyi 
ustalıqla nümayiş etdirirdi. 
A.  Axundov  “Azərbaycan  gəncləri”  qəzetində  (09.03.1962) 
yazır  ki;  “  “Bahar  suları”  pyesindəki  Alxan  öz  həyatiliyi,  psixoloji 
kamilliyi,  pealist  səviyyəsi  etibari  ilə  aktyorun  (Ə.  Ələkbərovun-
İ.A.) yaratmış olduğu başqa obrazlardan yüksəkdə durur”. 
Ə. Ələkbərov Alxanın ruhunu düzgün dərk edib, onun fikrini, 
arzusunu dinamik  olaraq inkişaf etdirirdi.  Aktyor obrazın  psixoloji 
vəziyyətindən  doğan  pauzalar  vasitəsi  ilə  tamaşaçılarda  aydın  fikir 
yaradırdı. 
“...Alxan rəhimdil, xeyirxah və təmiz ürəklidir... Alxan-Ələk-
bərov  mürəkkəb  xarakterdir.  Aktyor  tamaşa  boyunca  bu  xarakteri 
şərh  etməklə  bərabər,  sədrin  mənəviyyatındakı  saflaşma  prosesini 
də inandırıcı surətdə göstərə bilir... Tamaşaçı qoca Alxanın şüurun-
dakı və xarakterindəki intibaha inanır və buna qəlbən sevinir. Obra-
zın  ziddiyyətlərinin  düzgün  şərhi,  onun  daxili  aləmindəki  təbəd-
dülatın  və  inkişaf  prosesinin  əyan  edilməsi  nəticəsində  biz  Alxanı 
da bütöv və bitkin səhnə orazı kimi qəbul edirik” (22). 
Alxan-Ələkbərov  namuslu  insanın  paklığını,  xeyirxahlığını 
əks etdirirdi. O, qayğıkeş sədr, mehriban ata, el ağsaqqalı idi. 


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə