İmran axundov



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə13/39
tarix28.06.2018
ölçüsü1,84 Mb.
#51974
1   ...   9   10   11   12   13   14   15   16   ...   39

 
42 
edir,  coşqun  temperamentin  çoxşaxəli  sənətkarlıq  imkanlarını  əsir-
gəmirdi. O öz Vaqifini təkcə respublikamızda deyil, ondan çox-çox 
uzaqlarda  sevdirə  bilmişdi.  Qüdrətli  şair  və  dramaturq  Nazim  Hik-
mət  “Vaqif”ə  baxandan  sonra  demişdir  ki,  əgər  Ələkbərovu  bir 
xəzinədar adlandırmaq cayizsə, Vaqif obrazı onun ən qiymətli cava-
hiridir. 
... Ə. Ələkbərovun Vaqifi dram teatrında alınmaz bir qala ola-
raq  qalmış  və  bu,  böyük  sənətkara  ümumxalq  şöhrəti  qazandır-
mışdır” (30). 
Tamaşanın ən təsirli səhnələrindən biri də zindan səhnəsi idi. 
Qacar  tərəfindən  zindana  salınmış  Vaqif-Ələkbərov  burada  da 
cəsarətlidir, nikbindir. 
“... Vaqif-Ələkbərov qaynar həyatla çarpışan xalqla nə qədər 
bağlı olduğunu yenə dərindən hiss edir” (21). 
Ə.  Ələkbərovun  Vaqifinin  əsas  leytmotivi  ülvi  duyğular  və 
bəşəri fikirlərdir. Aktyorun ifasında Vaqif xalqını zəkalı, dərin dü-
şüncəli və gözüaçıq görmək istəyən bir şəxsdir. Ələkbərovun Vaqifi 
öz hərəkətləri ilə daum tamaşaçı gözündə ucalan, yüksələn bir insan 
idi. 
“Ə.  Ələkbərov  da  o  gündən  xalq  arasında  Vaqif  kimi  tanın-
mağa başladı. O, Azərbaycan səhnəsinin ən sevimli aktyorlarından 
biri oldu. 
Vaqif  rolunu  Ələkbərov  iyirmi  ildən  bəri  ifa  etməkdədir.  O, 
bu  uzun  və  çətin  yolu  beş  yüz  dəfədən  çox  gedib-gəlmişdir.  Onun 
yerində bir başqa aktyoru təsəvvür etmək tamaşaçı üçün xeyli çətin-
dir.  Əlbət  ki,  bu  səbəbsiz  deyildir.  Ələkbərov  Vaqif  surətinin  əzə-
məti  tam  mənası  ilə  hiss  etdirməyi  bacarmış,  onu  xalqa  dərindən 
sevdirmişdir. 
Qüdrətli  aktyor  temperamenti,  aydın  diksiya,  hər  şeydən  də 
çox  daxili  hərarət,  Ələkbərov  talantının  gözəl  xüsusiyyətləridir” 
(11). 
Mürəkkəb və psixoloji hallar kecirən Vaqif-Ələkbərov ölümlə 
üzləşirdi, lakin öz əqidəsindən dönmürdü. Xalqına qarşı onun dərin 
inamı Vaqif-Ələkbərovu bir an belə tərk etmirdi. 


 
43 
A.  Babayev  “Sovet  kəndi”  qəzetində  (24.11.1960)  yazır  ki; 
“Ələkbərov öz qəhrəmanının obrazını yaradarkən onu həm bir şair, 
bir insan kimi  sevdirir, həm  də Vətəninin namuslu bir övladı kimi 
tamaşaçıların gözündə yüksəldir”. 
Ələsgər  Ələkbərov  36  illik  səhnə  fəaliyyəti  dövründə  yalnız 
Vaqif  obrazını  yaratsaydı,  yenə  də  onun  adı  teatr  tarixində  qızıl 
həriflərlə yazılmış olardı. 
“Bu rolun ifaçısı Ə. Ələkbərov tamaşacıların böyük rəğbətini 
qazanmışdı. Ələkbərovdan sonra Vaqif rolunu ifa etmək, əlbəttə çə-
tin  məsələ  idi...  Heç  təsadüfi  deyil  ki,  respublikanın  başqa  səh-
nələrində oynanan “Vaqif” tamaşalarında da Vaqif rolunu oynayan 
aktyorlar Ə. Ələkbərovu təqlid edirlər. Onlar bu rolu yaratmaq üçün 
obrazın səhnə müəllifindən qida alırdılar” (15). 
“... Vaqif rolu bacarıqlı aktyor Ələsgər Ələkbərovun istedadı-
nın təsdiq möhürü oldu” (26). 
“SSRİ  xalq  artisti  Ə.  Ələkbərov  Vaqif  surətini  böyük  mə-
harətlə yaratmışdı. Bu istedadlı artist rolun yalnız yüksək poetik cə-
hətini yox, onun çox mürəkkəb, psixoloji və dərin məfkurəvi cəhə-
tini  də  dərk  etmişdir.  Onun  hətta  ilk  tamaşalarıda  tələbkar  tama-
şaçıları əsasən razı salırdı. 
Etiraf etmək lazımdır ki, Vaqif surəti Ələkbərova borclu oldu-
ğu  kimi,  Ələkbərov  da  öz  yaradıcılıq  inkişafında  Vaqif  surətinə 
borclu  idi.  Vaqif  onun  üçün  bir  növ  sənətkarlıq  kursu  olmuşdur. 
Artist bu rolu ifa etdiyi 25 il ərzində həmişə ona yaradıcı kimi ya-
naşmış, onu daima təkmilləşdirməyə çalışmışdır” (4). 
Beləliklə, Vaqif obrazı qüdrətli sənətkar Ələsgər Ələkbərovun 
yaratdığı zəngin obrazlar silsiləsi içərisində ən əlçatmaz zirvəni fəth 
etmiş kamil sənət nümunəsidir. Vaqif obrazı həm Ə. Ələkbərovun, 
həm də Azərbaycan teatrının ən böyük, tarixi qələbəsidir. 
1938-ci  il  noyabr  ayının  29-da  Mirzə  İbrahimovun  ikinci 
səhnə  əsəri  olan  “Madrid”  Rza  Təhmasibin  quruluşunda  tamaşaya 
qoyuldu.  Bu  əsərdə  qəddar  alman  faşisti  və  kəşfiyyatçısı  Henrix 
rolu Ə. Ələkbərova tapşırıldı. 


 
44 
Tamaşada  Henrix-Ələkbərov  əsas  obrazlardan  biridir  və 
əsərin  inkişafında,  hadisələrin  dəyişməsində  onun  rolu  böyükdür. 
Aktyorun  ifasında  Henrix  çox 
dəhşətli bir insan olmaqla yanaşı, 
olduqca riyakar görünürdü.
 
 
Henrix-Ələkbərov  ilk  növ-
bədə  Karlosa  zərbə  vurmaq  istə-
yirdi. Çünki, o, azadlıq hərəkatına 
qarşı düşünülmüş mübarizə aparır-
dı. 
“Son  dərəcə  çətin  və  məsul 
Henrix  rolunda  Ə.  Ələkbərov  il-
hamlı,  düşüncəli  oyun  nümayiş 
etdirirdi” (9). 
Ə.  Ələkbərovun  ifasında 
Henrix öz simasını gizlətməyi ba-
caran  qəddar  alman  kəşfiyyatçısı 
idi. Henrix-Ələkbərov bütün hərəkətlərində, danışığında səmimi ol-
mağa  çalışırdı  və  insanların  daxili  aləmini  öyrənməyi  bacarırdı. 
Aktyorun  yaratdığı  Henrixin  gözlərinə  hər  tərəf  qan  görünür,  o, 
Hitler Almaniyasının sadiq zabiti idi. 
“Ə.  Ələkbərovun  böyük  yaradıcılıq  qələbəsi  hesab  olunan 
alman kəşfiyyatçısı Henrix rolu aktyor üçün yeni, mükəmməl bədii 
material  oldu.  Düşmənin  hiyləgər obrazı  səhnədə canlanan anlarda 
tamaşaçı həyacanla onu izləyir, ona nifrət bəsləyirdi” (18). 
1942-ci ildə M. İbrahimovun “Madrid” əsəri A. İsgəndərovun 
bərpasında  yenidən  səhnələşdirildi  və  Henrix  obrazını  yenə  də         
Ə. Ələkbərov ifa etdi. 
1938-ci  il  dekabr  ayının  4-də  Ə.  Ələkbərov  sənət  hadisəsinə 
çevrilən  Vaqif  roluna  görə  ona  28  yaşında  respublikanın  əməkdar 
artisti  fəxri  adı  verildi.  1939-cu  ildə  Ə.  Ələkbərov  Bakı  şəhəri 
Çaparidze rayonuna deputat seçildi. 
Ə.Ələkbərov – Henrix rolunda 


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə