82
1884-cü ildə yazdığı “Günahsız müqəssirlər” pyesində Kruçinina
obrazını məharətlə yaratdı.
Artıq səhnədə klassik sənətkar səviyyəsinə yüksələn Barat Şə-
kinskaya Kruçininanın daxili
zənginliyini, böyük insanlığını ilhamla
yaratmışdır. Aktrisanın sənətkarlığı nəticəsində yaranan Kruçinina
daxili həyacana və daxili ehtirasa malik obraz idi. B. Şəkinskaya
Kruçinina obrazı ilə ilk çıxışından tutmuş, finala qədər tamaşaçıları
ofsunlayırdı, sənətkarlığın nə olduğunu məharətlə nümayiş etdirirdi.
B. Nəbiyev “Kommunist” qəzetində (19.03.1966) yazır ki;
“Respublikanın xalq artisti Barat Şəkinskayanın ifası Octrovskinin
ən qüvvətli qadın obrazlarından sayılan Kruçininaya məhz bu cür
yaradıcı münasibətin parlaq təzahürüdür. Baratın ifasında biz
fədakar, nəcib bir qadının, vaxtsız itirdiyi oğlunu ömrü boyu
axtaran kədərli bir ananın, gözəl bir dramatik aktrisanın parlaq
obrazını görürük. Yelena İvanovna Kruçinina həyatın hər cür
amansız təzyiqlərinə baxmayaraq özünü əsla itirməyən, murovların
gözlənilməz hücumlarına qarşı mətanətlə sinə gərən, insanı dəhşətə
gətirən dərin psixoloji sarsıntı anlarında belə müvazinətini saxlayan,
ətrafdakılara təsir edəcək qədər ucalan bir qadındır. İkinci pərdədə
Neznamovun onun əlini, Kruçininanın isə Qiriqorinin başını
köksünə sıxıb hərarətlə öpdüyü səhnə aktyor oyunu cəhətdən çox
təsirlidir. Hələ ana-bala olduqlarını bilməyən bu iki nəfərin ünsiy-
yətindən ana şəfqəti yağır, övlad məhəbbətinin hərarəti duyulur”.
Tamaşanın finalında Barat xanım Kruçininanı xüsusi bir şövq
ilə oynayırdı. O, oğlu Neznamovla (bu rolu xalq artisti Lütfi Məm-
mədbəyov ifa edirdi-İ.A.) görüşərkən aktrisanın daxili həyacanı
üzünün cizgilərindən hiss olunurdu.
Kruçinina-Şəkinskaya oğlunu tanıyıb “Odur, odur!”-deyərək
səndələyib huşsuz divana yıxılmasını unutmaq çətin idi. Sonra
özünə gələn Kruçinina-Şəkinskayanın qarşısında Neznamov diz çö-
kərək: “Anacan! Ana! Ana!”-deyirdi və aktrisanın gözlərindən sü-
zülən yaş Neznamovun yanaqlarını isladırdı. Kruçinina-Şəkinskaya
“Bəli, bu odur... Qrişadır. Mənim Qrişamdır. Nə böyük səadət. Dün-
yada yaşamaq nə yaxşı imiş”-deyərək oğlu Neznamovun başını