İmran axundov



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə25/27
tarix21.07.2018
ölçüsü2,76 Mb.
#57463
1   ...   19   20   21   22   23   24   25   26   27

 
85 
ifası  haqqında  yazırdı;  “Barat  Şəkinskayanın  Jivkası  tamaşada 
özünün  dolğun  səhnə  həllini  tapmışdır.  Bu  rol  Barat  xanımın 
yaradıcılığının  yeni  nailiyyəti  kimi  qiymətləndirilməlidir.  Aktrisa 
obrazın  daxili  əlamətlərini tədricən biruzə verdiyinə görə keçirdiyi 
hiss  və  həyacanlar  olduqca  təbii  çıxmışdır.  Jivka-B.  Şəkinskaya 
mənsəbpərəstdir.  Bu  da  onu  lovğalığa  özündən  başqa  heç  kəsi 
bəyənməməyə gətirib çıxarır. B. Şəkinskayanın ifasında Jivka “əsil” 
nazir  xanımıdır.  Nazir  xanımının  isə  mütləq  aşnası  olmalıdır,  o, 
papiros çəkməyi bacarmalıdır. Bir sözlə o, əylənməli və nəşələnmə-
lidir. Jivka-B. Şəkinskaya Doktor Ninkoviçdən bu sözləri  eşitdikcə 
sanki xumarlanır, özlüyündə buna həm bəraət qazandırır, həm də... 
O, ətrafındakılara qarşı münasibətində həddindən artıq sərtdir. 
Bəzən  bu  sərtlik  kobudluq  dərəcəsinə  çatır.  Aktrisa  sadaladığımız 
bu detalları ustalıqla tamaşaçılara çatdırır”. 
X.  Əlimirzəyev  “Kommunist”  qəzetində  (18.11.1970)  yazır 
ki;  “Komediyada  cərəyan  edən  bütün  hadisələrin  canı  və  məhvəri 
olan  Jivka  obrazını  respublikamızın  xalq  artisti  Barat  Şəkinskaya 
oynayır.  Aktyor  başdan-ayağa  şan-şöhrət  xəstəliyinə  tutulmuş  bu 
obrazla  bağlı  olan  ictimai  ideyanı,  onun  əsərdəki  mövqeyini, 
xarakterini, fərdi xüsusiyyətlərini yaxşı başa düşmüşdür. Tipin həm 
ictimai,  həm  də  fərdi  simasını  hər  tərəfli  acmaq  üçün  inandırıcı 
orijinal boyalar tapmış, yadda qalan kaloritli bir obraz yaratmışdır. 
Böyük səhnə təcrübəsinə, zəngin hərəkət və ifadə vasitələrinə malik 
olan  Barat  xanımın  maddi  və  ictimai  vəziyyəti  dəyişdikdən  sonra 
Jivkanın xarakterində baş verən təbəddüaltı, çılğınlığı ustalıqla açır, 
ərinin  vəzifəsindən  addımbaşı  istifadə  edən  bu  qadının  qudurğan-
lığını  zahiri  cəhətdən  deyil,  onun  mənəvi  aləmindən,  komik  məz-
munundan çıxış edərək tamaşaçıya çatdırır. O bütün anlarda səhnə 
sənəti  üçün  vacib  olan  müvazinəti,  bədii  məntiqi,  təbiiliyi  pozma-
mağa,  obrazın  yaşına,  xarakterinə,  daxili  imkanlarına,  mənliyinə 
uyğun  şəkildə  hərəkət  etməyə  çalışır.  Məqsədinə  çatmaq  üçün  heç 
nədən çəkinməyən, ağılsız hərəkətlər edən, haldan-hala düşən Jivka-
Barat  xanım  təkcə  öz  gülünc  təbiətini  deyil,  həm  də  həsrətində 
olduğu  şan-şöhrət  aləminin,  kübar  cəmiyyətinin  saxta,  riyakar 


 
86 
qanunlarını  ifşa  edir,  bu  mühitin  büsbütün  çürük,  iyrənc  olduğunu 
açıb göstərir. Jivka obrazı haqqında danışarkən, onu da qeyd etmək 
lazımdır ki, bu qadın komediyada əsas tənqid və gülüş  hədəfi olsa 
da, insani ləyaqətini, mənliyini tamamilə itirmiş, daxilən ölmüş bir 
fərd deyildir. Yüksək cəmiyyətə doğru irəliləyərkən bunun qəlbində 
kəskin  mübarizə  gedir.  O  öz  namusundan,  ismətindən,  təmiz 
adından  heç  də  asanlıqla  əl  çəkə  bilmir.  Obrazın  bu  xüsusiyyətini 
kübar  qaydalarını  öyrənmə  sahəsində  özünü  daha  qabarıq  şəkildə 
göstərir. Kübar aləminin çirkin əxlaq normaları ilə üz-üzə gəldikdə 
o,  tərəddüd  edir,  tez-tez  ikiləşir,  odla  su  arasında  qalır.  Bu,  onun 
həyatının ən ziddiyyətli, ən böhranlı səhnəsidir”. 
Yarım  əsrə  yaxın  bir  müddətdə  bir-birinə  zidd  olan  azərbay-
can,  rus  və  qərbi-avropa  dramaturqlarının  əsərlərində  qadın  qəhrə-
manlarını  böyük  şövq  və  yüksək  sənətkarlıqla  ifa  edən  əfsanəvi 
aktrisa Barat xanım Şəkinskayanın Akademik Milli Dram Teatrının 
səhnəsində  son  rolu  olan  Jivkanı  səhnədə  kamilləşdiyi  bir  dövrdə 
yaratdı, bənzərsiz ifası ilə tamaşaçılara zövq verdi. 
Barat  Şəkinskaya  1970-1971-ci  illərdə  H.  Ərəblinski  adına 
Sumqayıt  Dövlət  Musiqili  Dram  Teatrında  çalışıb,  fıtrı  istedadı  ilə 
kollektivin hüsni-rəğbətini qazanıb. 
Aktrisa  xarirələrində  yazır  ki;  “70-ci  illər  Sumqayıt  teatrının 
kollektivi  hələ  əlavə  pul  qazanmaq  yerlərin  tanımırdılar.  Ona  gərə 
çox həvəs, məhəbbət ilə çalışır, heç yerə tələsmirdilər... Bu kollek-
tivin yaşlı nəsli: Həsən Qara, Məmməd Cəfər, Manya xanım, başda 
da Əfqanlı var idi. Gənclər isə hamısı teatr institunun məzunları idi. 
Ağakişi  Kazımov  gənclərlə  dil  tapıb,  maraqla  işləyirdilər.  Mən 
orada Əfqanlının cavanlarla çox ciddi məşğul olduğunu gördüm”. 
B. Şəkinskaya Sumqayıt Dövlət Musiqili Dram Teatrının səh-
nəsində Nəcəf bəy Vəzirovun “Müsibəti Fəxrəddin” faciəsində Mə-
lək  xanım  (rej.  A.  Kazımov,  16.05.1970);  S. Rəhmanın  “Toy”  ko-
mediyasında  Zalxa  (rej.  A.  Kazımov,  07.  07.1970);  A.  Babayevin 
“Mənim  məhəbbətim”  əsərində  Hicran  (rej.  A.  Kazımov, 
27.03.1971) rollarını ifa edib. 


 
87 
Barat  xanım  xatirələrində  yazır  ki;  “1971-ci  ilin  avqust  ayını 
onlarla yay qastrolunda, bir ayda 31 tamaşa oynadıq, bütün Muğanı 
gəzdik.  Bu kollektivin Əfqanlıya və mənə etdikləri hörmət  yaddan 
çıxa bilməz”. 
Sumqayıt Dövlət  Musiqili Dram  Teatrında B. Şəkinskaya N. 
Vəzirovun  “Müsibəti  Fəxrəddin”  faciəsindəki  Mələk  xanım  obrazı 
epizodik  rol  olmasına  baxmayaraq  aktrisanın  ifasında  əsas  periso-
najlardan birinə çevrilmişdir. 
A. Babayev “Ədəbiyyat və incəsənət” qəzetində (30.05.1970) 
“Zülmətdə nur” adlı məqaləsində yazır ki; “Barat xanım istəkli oğlu 
Fəxrəddinin ağ  gününü  arzulayan, lakin feodal  çəkişmələrinin əsa-
rətindən  qurtara  bilməyən  bir  ananın  xarakterindəki  ikiliyi,  ürə-
yindəki böhranı məharətlə göstərə bilir”. 
Aktrisa Mələk xanım obrazı ilə əsrimizin əvvəlində ki, ananın 
daxili  aləmini  sənətkarlıqla  açırdı.  Mələk  xanım-Şəkinskaya  səh-
nədə iki dəfə görünürdü. Bir ikinci məclisdə və bir də final səhnə-
sində. Final səhnəsində Barat xanımın ifasını  yazmağa qələm aciz-
dir.  Oğlu  Fəxrəddinin  faciəsi  müqabilində  Mələk  xanım-Şəkinska-
yanın ifası tamaşanın əsas təsiredici qüvvəsi idi. 
“-Su  vermək  olmaz,  Şahmar,  Şahmar!  Dur  qəbirdən  Heydər, 
dur qəbirdən özünü mənə yetir, Heydər. Heydər gəl, göz əziz balan 
nə gündədir? Nə halətdədir, Heydər! Uy, ciyərim yandı”.-deyib qəşş 
atməsi Mələk xanım-Şəkinskaynın ifasına tamaşaçılar baxdıqda gü-
nahsız oğul itirmiş ananın dərdinə ürəkdən acıyırdı və bu hadisənin 
səhnədə baş verdiyinə inanmırdı. 
Mələk  xanım-Şəkinskaya  qəşş  edib  ayılandan  sonra  sərsəm 
sifətində  “-Yanıram,  vallah  yanıram,  billah  üstümə  su  tökün  başı-
nıza  dönüm!..  Heydər,  Heydər...  Gəl,  gəl  Şahmar  qoyma,  evimizə 
od düşüb! Ay aman, yandıq, yandım, yandım, yandım, allah!”-deyib 
hıçqırıqlar  içində  yenidən  qəşş  edib  yıxılan,  acı  günlərində  əri 
Heydəri  köməyə  çağıran  Mələk  xanım-Şəkinskaya  oğlunun  faciə-
sində yenə də ərini köməyə çağırırdı. Lakin... 


Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə