İmran axundov



Yüklə 15,97 Kb.
Pdf görüntüsü
səhifə31/37
tarix21.06.2018
ölçüsü15,97 Kb.
#50141
1   ...   27   28   29   30   31   32   33   34   ...   37

 
95 
1-də M. İbrahimovun “Kəndçi qızı” komediyası ilə açılış etdi və 31-
də isə bağlanış V. Hüqonun “Mariya Tüdor” faciəsi oldu. Qastrolun 
açılışında  Hökümə  Qurbanova  Bənövşə,  bağlanışında  isə  Mariya 
Tüdor obrazlarını ifa etdi. Bu qastrol müddətində H. Qurbanova Sü-
dabə,  Nazlı,  Bənövşə,  Mariya  Tüdor,  Vasantasena  və  başqa  obraz-
ları canlandırdı. 
1965-ci  il  mart  ayının  2-də  Azərbaycan  mədəniyyətində  qa-
zandığı  yüksək  uğurlara  görə  Hökümə  Abbasəli  qızı  Qurbanovaya 
SSRİ xalq artisti kimi yüksək və şərəfli bir ad verildi. Bu ad nəinki 
Hökümə  xanıma,  bütün  keçmiş  çoxmillətli  sovet  teatrına  verilən 
qiymət idi. 
Daim yaradıcılıq eşqi ilə yaşayan H. Qurbanova müxtəlif mil-
lətlərdən  olam  hökmdar  qadın  obrazlarını  səhnədə  böyük  sənətkar-
lıqla canlandırırdı. 
1965-ci  il  oktyabrın  14-də  Ə.  Şərifovun  quruluşunda,  böyük 
alman dramaturqu F. Şillerin tamaşaya qoyulan “Orlean qızı” faciə-
sində  (tərcümə  T.  Əyyubov)  Hökümə  xanım  Janna  d’Ark  (İoanna) 
obrazını  yaratdı.  “Öz  romantik  qəhrəmanının  faciəli  taleyini  H. 
Qurbanova böyük sənətkarlıqla canlandırır” (5). 
“Orlean  qızı”  faciəsində  Şiller  vətənpərvərlik  və  humanizmi 
əks etdirməklə yanaşı, həm də bu əsəri tarixi faktlar əsasında qələmə 
almışdır.  Bu  əsərdə  ki,  hadisələr  İngiltərə  ilə  Fransa  arasındakı 
gedən yüz illik müharibədən (XIV-XV əsrlər) və Fransada baş verən 
ağır böhranlardan bəhs edirdi. 
XV əsrin əvvəllərində ingilislər Orlean şəhərini yəni Fransanın 
qapısını  mühasirəyə  aldılar.  Əgər  Orlean  şəhəri  məğlub  olunsa  idi, 
bütün  Fransa  təslim  olunardı.  “Xalq  kütlələri  və  Fransanın  patriotik 
qüvvələri bu bədnamçılığa  yol verməmək üçün,  min cür məhrumiy-
yətlərə  və  məşəqqətlərə  dözərək  mübarizə  aparırdı.  Lakin  heç  bir 
ümid işığı görünmürdü. Bu işıq yalnız bir sonra on yeddi yaşlı fransız 
qızı Jannanın simasında parlayıb bütün Fransanı işıqlandırdı... 
Janna surətinin səhnə təcəssümündəki psixoloji realizm, qüdrət 
və əzəmət hər şeydən əvvəl SSRİ xalq artisti Hökümə Qurbanovanın 
ehtiraslı  oyunu  ilə  bağlıdır.  O  Jannanın  mürəkkəb  psixoloji  aləmini 


 
96 
yaxşı duymuş və təsirli şəkildə canlandıra bilmişdir. Biz bunu nəinki 
Janna-Hökumə  danışdığı  zaman,  dərin  iztirablar,  ruhi  çırpıntılar  və 
sarsıntılar  içində  susub  duyduğu  zaman  da  hiss  edirik.  Bu  cəhətdən 
artistin  8-ci  şəkildəki  mənalı  oyunu  olduqca  güclü  təsir  bağışlayır. 
Burada  rejissorun  da  yaxşı  mizan  tapdığı,  Jannanın  daxili  sar-
sıntılarını qabarıq şəkildə gözə çarpdırmaq üçün olduqca əlverişli və 
realist səhnə priyomlarından istifadə etdiyi qeyd olunmalıdır” (11) 
Orlean qızı Janna – H. Qurbanovanın əvvəl ifa etdiyi Südabə, 
Mariya, Kleopatra kimi qəddar, ziddiyyətli deyildir. Lakın bu obraz-
da da əvvəl ki, obrazlar kimi monumentallıq və əzəmət vardır. Janna 
obrazının inkişaf dinamikası güclü idi. Hökümə Qurbanova cəmi 19 
il ömür sürmüş Janna obrazının xarakterini dəqiq göstərə bilmişdir. 
Çoban  qızı  olan  Janna-Qurbanova  mistik  ruhda  tərbiyələnmiş,  dini 
təsəvvürlərə  etiqad  edirdi.  Bundan  başqa  Jannanın  qəlbi  vətənpər-
vərlik hissi alışıb-yanırdı. 
“H. Qurbanovanın böyük sənətkarlıqla ifa etdiyi Janna d’ Ar-
kın  simasında  Vətənin  azadlığı,  xalqın  səadəti  uğrunda  vətəndaşlıq 
qeyrəti ilə vuruşan, əsarətə, zülmə qarşı silah qaldıran mərd insanla-
rın ümumiləşmiş obrazının təcəssümünü tapmışdır” (13). 
Hökümə Qurbanova bütün bu xətləri məharətlə ifa edirdi. Adi bir 
kəndli qızının, böyük bir missiyanı üzərinə götürüb, xalqın xilasedicisi 
kimi çətin və şərəfli bir işə sahib olmasına tamaşaçılar inanırdı. 
“Tamaşanın  ümumi  fonunda  Janna-Hökümə  Qurbanova  ger-
çəkdən hərarətli, ehtriraslı ifası ilə seçilir, yadelli işğalçılara, xalqın 
düşmənlərinə  qarşı  mətin  mübarizin,  inamlı  vətənpərvərin  obrazını 
sıcaq,  doğma  bir  hisslə,  məharətlə  yaradırdı.  Fransız  qızı  Janna  ilə 
Azərbaycanın  mərd  qızlar  Zeynəb  (“Dumanlı  Təbriz”)  və  Həcər 
(“Qaçaq Nəbi”) obrazları arasında ideya-tematik yaxınlıq, yaradıcı-
lıq irsiyyəti, davamiyyəti görmək çətin deyildir. Hökümə Qurbano-
vanın  yaradıcılığı  üçün  xas  olan,  onun  bir  şaxəsi,  tərkib  elementi 
hesab  edilən  qəhrəmanlıq  motivi  bu  rolda  xüsusi  bir  qüvvətlə 
səslənmişdir” (16). 
1966-cı  il  dekabr  ayının  28-də  H.  Sultanov  Çingiz  Aytmato-
vun “Ana torpağı” əsərinə (tərcümə T. Əliyev) quruluş verdi. Bu ta-


 
97 
maşada H. Qurbanovanın ifa etdiyi Tolqonay rolu tamaşaçıların rəğ-
bətini qazandı. Cəmi beş dəfə oynanılan (28; 30 dekabr, 7; 13 yan-
var, 4 mart) bu tamaşa Hökümə xanımın yaradıcılıq uğuru sayıldı. 
B.  Nəbiyev  “Kommunist”  qəzetində  (05.02.1967)  yazır  ki; 
““Ana  torpağı”  tamaşasının  ağırlığı  Tolqonay  rolunun  ifaçısı  SSRİ 
xalq  artisti  Hökümə  Qurbanovanın  üzərinə  düşür.  Tolqonay  əsərin 
yalnız  baş  qəhrəmanı  deyil,  onun  mahiyyətini  müəyyən  edən  canlı 
bir  meyardır.  O  bütün  hadisələrin  mərkəzində  durur,  onlara  təkan 
verir,  istiqamətləndirir.  Hökümə  Qurbanova  öz  ecazkar  oyunu  ilə 
hamı  üçün  əziz  və  sevimli  olan  dözümlü  və  məğrur,  əyilməz  və 
müqəddəs bir ana obrazı yaradır”. 
Sadə  süjet  xətti  olan  bu  tamaşada  bütün  ömrünü  əzablar  içə-
risində keçirmiş, ağ saçlı Tolqonayı Hökümə xanım böyük sənətkar-
lıqla ifa etdi. Ürəyi sirrlərlə dolu olan bu qadının obrazı H. Qurbano-
vanın ifasında sön dərəcə maraqlı və düşündürücü idi. Aktrisa obra-
zın  əsərdəki  mövqeyini,  şəxsi  davranışını,  başına  fəlakətlər  gəlmiş 
bu  qadının  xarakterindəki  mürəkkəbliyi,  zəngin  daxili  aləmini, 
yüksək insani keyfiyyətlərini tamaşaçılara dəqiq açıb göstərirdi. 
““Ana tarlası” tamaşasındakı  Tolqonay da faciəli xarakterdir, 
faciəli həyatla yaşayan nəcib, ülvi təbiətli bir qadındır. Tolqonay ta-
maşanın mərkəzində durur. Əslində pyes də, tamaşa da “Tolqonayın 
dastanı”  adlana  bilər.  Hərçəndi  ki,  burda  da  ictimai  motivlər,  “icti-
mai-tarixi  fon” güclüdür. Buna  görə,  əsas  qəhrəmanın  taleyi  və  hə-
yatı yalnız onun deyil, zamanın, Vətənin dastanı kimi qəbul olunur, 
bizə  Vətən  müharibəsinin  çətin  sınaq  illərini  tez-tez  xatırladır.  Ta-
maşa səhnədə uzun müddət davam gətirməsə də Hökümə Qurbanov-
anın  yaradıcılıq  nailiyyəti  kimi  qiymətlənmiş,  teatr  həvəskarlarının 
və  tənqidçilərin  diqqəti  cəlb  eləmişdir...  Aktrisa  obrazı  yüksək, 
ümumiləşdirmə səviyyəsinə qaldırır, onun səhnə həyatını dinc əmək
halal  zəhmət  himni  kimi,  müharibəni  lənətləyən  bir  qarğış  kimi 
səsləndirir” (16). 
Tamaşaçılar  Tolqonay-Hökümə  Qurbanovanı  ayrı-ayrı  dövr-
lərdə,  müxtəlif  əhvalda  görürdülər.  Tolqonay-Qurbanova  tarla  ilə, 
torpaq  ilə  söhbət  edərkən  dünyanın  hər  üzünü  görmüş,  insanlara 


Yüklə 15,97 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə