İmran axundov



Yüklə 15,97 Kb.
Pdf görüntüsü
səhifə35/37
tarix21.06.2018
ölçüsü15,97 Kb.
#50141
1   ...   29   30   31   32   33   34   35   36   37

 
107 
inanırdı. Özünə, sözünə, düşündüklərinə, dediklərinə! Ağlına-kama-
lına, duyğularına, həyəcanlarına, sevincinə və kədərinə! Onun qadın, 
zövcə, ana ləyaqətinə, vəfasına, ilqarına, vətəndaş sədaqətinə, bəstə-
kar  istedadına-hamısına  inanırdı.  Hamısına!  Hökümə  xanım  təlqin 
hünəri güclü olan sənətkarlardandır. Onun bu hünəri “İnsan” tama-
şasında  az  qala  hipnoz  qüvvəsi  kəsb  edir,  sehrə  çevrilirdi.  On  iki 
şəkildən  ibarət  olan  tamaşanın  ancaq  üç  şəklində  bilavasitə  iştirak 
edirdi.  Amma  bütün  şəkillərdə  yaşayırdı.  Şahbazın  xəyalında, 
“Hicran  nəğməsi”ndə,  bunların  hamısından  çox  öz  təlqin 
qüvvəsində  yaşayırdı.  Özü  səhnəyə  çıxmadığı  epizodlarda  belə 
Səhərin səhnə həyatı səhnədə davam eləyir, tamaşaçılar onun səsini, 
nəfəsini, addım izlərini duyur və görürdülər... 
Hökümə  xanım  bu  rolu  əvvəldən  axıra  qədər  həqiqətən 
misilsiz  bir  gözəlliklə,  sənətkar  dəyanəti,  sədaqəti  ilə  oynayırdı. 
Onun bütün səhnələri gözəl idi. Onun özü də bütün səhnələrdə gözəl 
idi. Lakin on ikinci şəkildəki son epizodun misli yox idi... 
...insan obrazının və insaniyyət məfhumunun tamaşadakı bədii 
təcəssümündə Səhərin-Hökümə Qurbanovanın rolu, xidməti xüsusilə 
böyükdür.  Tamaşanın  ideya  istiqamətini,  üslub  və  janr  xüsusiy-
yətlərini təcəssüm etdirmək işində də aktrisanın sənətkar səyi, yaradı-
cılıq  potensialı  böyük  rol  oynamışdır.  “İnsan”  sözün  əsl  mənasında 
müasir faciədir. Səhər də sözün həqiqi mənasında tragik obrazdır. Hö-
kümə Qurbanovanın faciə istedadı bu rolda yanidən parlamışdır” (16) 
Bütün  bu  sözlərdən  sonra  belə  qənaətə  gəlmək  olar  ki, 
Hökümə  Qurbanova  irili  xırdalı  müxtəlif  biçimli  obrazlar-Tamara, 
Xuraman,  Tatyana,  Məryəm,  Şirin  və  nəhayət  Səhəri  ifa  etməklə 
Səməd Vurğun dramaturgiyasında yaranan obrazlar qalereyasına bir 
növ  möhür  vurdu.  Onun  Səhəri  Azərbaycan  səhnəsində  özünə 
layiqli yer tutdu. Və Azərbaycan Teatrının 100 illik yubileyi müna-
sibəti ilə indiki Akademik Milli Dram Teatrı iyun ayının 27-dən iyul 
ayının 10-a qədər Moskva da Malı teatrının səhnəsində S. Vurğunun 
“İnsan” (27; 04), İ. Əfəndiyevin “Mahnı dağlarda qaldı” (28; 07), N. 
Poqodinin  “Zamanın  hökmü”  (29;  10),  F.  Şillerin  “Mərk  və 
məhəbbət”  (30;  05);  N.  Xəzrinin  “Sən  yanmasan”  (01;  06),  V. 


 
108 
Şekspirin “Fırtına” (02; 09), C. Məmmədquluzadənin “Ölülər” (03; 
08)  tamaşaları  göstərildi.  Qastrol  S.  Vurğunun  “İnsan”  mənzum 
facəsi ilə işinə başladı və N. Poqodinin “Zamanın hökmü” pyesi ilə 
sona çatdı. Həkümə Qurbanova bu qastrolda iki dəfə Səhər obrazını 
o dövrün paytaxt tamaşaçıları qarşısında canlandırdı. Bayaq adlarını 
çəkdiyim  mərkəzi  mətbuatlarda  (“Sovetskaya  kultura”  02.07.1974; 
“Literaturnaya qazeta” 10.07.1974) Hökümə Qurbanovanın bənzər-
siz ifa etdiyi Səhər obrazına böyük qiymət verildi. Bu ömrünün ahıl 
dövrünü  sənətdə  keçirən  görkəmli  bir  səhnə  ustasının  böyük 
sənətinə verilən qiymətin gözəl nümunəsi idi. 
1975-ci  il  iyun  ayının  7-də  tamaşaya  qoyulan  Avkisenti 
Saqarelinin  “Xanuma”  komediyası  (tərcümə  T.  Əyyubov)  Ə.  Şəri-
fovun  quruluşunda  tamaşaya  qoyuldu  və  baş  rol  olan  Xanumanı 
qüdrətli səhnə ustası Hökümə Qurbanova ifa etdi. 
Hökümə xanım Xanuma obrazı ilə sübut etdi ki, sənətkar üçün 
yaş  məhdudiyyəti  yoxdur.  O,  hər  hansı  bir  rolu  ömrünün  müxtəlif 
dövrlərində oynamağı bacarırdı. 
“Baku” qəzeti (28.06.1975) yazır ki; “Hökümə Qurbanovanın 
yaratdığı  şən,  şux  Xanuma  obrazını  tamaşanın  nəbzinə  bənzətmək 
olar.  Bərabər  olmayan  aktyor  qüvvələrini  o,  bir  vəhdətdə  cəmləş-
dirir,  öz  parlaq  oyunu  ilə  tamaşanın  bəzi  kəsirlərini,  nöqsanlarını 
hamarlayıb düzəldir”. 
Hökümə Qurbanova ampula tanımırdı, onun istedadı nə qədər 
məsafə  desən  qət  etməyə  hazır  idi.  Bu  Xanuma  obrazında  aydın 
görünürdü. 
“Son  iyirmi  beş  ildəki  yaradıcılığın  əsas  siqlətini,  onların 
ictimai-estetik  vəznini, əlbəttə  ki,  faciə  janrı  və  bu janrda  yaranmış 
patetik,  romantik  səpkili  xarakterlər  səciyyələndirir.  Aktrisa  başqa 
janra mənsub əsərlərdə də çıxış eləmişdir. Bu dövr komik obrazlarla 
da  zəngindir...  Belə  obrazların  cərgəsinə  Xanuma  rolunu  da  əlavə 
eləməliyik.  Aktrisanın  özü  qeyd  elədiyi  kimi  bu  “müzukl  tipli  ta-
maşa, müzukl səpkili obrazdır”. Bu çətin tamaşada, çətin rolda aktri-
sanın tükənməz istedadının yeni çalarları meydana çıxmışdır” (16). 


 
109 
“Kəndi  qızı”nda  ki,  Bənövşədən  sonra  ikinci  belə  iri  həcimli 
obraz  yaradan  Hökümə  xanım  Xanuma  obrazı  ilə  özünü  komediya 
aktrisası  kimi  bir  daha  təsdiqlədi.  Heç  inanmaq  olmurdu  ki,  bu 
misilsiz  sənətkar  Mariya  Tüdor,  Kleopatra,  Janna  d’Arkın  kimi 
mürəkkəb xarakterli qadın obrazları yaradan aktrisa idi. 
““Xanuma”  şən  oynaq,  dinamik,  zövq  oxşayan  tamaşa  idi. 
Cünki  reyissorun  üzdən,  səthi  yanaşdığı  səhnələri,  tərəf-müqabillə-
rin süstləşdirdikləri epizodları Hökümə Qurbanova bütün qüvvə və 
bacarığını,  yumor  qabiliyyətini  səfərbər  etməklə  ətə-qana  gətirir, 
boşluğa ecazkar təbiilik verir, hərəkətlərinin mayasına uyuşuqlu yu-
mor qatırdı. “Aktirsa obrazın mayasında olan xeyirxahlığı, həqiqət-
pərəstliyi,  mənəvi  saflığı,  insan  gözəlliyini  qabarıqlaşdırmış”,  “öz 
incə məharətli oyunu ilə... tamaşaçının ürəyində gülüş doğurur”, an-
samblın enerji nüvəsində dayanırdı. 
Hökümə  xanım  coşqun  ehtirasla  ifa  etdiyi  rəqsləri,  məlahətli 
səs tembrini dramatik, satirik, yumorlu... səhnələrin mahiyyətinə uy-
ğun  şəkildə  şövqlə  dəyişməsi,  ekssentrik  hərəkətlə  sözün  vəhdətini 
harmonik cazibədə təqdimi ilə sehrkar vüsətli, şirin, məlahətli, məh-
rəm  qılıqlı  obraz  yaradırdı.  Xanuma  rolu  Hökümə  Qurbanovanın 
son on ildəki sənət nailiyyətləri sırasında ən layiqli yerlərdən birini 
tuturdu” (20). 
Komediya janrında çıxış etmək faciə aktrisası üçün çətindir. La-
kin Hökümə xanımın böyük istedadı bu çətinliyi aradan qaldırırdı. O, 
obrazı özününkiləşdiməyi bacaran nadir sənətkarlardan biri idi. 
“Komediya  rollarında  (Bənövşə,  Xanuma...)  səhnəyə  çıxan 
Hökümə  Qurbanovanın  məlahətli  yumoru,  sərrast  və  dürüst  istiqa-
mətli satirası sanki səhnəyə sığmırdı, vəziyyətin ovqatı bütün salona 
sirayət  edirdi.  Onun  yumorlu  ifası  əsərin  məhvərinə  çevrilir,  ta-
maşadakı  bütün  personajları  öz  gülüşünün  oxu  ətrafında  fırlanmaq 
cazibəsinə salırdı. 
Mənalı,  zərif  və  cazibəli  plastikası  vardı,  hərəkətlərini  perso-
najın ictimai-sosial mənsubiyyətinə, mənəvi-əxlaqi xüsusiyyətlərinə, 
hadisələrin  psixoloji  dramatizminə  ahəngdar  həssaslıqla  bağlayıb 
əlaqələndirirdi” (21). 


Yüklə 15,97 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə