İnformasiya təHLÜKƏSİZLİYİ


İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə28/448
tarix31.12.2021
ölçüsü5,85 Mb.
#81396
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   448
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 24 ____________________________ 
 
sənəd  hazırlandıqda  həyata  keçirilən  əməliyyatı  rekvizit 
adlandırırlar.  
 
AÇIQLAMA

Opedrativ  yaddaş  (ingiliscə  Random 
Access  Memory,  RAM,  ixtiyari  əlçatanlıqlı  yaddaş,  Operativ 
Yaddaş Qurğusu, Operativka, kompüterin enerjidən asılı olan 
yaddaşı).  İstifadəçi  kompüterlə  işləyən  zaman  yerinə 
yetirilən  maşın  əmrləri  (proqramlar)  operativ  yaddaşda 
saxlanılır.  Bununla  yanaşı  operativ  yaddaşda  prosessor 
tərəfindən  təhlil  edilmiş  giriş,  çıxış  və  aralıq  verilənlərdə 
saxlanılır. 
Ümumi  halda  operativ  yaddaş  əməliyyat  sisteminin 
proqramlarından  və  verilənlərindən,  istifadəçinin  buraxılmış 
tətbiqi proqramlarından ibarətdir. Odur ki, operativ yaddaşın 
tutumu  eyni  zamanda  əməliyyat  sisteminin  rəhbərliyi  ilə 
kompüterin həll etdiyi məsələlərin sayından asılıdır. 
OYQ  ya  ayrıca  modul  kimi  hazırlanır,  ya  da  ki, 
prosessor ilə bir kristalda yerləşdirilir. 
1834-cü  ildə  Çarlz  Bebbic  analıtık  maşının  yaradılması 
ilə  məşğul  olurdu.  Maşının  əsas  hissələrindən  birini  alim 
“anbar”  (store)  adlandırır.  “Avbar”ın  funksiyası  aralıq 
nəticələri  yadda  saxlamaq  idi.  Ö  dövrdə  hazırlanan  “anbar” 
mexaniki  qurğudan  ibarət  idi.  Dişli  çarxların  və  vərdənənin 
(barabanın)  fırlanması  nəticəsində  alınmış  nəticə  yadda 
saxlanılırdı. 
Yaddaş  qurğusunu  aşağıdakı  texniki  elementlərdən 
istifadə edilməklə yaratmaq mümkündür: 
Elektromaqnit relelər əsasında; 
Akustik saxlama xəttindən istifadə etməklə
Elektron-şüa borusundan istifadə etməklə; 
Maqnit barabanlarından istifadə etməklə; 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   448




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə