İnformasiya təHLÜKƏSİZLİYİ


İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə24/448
tarix31.12.2021
ölçüsü5,85 Mb.
#81396
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   448
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 21 ____________________________ 
 
12.Təhlükəsizlik  xidməti  işçiləri  tərəfindən  müdafiə 
sisteminin  qeyriqanuni  şəbəkədən  açılması,  təcrübəsiz  istifadə 
olunması, sazlanması və s. qarşısının alınması; 
13.Abonentin  (qurğunun)  yanlış  ünvanına  verilənlərin 
göndərilməsi; 
14.Düzgün olmayan informasiyanın daxil edilməsi
15.Bilmərəkdən rabitə kanalına zədə vurulması. 
Düşünülmüş  şəkildə  işin  pozulmasının  əsas  yolları, 
sistemin  işdən  çıxarılması,  sistemə  daxil  olma  və  icazəsiz 
informasiyadan istifadə etmə və s. aşağıdakı hallarda baş verir: 
1.Sistemin  fiziki  dağıdılması  (partlayış  və  yanğınlar 
törətməklə  və  s.)  və  ya  kompüter  sisteminin  əsas 
təşkiledicilərinin  sıradan  çıxarılması  (qurğular,  əhəmiyyətli 
informasiya daşıyıcıları, əməkdaşlardan bəziləri və s.); 
2.Hesablama sisteminin funksiya yerinə yetirməsini təmin 
edən  altsistemlərin  siradan  çıxarılması  və  ya  şəbəkədən 
ayrılması  (elektrik  qidalanması,  soyuducu  qurğular  və  hava 
dəyişmə qurğuları, rabitə xətləri və s.); 
3.Sistemin  işdən  çıxarılmasına  təsir  edən  faktorlar 
(qurğuların  və  proqramların  iş  rejiminin  dəyişdirilməsi, 
əməkdaşların  qəsdən  işləməməsini  və  ya  işlərini  pozmaq  yolu 
ilə  işə  mane  olmaq,  işçiləri  nümayişə  çağırmaq,  sistemin 
işləməsinə maneçilik edəcək aktiv radiomaniənin yaradılmasına 
şərait yaratmaq və s.); 
4.Təhlükəsizliyə  cavabdehlik  daşıyan  əməkdaşlardan, 
həmçinin inzabati işçilər arasından könüllüləri seçmək
5.Müəyyən  işləri  görmək  üçün  məsuliyyət  daşıyan, 
müvəkkil  seçilmiş  istifadəçilərə  hədə-qorxu  gəlməklə  və  ya 
pulla  ələ  almaqla  bəzi  əməliyyatları  yerinə  yetirməyə  cəlb 
etmək; 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   448




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə