İnformasiya təHLÜKƏSİZLİYİ


İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə23/448
tarix31.12.2021
ölçüsü5,85 Mb.
#81396
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   448
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 20 ____________________________ 
 
4.Səriştəsizlik  (və  ya  təcrübəsizlik)  üzündən  sistemin 
işləmə  qabiliyyətini  korlayan  proqramın  işə  salınması  və  ya 
informasiya daşıyıcılarının formatlanmasının həyata keçirilməsi, 
lazım olan verilənlərin ləğv edilməsi və s; 
5.İş  yerində  istifadə  olunan  kompüterlərin  resurslarından 
istifadə  edərək  qeyri-leqal  və  ədəbsiz  proqramlardan  istifadə 
edilməsinin  və  tətbiq  edilməsinin  (oyun,  öyrədici,  texnoloji  və 
başqaları)  məhdudlaşdırılması.  Bunlar  istifadə  olunan 
kompüterlərin  əlavə  yüklənməsinə,  operativ  yaddaşın 
səmərəsiz  istifadə  edilməsinə,  xarici  yaddaş  qurğusunun 
mənasız proqramlarla yüklənməsinə və s. gətirib çıxarır; 
6.İstifadə  olunan  kompüterin  viruslara  yoluxmasına 
imkanın verilməsi
7.Ehtiyatsız  hərəkət  nəticəsində  konfidensial  olan 
informasiyaların  hamıya  yayılması  və  bu  tip  informasiyaların 
hamı üçün əlçatan olması; 
8.İstifadə  olunan  parolların,  şifrələnmiş  açarların, 
identifikasiya kartoçkalarının və başqalarının hamıya bildirilməsi 
nəticəsində  informasiya  atributlarının  ötürülməsi,  məxfiliyinin 
itirilməsi və istənilən şəxsin bu barədə məlumatlı olması; 
9.Sistemin  işləmə  qabiliyyətinə  və  istifadə  olunan 
informasiyaya  təhlükə  yaradan  amillərin  (məsələn,  sistemin 
arxitekturasının  layihələndirilməsi,  verilənlərin  texnologiya 
əsasında  təhlili,  tətbiqi  proqramların  yaradılması  və  s.) 
araşdırılması; 
10.Sistem  işləyərkən  təşkilatı  məhdudiyyətlərə  qoyulmuş 
qanunlar əsasında əhəmiyyətin verilməməsi; 
11.Müdafiə  vasitələrindən  yan  keçməklə  sistemə  daxil 
olmaq  (məsələn,  sazlanmış  əməliyyat  sistemini  xarici 
informasiya 
daşıyıcılarından 
istifadə 
etməklə 
sistemə 
yükləmək); 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   448




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə