İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə20/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   16   17   18   19   20   21   22   23   ...   86

42 
 
qərarı ilə Birləşmiş  Ştatlara getmişdir. Rahat uçuş üçün lazım olan təyyarə tapmaq məsələsində  rəsmi  şəxs-
lərimiz Rusiya hökumətinə müraciət etdilər və o, belə  təyyarə verdi. Beləliklə, Prezident Türkiyədən ABŞ-a 
Rusiya təyyarəsi ilə getdi. Bu fakt üç ölkənin necə birləşə bilməsini göstərir. Biz bu münasibətləri saxlamaq 
istəyirik. Biz Azərbaycanın elə bir yer olmasını istərdik ki, burada ölkələr rəqabət etmək deyil, əməkdaşlıq edə 
bilsinlər. Düşünürəm ki, biz buna nail ola bilərik. 
S u a l:  Siz Birləşmiş  Ştatların Azərbaycana dəstəyini xatırladınız. Siz prezident Buş  tərəfindən də 
dəstək aldınız. Birləşmiş  Ştatlar tərəfindən, Qərb tərəfindən bu kömək Azərbaycanda Sizin üçün nə 
dərəcədə vacibdir?  
C a v a b: Əlbəttə ki, vacibdir. Göndərdiyi məktuba görə mən prezident Buşa çox minnətdaram və bilirəm 
ki, heç də  hər bir Baş nazir belə  şərəfə layiq görülmür. Mən bunu çox qiymətləndirirəm. ABŞ prezidenti ilə 
1996-cı ildən, hələ Texas ştatının qubernatoru olduğu vaxtdan şəxsən tanışam və o vaxtdan bəri həm qubernator 
kimi, həm də prezident vəzifəsində fəaliyyətinə çox böyük hörmət bəsləyirəm. ABŞ hökumətinin digər üzvləri 
ilə  də çox yaxşı qarşılıqlı münasibətlərimiz var. Mən bu adamları çoxdan tanıyıram, eyni zamanda onlar da 
İlham Əliyevin kim olduğunu, ölkələrimiz arasında münasibətlərin inkişafına verdiyi şəxsi töhfəni bilirlər. Bu 
məktubu almaq şəxsən mənim üçün çox xoş idi. Mən bunu çox yüksək qiymətləndirirəm. Bu, Azərbaycanın 
siyasətinə və bütün ölkəmizə göstərilən dəstəkdir və o, təkcə sözlə təsdiq və sübut olunmur – ABŞ çox etibarlı 
müttəfiqdir. İraq müharibəsi zamanı Birləşmiş Ştatlar  dəstək üçün müttəfiqlərinə  və dostlarına müraciət etdi. 
Azərbaycan ABŞ-ı  dəstəkləyən ilk dövlətlərdən biri oldu. O vaxt buna 30-dan az ölkə qoşuldu.  İndi bir çox 
ölkələr deyirlər ki, onlar Birləşmiş  Ştatları  həmişə  dəstəkləmişlər. Lakin indi, hadisələrin artıq arxada qaldığı 
vaxtda bunu demək asandır. Bu, kimin əsl dost olduğunu, kiminsə dost olmadığını yoxlayan bir növ imtahan idi. 
Ermənistan Birləşmiş  Ştatları  dəstəkləyən ölkələr sırasında olmadı, buna biganə qaldı. Özünü Birləşmiş  Ştat-
ların əsl, etibarlı dostu olduğunu göstərən Azərbaycanın siyasəti isə Amerikada yüksək qiymətləndirilir. Mənə 
göndərilən bu məktub da həmin siyasətin, ikitərəfli münasibətlərin nəticəsidir. Əlbəttə, şəxsiyyət məsələsinin də 
rolu var. Mən çox razıyam,  əminəm ki, münasibətlərimiz iki ölkənin rifahı naminə bütün sahələrdə inkişaf 
edəcəkdir.  
S u a l: Siz dediniz ki, prezident Buşla ilk dəfə o, hələ Texasın qubernatoru olarkən görüşmüşsünüz. 
Bu barədə danışa bilərsinizmi? 
C a v a b: Bu, neft şirkətində işlədiyim vaxtlarda olmuşdur. Görüşlərdə və konfranslarda iştirak etmək üçün 
ildə iki dəfə ABŞ-a gedirdim. Texas Birləşmiş  Ştatların neft sənayesinin vətənidir. Hyüstonda çox olmuşam. 
Həmin dövrdə Texasın paytaxtında səfərdə olarkən qubernator məni qəbul etdi, çox səmərəli söhbətimiz oldu. 
Xəzər regionunda Amerika şirkətləri ilə  əməkdaşlığa töhfəmə görə o vaxt cənab Corc Buş  məni fəxri texaslı 
fərmanı ilə mükafatlandırdı.  
S u a l: Xəzər dənizinin ehtiyatlarının bölüşdürülməsi barədə nə deyə bilərsiniz? Problem nədədir və 
onun həllini kim ləngidir? 
C a v a b: Hər şey 10 il bundan əvvəl, 1994-cü ildə “Əsrin müqaviləsi”ni imzaladığımız vaxtdan başlandı. 
Xəzərin Azərbaycan sektorunda işləməyə tam haqqımız var və biz başqa sektorlara girmirik. Bu, düzgün mövqe 
idi, artıq Rusiya və Qazaxıstan ilə sektor bölgüsünə əsaslanan ikitərəfli sazişlər imzalamışıq. Əlbəttə, problem 
hələ axıradək həll edilməmişdir, bu, çox pisdir. Amma, eyni zamanda bu, xarici şirkətləri dayandırmadı və onlar 
Xəzərin Azərbaycan sektoruna kapital qoydular. Artıq 5-6 milyard dollarlıq sərmayə qoyulmuşdur, bir-iki  ildən 
sonra bu rəqəm iki dəfə artacaqdır. Problem hələlik həll edilməsə  də, bu, maneə deyildir. Əlbəttə ki, ölkələr 
razılığa gələ bilsəydilər, çox yaxşı olardı. Amma, təəssüflər olsun ki, hələlik belə deyildir. Zənnimcə, biz bir 
qərara gəlməliyik, amma, hətta gəlməsək də, məncə, bizim üçün böyük maneələr yaranmayacaqdır. 
S u a l: Hər halda, problemin həllini kim ləngidir?  
C a v a b: Müəyyən bir söz demək çətindir. Məsələn, dediyim kimi, biz başqa sektorlara girmirik. Sektor 
bölgüsü hələ sovet dövründə tətbiq edilmişdi. Biz sovet dövründə qəbul edilmiş bölgünü əsas götürmüşük. İndi 
Rusiya və Qazaxıstan ilə sazişlərimiz var. Prinsipcə, Türkmənistanla da aramızda ciddi fikir ayrılığı yoxdur. 
Yeganə problem ondadır ki, Türkmənistan bəzi yataqların onlara məxsus olduğunu iddia edir. Bu, əslində, 
düzgün deyildir. Hələ 1994-cü ildə biz müstəqil beynəlxalq tədqiqat apardıq və bu tədqiqat göstərdi ki, 
sözügedən yataqlar bizə məxsusdur. İranla vəziyyət bir qədər başqa cürdür. Aramızda prinsipial fikir ayrılıqları 
var, çünki İran sektor bölgüsünü, ümumiyyətlə, tanımır, öz sərhədlərini Sovet İttifaqının dövründəki 
hüdudlardan kənara çıxarmaq istəyir. Düşünürük ki, bizim mövqeyimiz ədalətlidir, çünki biz beynəlxalq dəstək 
almışıq və beynəlxalq ekspertiza aparmışıq. Hər hansı beynəlxalq arbitrajda bizim mövqeyimiz ədalətli hesab 
ediləcəkdir. Buna baxmayaraq, biz bütün əlaqədar ölkələri razılığa gəlməyə və fikir ayrılıqlarına son qoymağa 
dəvət edirik.  
S u a l: Yadımdadır, Xəzərdə İranla bir hadisə baş vermişdi. İran tərəfindən ölkənizə təhlükə varmı? 
C a v a b: Düşünmürəm ki, baş vermiş hadisə ilə  əlaqədar hər hansı  təhlükə olsun. Biz onda bununla 
əlaqədar öz etirazımızı bildirdik. Amma düşünmürəm ki, Azərbaycana qarşı  təhlükə mövcuddur. Bizim ən 


43 
 
böyük sərhədimiz  İranladır və onunla olduqca çox oxşar cəhətlərimiz var. Prezidentimizin İrana səfəri, – 
sonuncu səfəri nəzərdə tuturam, – çox uğurlu oldu. Bu səfər iqtisadi əməkdaşlığın yeni yollarının axtarılmasına 
kömək etdi və indi biz energetika layihələrini fəal həyata keçiririk. Kənd təsərrüfatı  işləri ilə  əlaqədar yayda 
İranın, qışda isə bizim elektrik enerjisinə böyük ehtiyacımız olur. Ona görə də biz bir-birimizə elektrik enerjisi 
veririk.  İqtisadiyyatın müxtəlif sahələrində  əməkdaşlıq edirik və  İranla münasibətlərimizin yaxşı olmasına 
çalışırıq. Aramızda hansısa fikir ayrılıqları olduğuna inanmıram.  
S u a l:  Siz dediniz ki, Azərbaycan Avropaya inteqrasiyada maraqlıdır. Ölkənizdə insan hüquqları, o 
cümlədən mətbuat azadlığı, xüsusən də, azad seçkilərlə əlaqədar vəziyyət necədir?  
C a v a b:  Məncə, bizdə  mətbuat çox azaddır. Qəzetlərimizə  nəzər salsanız, heç bir senzura görməzsiniz, 
onların üzərində hökumətin heç bir  nəzarəti yoxdur. Bəzi müxalifət qəzetləri hökuməti təhqir edir və prezident 
haqqında şayiələr yayır. Amma buna qarşı heç nə edilmir, onların üzərində heç bir nəzarət və senzura yoxdur. 
Bunu digər azadlıqlar barədə  də demək olar. O ki qaldı seçkilərə, biz beynəlxalq müşahidəçilərin iştirakı ilə 
azad və ədalətli seçkilər keçirmək əzmindəyik. Seçkiləri saxtalaşdırmağın hökumət üçün heç bir mənası yoxdur, 
çünki yaxşı bilirik ki, əhali bizi dəstəkləyir. Seçkilər azad və  ədalətli keçiriləcək, beynəlxalq birlik də bunun 
şahidi olacaqdır. Lakin nə gizlətməli, bizdə heç də  hər  şey beynəlxalq standartlara uyğun deyildir. Odur ki, 
müstəqilliyinin 12-ci  ilini yaşayan, işğala, vətəndaş müharibəsinə, çevriliş cəhdlərinə məruz qalmış ölkədə, istər 
daxildə, istərsə  də  kənarda hələ  də düşmən qruplaşmalarının olduğu bir şəraitdə demokratik inkişafın 
səviyyəsinin Qərb dövlətlərindəki kimi olduğunu söyləmək sadəlövhlük olardı. Ancaq ən başlıcası odur ki, biz 
bu istiqamətdə irəliləyirik, bu bizim seçimimizdir. O, başqa cür də ola bilərdi, çünki ölkə üçün strateji seçim 
etmək hökumətdən və prezidentdən asılı idi. Biz bu yolu seçdik, üç il əvvəl Avropa Şurasının üzvü olduq. 
Qanunvericiliyimizi  əhəmiyyətli dərəcədə  təkmilləşdirərək Avropa standartlarına uyğunlaşdırmışıq. Avropa 
Şurası qarşısında götürülmüş bütün öhdəliklər yerinə yetirilir. Biz bu istiqamətdə irəliləyirik. Lakin buna nə 
qədər vaxt lazım olacağı  hələ  məlum deyildir. Zənnimcə, iqtisadiyyat və  həyat standartları daha yüksək 
səviyyədə olarsa, bu, demokratiyanın səviyyəsinə də təsir göstərəcəkdir.  
S u a l:  Seçkilər barədə. Seçkilər kimdən asılı olacaqdır? Çoxları iddia edir ki, seçkilər Sizdən və 
Prezidentdən asılıdır? 
C a v a b: Bəli, bu, hakimiyyətdə olanlardan asılıdır. Seçkilərin ədalətli və azad olması üçün biz mümkün 
olan hər şeyi edəcəyik. Əminəm ki, beynəlxalq müşahidəçilər bunun şahidi olacaqlar. 
S u a l: Potensial prezident kimi, Siz necə hesab edirsiniz, bunun sirri nədədir ki, çoxlarının fikrincə, 
Sizin atanız tərəfdarlarının böyük bir qrupunu bir yerə toplamaq bacarığına malikdir. Onun çoxillik 
təcrübəsi var, Siz necə, bunu edə biləcəksinizmi? 
C a v a b: Bunun sirri onun şəxsiyyətində və xalq tərəfindən bütünlüklə dəstəklənməsindədir. Əgər lider öz 
xalqı tərəfindən dəstəklənirsə, əlbəttə, müxtəlif qrupları, bütövlükdə, vəziyyəti nəzarətdə saxlamaq onun üçün 
çox asandır.  Əgər gələcəkdə ölkə  rəhbəri olsam, konkret nə baş verəcəyini indidən deyə bilmərəm. Hesab 
edirəm ki, özüm haqqında, nə edəcəyim barədə, vəzifəmin öhdəsindən gələ bilib-bilməyəcəyim barədə 
danışmaq təvazökarlıqdan uzaq olardı. Zaman göstərər. Bu gün mənim təyinatım hökumət tərəfindən də, 
parlament tərəfindən də dəstəklənmişdir. Bütün rayonlardan mənim ünvanıma təbriklər göndərilir. Sadə insanlar 
mənim təyinatımı  dəstəkləyirlər, onu yüksək qiymətləndirirlər, çünki çoxları hakimiyyətdə boşluq 
yaranacağından, sabitliyin pozulacağından qorxurdu. Mən isə  gələcəkdə  də sabitliyi təmin etmək və ölkəni 
inkişaf etdirmək üçün əlimdən gələni etməyə çalışacağam. 
S u a l: Yeni Azərbaycan Partiyasının idarə heyətində fikir ayrılığı varmı? 
C a v a b: Heç bir fikir ayrılığı yoxdur. Bu, yalnız  şayiələrdir. Müxalifətin mənim bu təyinatımdan 
sarsılmasının səbəbi onun gündəlik təbliğatının səmərəsiz olmasındadır. Onlar müxtəlif qruplar və fikir 
ayrılıqları barədə çox danışıblar. Guya, İlham Əliyevi bəziləri dəstəkləyir, bəziləri isə yox. Onlar bu barədə o 
qədər danışmışdılar ki, artıq özləri öz dediklərinə inanmağa başlayırdılar. Amma mənim parlament və hökumət 
tərəfindən yekdilliklə  dəstəkləndiyimi görəndə isə,  əlbəttə, məyus olmuş, düşkünləşmişlər.  İndi onların 
vəziyyəti çox acınacaqlıdır, çünki onların bütün planları bir anın içində alt-üst oldu. Onlar ölkə daxilində 
qarşıdurma baş verəcəyinə ümid edirdilər, bu, baş vermədi, hökumətdə  dəyişikliklər gözləyirdilər, ümid 
edirdilər ki, bundan istifadə edə biləcəklər, bu da olmadı, beynəlxalq təşkilatların etiraz edəcəyini gözləyirdilər, 
lakin yenə də səhv etdilər. Bir çox beynəlxalq və Avropa təşkilatlarından, Birləşmiş Ştatlardan mənim ünvanıma 
səmimi təbriklər daxil oldu. Onlar artıq nə etməlidirlər? Mən həmişə deyirəm, ölkə, xalq qarşısında xidmətlər 
özünütəsdiqin ən yaxşı üsuludur. Azərbaycanda neft və qaz sektorunda, idmanda, Ermənistanın təcavüzkar kimi 
tanındığı Avropa Şurasında, parlamentdə mənim iştirakımla hansı işlər görüldüyünü uzun-uzadı saya bilərəm. 
Bəs müxalifətdən ölkə üçün nə etdiklərini soruşsanız, nə deyəcəklər? Bunun cavabında onlar yenə  də 
boşboğazlıq edəcəklər. Onlar bizi təhqir edəcək, müxtəlif  şayiələr yayacaqlar. Lakin seçkilərqabağı konkret 
işlərdən danışmaq lazımdır.  İşimizdə  bəlkə  də müəyyən səhvlər olmuşdur, çünki iş olan yerdə  səhv də olar. 
Ancaq məlumdur ki, tənqid etmək konkret işlə məşğul olmaqdan asandır. Bu bizim müxalifətə aiddir. Mən isə 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə