50
əməkdaşlıq etməyə hazırıq, gəlib bütün sərvətlərimizdən
beynəlxalq ticarət və beynəlxalq əməkdaşlıq prinsipləri əsasında
istifadə edə bilərsiniz. Biz bunu xatırlayırıq və uzun müddət
unutmayacağıq. Hələ heç bir dövlət digər dövlətlərin mənafelərinə
toxunan həssas məsələlərə belə açıq-aydın cavab verməmişdir.
Beş il ərzində ölkələrimiz arasında əmtəə dövriyyəsi təxminən
5 dəfə artmışdır. Lakin 40 milyon dollar səviyyəsində əmtəə
dövriyyəsi bizi təmin edə bilməz. Düşünürəm ki, biz əməkdaşlıq
edərək, iqtisadiyyatımızın yüksəlişini nəzərə alaraq, 2-3 il ərzində
əmtəə dövriyyəsini yarım milyard dollar səviyyəsinə qaldıra
bilərik. Biz bu gün bir-birimizə daha yaxın olduq. Rusiya
Federasiyası ilə aramızda baş verən ixtilaf bizi Azərbaycana
məhsul göndərilməsi və Azərbaycandan məhsul alınması
marşrutlarınadək əməkdaşlıq istiqamətinin konkret yollarını işləyib
hazırlamağa məcbur etdi.
Bu çox qiymətlidir və Azərbaycan mütəxəssislərinə minnət-
darıq ki, İlham Heydər oğlu, Sizin göstərişinizlə onlar
xahişimizə cavab verdilər, bizi hər vasitə ilə dəstəklədilər və
kömək etdilər. Çox şadam ki, bu gün biz təkcə dövlətlərimizin
deyil, bütün idarələrimizin də münasibətlərini normativ hüquqi
baza üzərinə keçirməyə müvəffəq olduq. Bu çox qiymətlidir.
Burada olan iri təşkilat və idarə rəhbərlərinin hamısı
Azərbaycanın oxşar qurumları ilə müqavilə və sazişlər
imzalamışlar. Bu çox yaxşıdır. Deyim ki, mən biləni, bizdə 13
ildə belə hal olmayıbdır. Çox yaxşı haldır ki, elmi
müəssisələrdən tutmuş məhsul istehsal edən şirkətlərədək bila-
vasitə rəhbərlər birbaşa müqavilə və sazişlər imzalayırlar.
Deməli, razılaşdırdığımız nə varsa, hamısı həyata keçirilə-
cəkdir. Müdrik bir Azərbaycan atalar sözündə deyildiyi kimi,
«yol addım-addım qət edilər, dama-dama göl olar».
İlham Heydər oğlu, mən qəti əminəm ki, damla-damla
doldurmaq əzmində olduğumuz həmin göl xalqlarımız ara-
sındakı qarşılıqlı münasibətlər və dostluq kimi saf və şəffaf
olacaqdır.
Hörmətli dostlar!
51
Siz indicə öz prezidentinizin dili ilə dediniz ki, ölkəmizdə
baş verən hadisələrə sevinir və həyəcan keçirirsiniz. Bu, Belarus
xalqının ruhuna uyğundur. Burada biz vaxtilə qardaş olan
respublikanın, indi isə müstəqil, perspektivli, güclü dövlətin
simasında özümüzə yeni, mehriban, sınaqdan çıxmış dost
tapdıq.
Cənab Prezident, Sizi əmin etmək istəyirəm ki, vaxtilə
Belarusun etdiyi kimi, Siz də öz seçiminizə heyfsilənməyə-
cəksiniz. Biz həmişə Sizin etibarlı dostlarınız olacağıq.
Bu gün mən, təbii ki, Sizin sağlığınıza badə qaldırıram –
hərçənd, çox cavan adamın sağlamlığından danışmaq yaxşı
düşmür – bu badəni sizin xalqınızın şərəfinə, Belarus və Azər-
baycan xalqları arasında dostluğun şərəfinə, uşaqlarınızın
şərəfinə qaldırmaq istəyirəm, qoy gözəl uşaqlarınız Sizi həmişə
sevindirsinlər, ailənizə nəinki qüssə-kədər, hətta pis ovqat da
gətirməsinlər.
Sizin şərəfinizə, ailənizin şərəfinə, xalqınızın şərəfinə, döv-
lətinizin şərəfinə. Artıq biz də Azərbaycanı müşahidə edəcək və
onun bütün sahələrdə uğurlarına sevinəcəyik.
52
BELARUS RESPUBLİKASININ PREZİDENTİ
ALEKSANDR LUKAŞENKO HEYDƏR ƏLİYEV
FONDUNDA
Heydər Əliyev Fondu
3 may 2007-ci il
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko
mayın 3-də Heydər Əliyev Fondunda olmuşdur.
Azərbaycan prezidenti İlham Əliyev və xanımı, fondun prezi-
denti Mehriban Əliyeva ali qonağı səmimiyyətlə salamlayaraq,
onu müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı,
ümummilli lider Heydər Əliyevin adını daşıyan fondda
görməkdən məmnun qaldıqlarını bildirdilər.
Dövlət başçıları və Mehriban xanım Əliyeva əvvəlcə Heydər
Əliyev Fondunun yaranması, məqsədi, fəaliyyəti, həyata
keçirdiyi layihələr, beynəlxalq əlaqələri barədə sənədli filmə
baxdılar.
Prezident Aleksandr Lukaşenko fondun genişmiqyaslı
fəaliyyətini yüksək qiymətləndirdi.
Sonra dövlətimizin başçısı ali qonağı fondun ekspozisiyası
ilə tanış etdi.
Ulu öndərin uşaqlıq, təhsil illərinə aid fotoşəkillər, sənədlər,
vaxtilə çəkdiyi rəsmlər, xüsusi xidmət orqanlarında çalışdığı
dövrü, respublikaya rəhbərliyinin hər iki mərhələsindəki, habelə
Moskvadakı fəaliyyətini əks etdirən eksponatlar Aleksandr
Lukaşenkoda xüsusi maraq oyatdı. O, keçmiş SSRİ-nin
rəhbərlərindən biri kimi yüksək nüfuz qazanmış görkəmli
şəxsiyyətin Azərbaycanın dövlət müstəqilliyinin qorunub
saxlanmasında və bunun təməli olan iqtisadi islahatların həyata
keçirilməsində həlledici rolunu yüksək dəyərləndirdi.