İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə23/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   19   20   21   22   23   24   25   26   ...   121

 76 

İdmançıların  məşqçilərinin,  idman  veteranlarının  sosial 

məsələlərinə  diqqət  göstəririk.  Veteranlar  daim  diqqət  hiss 

etməlidirlər.  Çünki  idmançının  idmandakı  ömrü  uzun  deyildir. 

O,  bütün  bacarığını,  imkanlarını,  hətta  bəzi  hallarda  öz 

sağlamlığını  ölkənin  idman  şöhrətinə  sərf  edir.  Onun  idman 

ömrü  sona  çatanda  bəzi  hallarda  biz  görürük  ki,  həm  iş  prob-

lemi  yaranır,  həm  məişət  problemləri  çoxalır,  həm  də  bəzən 

idmançılar bir növ təcrid olunmuş vəziyyətə düşürlər. 

Ona görə biz bu məsələdə çox diqqətli olmalıyıq. Öz doğma 

xalqı,  ölkəsi  üçün  çalışan,  böyük  nailiyyətlər  qazanan 

idmançılar  sonrakı  həyatda  daim  dövlətin  qayğısını  hiss  et-

məlidirlər.  Bu  qayğı  sadəcə  olaraq,  xoş  sözlərlə  məhdud-

laşmamalıdır. Halbuki, bu da çox lazımdır və mütləq olmalıdır. 

Bu  qayğı  hərtərəfli  olmalıdır.  Biz  istəyirik  ki,  idmanla  məşğul 

olanlar  –  idmançılar,  idmanın  inkişafında  böyük  xidməti  olan 

insanlar, peşəkarlar, idman mütəxəssisləri, veteranlar lazımi məişət 

şəraiti  ilə  təmin  edilsinlər.  Hər  il  biz  bu  məsələyə  baxırıq,  həll 

edirik. Bu il də istisna deyil və bu gün bir qrup idmançı və idman 

mütəxəssisi yeni mənzillərlə mükafatlandırılacaqlar. Deyə bilərəm 

ki,  bu  praktikanı  MDB  məkanında  ilk  dəfə  Azərbaycan  Milli 

Olimpiya  Komitəsi  tətbiq  etmişdir.  Başqa  sahələrdə  də  bizim 

təşəbbüslərimiz digər ölkələr üçün  örnək olmuşdur. Biz federasi-

yalara  ölkədə  tanınmış  insanları  gətirdik  və  dərhal  gördük  ki, 

federasiyaların işi daha da sürətlə getməyə başlamışdır. İdmançılar 

bunu  çox  yaxşı  bilirlər,  izah  etməyə  ehtiyac  yoxdur.  Özləri  hiss 

edirlər.  Federasiyalara  yeni,  daha    məsuliyyətli,  daha  hərtərəfli 

insanlar gələndən sonra işlər daha da sürətlə gedir. Azərbaycanın 

idmanı bax, bu cür inkişaf edəcəkdir.  

Milli  Olimpiya  Komitəsinin,  Gənclər  və İdman Nazirliyinin, 

federasiyaların,  idman  cəmiyyətlərinin,  klubların  və  idman 

ictimaiyyətinin  birgə  səyləri  nəticəsində  Azərbaycanın  idmanı 

daha  da  inkişaf  edəcək  və  bundan  sonra  da  böyük  qələbələrə 

çatacağıq.  

Mən  sizin  hamınızı  qarşıdan  gələn  bayramlar  –  Dünya 

azərbaycanlılarının  həmrəyliyi  günü  və  Yeni  il  bayramı 




 

77 


münasibətilə  ürəkdən  təbrik  edirəm,  cansağlığı  arzulayıram. 

İdmançılara 2008-ci ildə qələbələr arzulayıram. Sağ olun. 

 

 

 



 

 

 



 

 

 



* * * 

Sonra  Azərbaycanda  idmanın  inkişafında  böyük  rolu  olmuş 

idmançıların,  məşqçilərin,  idman  mütəxəssislərinin  mükafatlan-

dırılması oldu. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bil-

dirdi  ki, ilin yekunlarına görə idmançılara pul  mükafatları təq-

dim edilmişdir. İndi isə yeni mənzillərin orderləri veriləcəkdir. 

Sonra Azərbaycan prezidenti İlham Əliyev sərbəst güləş üzrə 

dünya kubokunun sahibi, veteran Telman Paşayevə, pauerliftinq 

üzrə  dünya  çempionu  Rüfət  Ağayevə,  Mərkəzi  Ordu  İdman 

Klubunun  rəisi    Natiq  Əliyevə,  şahmat  üzrə  beynəlxalq 

qrossmeyster  Vüqar  Həşimova,  boks  üzrə  Əməkdar  məşqçi 

Zakir  Əliyevə,  bədii  gimnastika  üzrə  qrupun  Baş  məşqçisi 

Natalya  Nərimanovaya,  basketbol  üzrə  Baş  məşqçi  Elxan 

Əliyevə,  idman  veteranları  Sabir  Əliyevə,  Valiyə  Sadıxovaya, 

keçmiş  dünya  çempionu  Samir  İbrahimova,  güləş  üzrə 

gənclərdən  ibarət  yığma  komandanın  Baş  məşqçisi  Ağalar 

Aslanova,  cüdo  üzrə  Avropa  çempionu  Elnur  Məmmədlinin 

məşqçisi  Yaşar  Allahverdiyevə,  yüngül  atletika  üzrə  veteran 

məşqçi  Hacıbala  Zeynalova,  kikboksinq  üzrə  dəfələrlə  dünya 

çempionu  Araz  Musayevə,  veteran  həndbolçu  İradə  Qoca-

yevaya,  taekvondo  üzrə  iki  dəfə  dünya  çempionu  Zahid  Məm-

mədova,  veteran  futbolçu  Kazbek  Tuayevə,  şahmat  üzrə  bey-

nəlxalq  dərəcəli  hakim  Faiq  Həsənova yeni  mənzillərin  order-

lərini təqdim etdi. 

 

 



 

 

* * * 



MOK-un  İcraiyyə  Komitəsinin  üzvü  Zərifə  Salahova  dövlə-

timizin başçısını doğum günü münasibətilə idmançılar adından 

təbrik  edərək  ona  uzun  ömür,  cansağlığı  arzuladı  və  xatirə 

hədiyyəsi təqdim etdi. 

MOK-un  vitse-prezidenti  Çingiz  Hüseynzadə  dövlətimizin 

başçısına müraciətlə dedi:  


 78 

–  Möhtərəm  cənab  Prezident,  Milli  Olimpiya  Komitəsinin 

İcraiyyə  Komitəsi  «Olimpiya»  ordeni  təsis  etmişdir.  İcraiyyə 

Komitəsinin qərarı ilə bir nömrəli orden Sizə təqdim olunur. 

Dövlətimizin  başçısı  bu  mükafata  görə  minnətdarlığını  

bildirdi, idmançıları, veteranları qarşıdan gələn bayramlar mü-

nasibətilə  bir  daha  təbrik  etdi,  onların  hər  birinə  xoşbəxtlik, 

cansağlığı arzuladı. 

 

 



 

 

* * * 



Prezident  İlham  Əliyev  sonra  Respublika  Olimpiya  Mər-

kəzində aparılmış təmir işləri ilə tanış oldu. 

Gənclər  və  İdman  naziri  Azad  Rəhimov  məlumat  verdi  ki, 

əvvəllər  yüngül  atletika  maneji  kimi  tanınmış  bu  qurğu  əsaslı 

təmir edilmişdir. İdmançılar iki aydan çoxdur burada  məşqlərə 

başlamışlar.  Qurğu,  demək  olar  ki,  tamamilə  yeniləşmiş,  təzə 

avadanlıq, o cümlədən fotofiniş avadanlığı alınmışdır. 

Dövlətimizin  başçısı  görülən  işləri  yüksək  qiymətləndirdi, 

idmançıların  yetişməsində  bu  qurgunun  əhəmiyyətli  rol  oyna-

dığını  söylədi,  onun  istiliklə  təmin  edilməsi  barədə  müvafiq 

tapşırıqlar verdi. 

 



Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə