İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə31/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   27   28   29   30   31   32   33   34   ...   121

 

101 


 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV 

BAKININ NƏRİMANOV RAYONU ƏRAZİSİNDƏ 

YENİ SALINAN YOLUN AÇILIŞINDA İŞTİRAK 

ETMİŞDİR 

 

30  dekabr 2007-ci il 

 

Bakının  Nərimanov  rayonu  ərazisində,  Nəsib  bəy 



Yusifbəyli küçəsində yeni salınan yol istifadəyə verilmişdir. 

Azərbaycan prezidenti İlham Əliyev açılışda iştirak etmişdir. 

Dövlətimizin  başçısı  yeni  yolun  planı  və  burada  hərəkətin 

təşkilinin sxemi ilə tanış oldu. Nəqliyyat naziri Ziya Məmmədov 

məlumat  verərək  dedi:  –  Cənab  Prezident,  Sizin  şəxsi 

təşəbbüsünüz  və  tapşırığınızla  bu  ərazidə  müasir  standartlara 

uyğun  salınmış  təxminən  1,5  kilometrlik  yolun  ümumi  eni  16 

metr, hərəkət hissəsi isə 15 metrdir. Dörd hərəkət zolağının hər 

birinin eni 3,75 metrdir. Bakı şəhərində nəqliyyat vasitələrinin 

hərəkətinin  tənzimlənməsi  məqsədi  ilə  verdiyiniz  göstərişə 

əsasən,  yolun  «Gənclik»  meydanından  Ceyhun  Hacıbəyli 

küçəsinədək  olan  650  metrlik  hissəsi  dekabrın  14-də  Sizin 

iştirakınızla istifadəyə verilmişdir. Bu yolu prospektə çevirmək 

məqsədi  ilə  onu  Nəsimi  rayonu  ərazisinə,  Səməd  Vurğun 

küçəsinə  qədər  uzatmışıq.  Yola  mane  olan  tikililər  sökülmüş, 

ensiz  yerlər  genişləndirilmiş,  işıqforlar  və  yol  nişanları 

qoyulmuşdur.  Piyadaların  gediş-gəlişi  üçün  də  şərait 

yaradılmışdır.  Nəqliyyat  vasitələri  bu  yolla  hərəkət  etməklə 

Ceyhun  Hacıbəyli  küçəsinə,  Həsən  Əliyev  prospektinə,  Mirəli 

Qaşqay  küçəsinə,  Azadlıq  prospektinə,  Xan  Şuşinski,  Səməd 

Vurğun küçələrinə çıxa biləcəkdir. Ümumən, yeni yol nəqliyyat 

vasitələrinin hərəkətinin tənzimlənməsində və tıxacların aradan 

qaldırılmasında  əhəmiyyətli  rol  oynayacaqdır.  Bu  yolun  bir 



 102 

üstünlüyü  də  ondan  ibarətdir  ki,  «Gənclik»  meydanı 

istiqamətinə gedən əsas küçələr prospektlərlə birləşəcəkdir. 

Prezident  İlham  Əliyev  görülən  işləri  yüksək  qiymət-

ləndirərək, yeni yolun «Anten» deyilən ərazi hesabına açıldığını 

vurğuladı  və  başqa  yerlərdə  də  yeni  yolların  salınmasının 

zəruriliyini söylədi. 

Nəqliyyat naziri bildirdi ki, hazırda «Gənclik» meydanından 

Təbriz küçəsi istiqamətində yeni yolun çəkilməsi ilə bağlı layihə 

üzərində  iş  gedir.  Bu,  gediş-gəlişi  asanlaşdıracaq  və  yeni 

infrastruktur yaranacaqdır. 

Həmin  ərazidə  gələcəkdə  Diplomatik  Akademiya  üçün  bi-

nanın tikiləcəyi də nəzərə alınsa, bu yola ehtiyac böyükdür. 

Yeni  açılan  yol  bütün  istiqamətlərə  gediş-gəlişi  təmin  et-

diyinə  görə,  «Gənclik»  meydanından  Vaqif  küçəsinə  doğru 

gedən yol 7–10 metr genişləndiriləcəkdir. 

Dövlətimizin  başçısı  Vaqif  küçəsinə  də  baxdı,  burada 

hərəkət  intensiv  olduğuna  görə  təhlükəsizlik  üçün  onun  mak-

simum  genişləndirilməsinin  zəruriliyini  vurğuladı  və  dedi  ki, 

Dədə  Qorqud  parkının  yanından  «Gənclik»  meydanına  qədər 

hərəkətin rahatlığının təmin edilməsi məqsədəuyğundur. 

Prezident  İlham  Əliyev  avtomobilə  əyləşərək,  Nəsib  bəy 

Yusifbəyli  küçəsi  ilə  hərəkət  etdi,  salınan  yolun  keyfiyyəti  ilə 

maraqlandı,  tıxacların  aradan  qaldırılması  üçün  digər  yeni 

yolların  tikilməsi  ilə  bağlı  müvafiq  tövsiyə  və  tapşırıqlarını 

verdi. 

Nazir Ziya Məmmədov bildirdi ki, bu yolun keçmiş Papanin 

küçəsi ilə birləşdirilməsi də nəzərdə tutulur. Nəqliyyat vasitələri 

Səməd Vurğun küçəsindən keçməklə həmin küçəyə sərbəst çıxa 

biləcəkdir.  Tibb  Universitetinin  ərazisindən  heç  bir  problem 

yaradılmadan yeraltı tunel tikiləcəkdir. 

Dövlətimizin  başçısına  Bakı  şəhərində  tikintisi  davam 

etdirilən digər obyektlər barədə də məlumat verildi. 

Prezident İlham Əliyev bütün işlərin müasir səviyyədə, key-

fiyyətlə icra olunmasının vacibliyini vurğuladı. 

 



 

103 


 

 

PREZİDENT İLHAM ƏLİYEVİN DÜNYA 

AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ  

GÜNÜ VƏ YENİ İL MÜNASİBƏTİLƏ  

AZƏRBAYCAN XALQINA TƏBRİKİ 

 

Hörmətli xanımlar və cənablar!  

Əziz həmvətənlər!  

Mən sizin hamınızı Yeni il bayramı münasibətilə ürəkdən 

təbrik  edirəm.  2007-ci  il  tarixdə  qalır.  Bu  il  Azərbaycanın 

hərtərəfli  inkişafı  üçün  çox  uğurlu  il  olmuşdur.  2007-ci  ildə 

Azərbaycan  öz  beynəlxalq  mövqelərini  möhkəmləndirmiş, 

böyük  iqtisadi  inkişafa  nail  ola  bilmişdir.  Bizim  ölkəmiz  çox 

sürətlə  inkişaf  edir.  Ölkəmizin  bütün  sahələri  çox  uğurla  və 

sürətlə  inkişaf edir.  İqtisadi  inkişafda  Azərbaycan  üçüncü  ildir 

ki,  dünyada  öz  mövqelərini,  liderlik  mövqelərini  saxlaya 

bilmişdir.  

Bildiyiniz  kimi,  2005-ci ildə Azərbaycan iqtisadiyyatı  26 faiz, 

2006-cı ildə isə 35 faiz artmışdır. Bu yüksək dinamika 2007-ci ildə 

də saxlanılmışdır. Bu il Azərbaycan iqtisadiyyatı 25 faiz artmışdır. 

Bu,  dünyada  analoqu  olmayan  bir  göstəricidir  və  şübhəsiz  ki, 

Azərbaycanın  bütün  inkişafına  çox  yüksək  dərəcədə  müsbət  təsir 

göstərən amildir. Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə, bütün 

sahələrdə  irəliləyiş,  canlanma  müşahidə  olunur.  Bizim  büdcə 

xərclərimiz  artır.  2003-cü  illə  müqayisədə  büdcə  xərclərimiz  10 

dəfə  artmışdır.  Azərbaycanın  icmal  büdcəsi  gələn  il  12  milyard 

dollar  təşkil  edəcəkdir.  Bu  çox  böyük  rəqəmdir  və  bizə  imkan 

verəcək ki, ölkənin qarşısında duran bütün vəzifələri uğurla yerinə 

yetirə bilək.  

Bildiyiniz kimi, Azərbaycanda dörd ilə yaxındır regionların 

sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramı  icra  olunur.  Bu 

proqramın Azərbaycanın bölgələrinin inkişafının təmin edilməsi 

üçün  çox  böyük  rolu  olmuşdur.  Böyük  qürur  hissi  ilə  deyə 

bilərəm  ki,  bu  dörd  il  ərzində  Azərbaycanda  600  mindən  çox 



Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə