101
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV
BAKININ NƏRİMANOV RAYONU ƏRAZİSİNDƏ
YENİ SALINAN YOLUN AÇILIŞINDA İŞTİRAK
ETMİŞDİR
30 dekabr 2007-ci il
Bakının Nərimanov rayonu ərazisində, Nəsib bəy
Yusifbəyli küçəsində yeni salınan yol istifadəyə verilmişdir.
Azərbaycan prezidenti İlham Əliyev açılışda iştirak etmişdir.
Dövlətimizin başçısı yeni yolun planı və burada hərəkətin
təşkilinin sxemi ilə tanış oldu. Nəqliyyat naziri Ziya Məmmədov
məlumat verərək dedi: – Cənab Prezident, Sizin şəxsi
təşəbbüsünüz və tapşırığınızla bu ərazidə müasir standartlara
uyğun salınmış təxminən 1,5 kilometrlik yolun ümumi eni 16
metr, hərəkət hissəsi isə 15 metrdir. Dörd hərəkət zolağının hər
birinin eni 3,75 metrdir. Bakı şəhərində nəqliyyat vasitələrinin
hərəkətinin tənzimlənməsi məqsədi ilə verdiyiniz göstərişə
əsasən, yolun «Gənclik» meydanından Ceyhun Hacıbəyli
küçəsinədək olan 650 metrlik hissəsi dekabrın 14-də Sizin
iştirakınızla istifadəyə verilmişdir. Bu yolu prospektə çevirmək
məqsədi ilə onu Nəsimi rayonu ərazisinə, Səməd Vurğun
küçəsinə qədər uzatmışıq. Yola mane olan tikililər sökülmüş,
ensiz yerlər genişləndirilmiş, işıqforlar və yol nişanları
qoyulmuşdur. Piyadaların gediş-gəlişi üçün də şərait
yaradılmışdır. Nəqliyyat vasitələri bu yolla hərəkət etməklə
Ceyhun Hacıbəyli küçəsinə, Həsən Əliyev prospektinə, Mirəli
Qaşqay küçəsinə, Azadlıq prospektinə, Xan Şuşinski, Səməd
Vurğun küçələrinə çıxa biləcəkdir. Ümumən, yeni yol nəqliyyat
vasitələrinin hərəkətinin tənzimlənməsində və tıxacların aradan
qaldırılmasında əhəmiyyətli rol oynayacaqdır. Bu yolun bir
102
üstünlüyü də ondan ibarətdir ki, «Gənclik» meydanı
istiqamətinə gedən əsas küçələr prospektlərlə birləşəcəkdir.
Prezident İlham Əliyev görülən işləri yüksək qiymət-
ləndirərək, yeni yolun «Anten» deyilən ərazi hesabına açıldığını
vurğuladı və başqa yerlərdə də yeni yolların salınmasının
zəruriliyini söylədi.
Nəqliyyat naziri bildirdi ki, hazırda «Gənclik» meydanından
Təbriz küçəsi istiqamətində yeni yolun çəkilməsi ilə bağlı layihə
üzərində iş gedir. Bu, gediş-gəlişi asanlaşdıracaq və yeni
infrastruktur yaranacaqdır.
Həmin ərazidə gələcəkdə Diplomatik Akademiya üçün bi-
nanın tikiləcəyi də nəzərə alınsa, bu yola ehtiyac böyükdür.
Yeni açılan yol bütün istiqamətlərə gediş-gəlişi təmin et-
diyinə görə, «Gənclik» meydanından Vaqif küçəsinə doğru
gedən yol 7–10 metr genişləndiriləcəkdir.
Dövlətimizin başçısı Vaqif küçəsinə də baxdı, burada
hərəkət intensiv olduğuna görə təhlükəsizlik üçün onun mak-
simum genişləndirilməsinin zəruriliyini vurğuladı və dedi ki,
Dədə Qorqud parkının yanından «Gənclik» meydanına qədər
hərəkətin rahatlığının təmin edilməsi məqsədəuyğundur.
Prezident İlham Əliyev avtomobilə əyləşərək, Nəsib bəy
Yusifbəyli küçəsi ilə hərəkət etdi, salınan yolun keyfiyyəti ilə
maraqlandı, tıxacların aradan qaldırılması üçün digər yeni
yolların tikilməsi ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını
verdi.
Nazir Ziya Məmmədov bildirdi ki, bu yolun keçmiş Papanin
küçəsi ilə birləşdirilməsi də nəzərdə tutulur. Nəqliyyat vasitələri
Səməd Vurğun küçəsindən keçməklə həmin küçəyə sərbəst çıxa
biləcəkdir. Tibb Universitetinin ərazisindən heç bir problem
yaradılmadan yeraltı tunel tikiləcəkdir.
Dövlətimizin başçısına Bakı şəhərində tikintisi davam
etdirilən digər obyektlər barədə də məlumat verildi.
Prezident İlham Əliyev bütün işlərin müasir səviyyədə, key-
fiyyətlə icra olunmasının vacibliyini vurğuladı.
103
PREZİDENT İLHAM ƏLİYEVİN DÜNYA
AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ
GÜNÜ VƏ YENİ İL MÜNASİBƏTİLƏ
AZƏRBAYCAN XALQINA TƏBRİKİ
Hörmətli xanımlar və cənablar!
Əziz həmvətənlər!
Mən sizin hamınızı Yeni il bayramı münasibətilə ürəkdən
təbrik edirəm. 2007-ci il tarixdə qalır. Bu il Azərbaycanın
hərtərəfli inkişafı üçün çox uğurlu il olmuşdur. 2007-ci ildə
Azərbaycan öz beynəlxalq mövqelərini möhkəmləndirmiş,
böyük iqtisadi inkişafa nail ola bilmişdir. Bizim ölkəmiz çox
sürətlə inkişaf edir. Ölkəmizin bütün sahələri çox uğurla və
sürətlə inkişaf edir. İqtisadi inkişafda Azərbaycan üçüncü ildir
ki, dünyada öz mövqelərini, liderlik mövqelərini saxlaya
bilmişdir.
Bildiyiniz kimi, 2005-ci ildə Azərbaycan iqtisadiyyatı 26 faiz,
2006-cı ildə isə 35 faiz artmışdır. Bu yüksək dinamika 2007-ci ildə
də saxlanılmışdır. Bu il Azərbaycan iqtisadiyyatı 25 faiz artmışdır.
Bu, dünyada analoqu olmayan bir göstəricidir və şübhəsiz ki,
Azərbaycanın bütün inkişafına çox yüksək dərəcədə müsbət təsir
göstərən amildir. Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə, bütün
sahələrdə irəliləyiş, canlanma müşahidə olunur. Bizim büdcə
xərclərimiz artır. 2003-cü illə müqayisədə büdcə xərclərimiz 10
dəfə artmışdır. Azərbaycanın icmal büdcəsi gələn il 12 milyard
dollar təşkil edəcəkdir. Bu çox böyük rəqəmdir və bizə imkan
verəcək ki, ölkənin qarşısında duran bütün vəzifələri uğurla yerinə
yetirə bilək.
Bildiyiniz kimi, Azərbaycanda dörd ilə yaxındır regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramı icra olunur. Bu
proqramın Azərbaycanın bölgələrinin inkişafının təmin edilməsi
üçün çox böyük rolu olmuşdur. Böyük qürur hissi ilə deyə
bilərəm ki, bu dörd il ərzində Azərbaycanda 600 mindən çox