110
Hörmətli həmvətənlər!
Sizi – Azərbaycanın bütün xristian icmasını müqəddəs
Milad bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən
səmimi arzularımı yetirirəm.
Bu gün dünyada tolerantlıq örnəyi kimi tanınan müstəqil
Azərbaycan Respublikasının bütün vətəndaşları dilindən,
dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, əsas insan
hüquq və azadlıqlarına, o cümlədən vicdan azadlığına
malikdirlər. Ölkəmizdə yaşayan müxtəlif xalqlara öz milli-
mənəvi dəyərlərini, dini etiqadını, adət-ənənələrini qoruyub
saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün demok-
ratik şərait təmin edilmişdir. Cəmiyyətimizin mühüm hissəsi
olan xristian icması da yaradılmış bu imkanlardan geniş şəkildə
faydalanır. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki,
onlar Azərbaycanın ictimai-siyasi və mədəni-mənəvi həyatında
yaxından iştirak edir, respublikamızın tərəqqisi naminə fəal
vətəndaş mövqeyi göstərirlər.
İsa peyğəmbərin mövludu günü kimi əlamətdar olan mü-
barək Milad bayramı yenilik, əmin-amanlıq, mərhəmət və
şəfqət duyğularının təntənəsini təcəssüm etdirir. Qoy bu nurlu
bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə bərəkət, həyatınıza
firavanlıq gətirsin.
Bayramınız mübarək olsun!
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 5 yanvar 2008-ci il
113
GÜRCÜSTAN RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ
CƏNAB MİXEİL SAAKAŞVİLİYƏ
Hörmətli Mixeil Nikolozoviç!
Gürcüstanın prezidenti vəzifəsinə yenidən seçilməyiniz
münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycan və Gürcüstanı tarixən möhkəm dostluq,
mehriban qonşuluq və qarşılıqlı dəstək telləri bağlayır. Bu gözəl
ənənələr hazırda bizim dövlətlərarası münasibətlərimizin,
strateji tərəfdaşlığımızın möhkəm əsasını təşkil edir.
Əminəm ki, Azərbaycan–Gürcüstan əməkdaşlığının istər
ikitərəfli qaydada, istərsə də beynəlxalq və regional qurumlar
çərçivəsində daha da inkişaf etdirilməsi və genişləndirilməsinə
dair birgə səylərimiz bundan sonra da xalqlarımızın tərəqqisinə,
regionda sülhün, sabitliyin və yüksəlişin təmin olunmasına
kömək edəcəkdir.
Hörmətli Mixeil Nikolozoviç, Sizə möhkəm cansağlığı,
xoşbəxtlik və qardaş Gürcüstan xalqının rifahı naminə döv-
lətçilik fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 8 yanvar 2008-ci il