İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə30/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   26   27   28   29   30   31   32   33   ...   121

 98 

 

 



 

* * * 


 

İ l h a m   Ə l i y e v:  Azərbaycanda Dövlət bayrağı mey-

danı  yaradılır.  Mən  bu  barədə  keçən  ay  sərəncam  imzaladım. 

Əlbəttə  ki,  biz  o  vaxta  qədər  müxtəlif  yerlərə  baxmışdıq  və 

məhz bu yeri seçdik. Çox gözəl yerdir, bir az təpədə yerləşir və 

buradan şəhərə çox gözəl mənzərə açılır. Eyni zamanda, şəhərin 

əksər  yerlərindən  bu  yer  görünür.  Xüsusilə  nəzərə  alsaq  ki, 

bayrağın dayağının hündürlüyü 150 metr olacaq, Azərbaycanın 

bu  dövlət  rəmzi  Bakı  şəhərində  dalğalanacaqdır.  Bu  bizim 

müstəqilliyimizdir, bizim azadlığımızdır. 

Bakıda,  başqa  şəhər  və  rayonlarda  bizim  dövlət  bayraqları 

müxtəlif yerlərdə ucaldılır. Mən bu göstərişi vermişəm. Ancaq 

bu  bayraq,  əlbəttə,  bütün  bayraqlardan  son  dərəcə  fərqlənir. 

Həm  ona  görə  ki,  bu  çox  böyük  bayraqdır.  Bunun  ölçüləri 

70x35  metrdir.  Çəkisi  də  çox  ağırdır,  350  kiloqram  ancaq 

bayrağın  çəkisi  olacaqdır.  Həm  də  ona  görə  fərqlənir  ki,  bu 

bayraq  Dövlət  bayrağı  meydanında  ucaldılacaqdır.  Əlbəttə,  bu 

ərazi abadlaşdırılacaqdır. Artıq burada «Azərenerji» böyük işlər 

görübdür,  texnika  gətiribdir.  Çox  mürəkkəb  bir  iş  olacaqdır. 

Belə  böyük  bayrağı  texniki  baxımdan  qurmaq  çox  böyük 

peşəkarlıq tələb edir. Bu bizdə var – texnika var, peşəkarlıq var. 

Əminəm  ki,  bizim  bayrağımız,  milli  rəmzimiz  bizi 

Azərbaycanın  xoşbəxt  gələcəyinə  aparacaqdır.  Bayrağımız 

həmişə uca olacaqdır. 

E t i b a r   P i r v e r d i y e v («Azərenerji» SC-nin prezi-

denti):  Sizin  göstərişinizlə  biz,  çox  çətinliklə  də  olsa,  xüsusi 

kran  tapa  bildik.  Bayrağın  qaldırılmasında  ən  çətin,  texniki  və 

məhdudlaşdırıcı  elementlərdən  biri  həmin  hündürlükdə  işləyə 

bilən xüsusi kranın olmasıdır. Biz 188 metr hündürlükdə işləyə 

bilən  və  yükqaldırma  qabiliyyəti  600  ton  olan  kranın  əsas 

hissələrini gətirmişik, buradadır. 



İ l h a m   Ə l i y e v: Çox yaxşı. Mən Azərbaycanda Dövlət 

bayrağı  meydanının  yaradılması  haqqında  sərəncamı  bu  il 

noyabrın 17-də imzaladım. Bu da təsadüfi deyildir. Çünki məhz 

1990-cı  il  noyabrın  17-də  ilk  dəfə  olaraq  Azərbaycanda, 




 

99 


Naxçıvanda  ulu  öndər  Heydər  Əliyevin  rəhbərliyi  ilə keçirilən 

Naxçıvan  Ali  Məclisinin  sessiyasında  Azərbaycan  Xalq 

Cümhuriyyətinin  bayrağı  Naxçıvanın  Dövlət  bayrağı  kimi 

qaldırılmışdı.  Bildiyiniz  kimi,  bizim  bayrağımız  1918-ci  ildə 

ucaldılmışdır.  Azərbaycan  Xalq  Cümhuriyyəti,  müstəqil 

Azərbaycan dövləti yarananda bu bayraq Azərbaycanın Dövlət 

bayrağı  elan  edilmişdi.  Ancaq  1920-ci  ildə  xalq  cümhuriyyəti 

süqut  edəndə,  əlbəttə,  bayraq  da  dəyişdirildi.  1990-cı  ildə  – 

onda  hələ  Azərbaycan  müstəqil  deyildi  –  ulu  öndərimiz  bu 

bayrağı  Azərbaycanın  və  Naxçıvanın  rəsmi  bayrağı    elan  etdi. 

Bir neçə aydan sonra isə, 1991-ci ilin fevral ayında bu bayraq 

Azərbaycanın Dövlət bayrağı kimi elan edildi. Yəni, bu tarixdir. 

Bu  bir  daha  onu  göstərir  ki,  ulu  öndərimiz  Azərbaycanın 

müstəqilliyi üçün çox böyük işlər görmüşdür. Hələ o zaman ki, 

Azərbaycan  müstəqil  dövlət  deyildi,  bu  bayraq  Azərbaycanın, 

bizim müstəqilliyimizin simvolu oldu. 

Azərbaycan  xalqı  əsrlər  boyu  müstəqillikdən  məhrum 

olmuşdur. Bizim öz dövlətimiz yox idi və azərbaycanlılar başqa 

ölkələrin  tərkibində  yaşayırdılar.  Müstəqillik  ən  böyük 

sərvətdir, ən böyük xoşbəxtlikdir. Biz öz taleyimizi özümüz həll 

edirik. Bizim müstəqil Azərbaycan dövlətimiz var və bu dövlət 

günü-gündən  möhkəmlənir.  Hər  bir  dövlətin  rəsmi  simvolları 

var. Ancaq bu simvollarla yanaşı, müstəqil siyasət aparmaq heç 

də  hər  bir  dövlətin  işi  deyildir.  Bizi  bir  sıra  ölkələrdən,  o 

cümlədən  bizim  bölgədə  yerləşən  bəzi  ölkələrdən  fərqləndirən 

odur  ki,  biz  müstəqil  siyasət  aparırıq.  Azərbaycan,  sözün  əsl 

mənasında, müstəqil dövlətdir və bu müstəqillik bizim üçün ən 

böyük sərvətdir, ən böyük xoşbəxtlikdir. Bizim müstəqilliyimizi 

əks etdirən, onun rəsmi rəmzi olan bayrağımız dalğalanmalıdır. 

Bu gözəl bayraq Bakının bütün yerlərindən görünəcəkdir. 

 

 

 



 

 

* * * 



Mərasimdən xatirə olaraq prezidentə hədiyyə təqdim olundu. 

Sonra  təməlqoyma  mərasimi  başlandı.  Fəxri  qarovul 

dəstəsinin  rəisi  Azərbaycan  prezidentinə  raport  verdi:  «Möh-


 100 

tərəm  Azərbaycan  Respublikasının  Prezidenti,  Silahlı  Qüvvə-

lərin  Ali  Baş  Komandanı!  Fəxri  qarovul  Sizin    gəlməyiniz  m-

ünasibətilə düzülmüşdür». 



Prezident  İlham  Əliyev  Fəxri  qarovulun  əsgərlərini  salam-

ladı. 

Dövlətimizin  başçısı  gilizi  təmələ  qoydu  və  beton  qarışığı 

tökdü. Bu işi dövlət və hökumət nümayəndələri də icra etdilər. 

Prezident  İlham  Əliyev  gələcəkdə  ilin  bütün  aylarında  tu-

ristlərin  və  paytaxta  gələn  qonaqların  buranı  görməsi,  tədbir-

lərin keçirilməsi baxımından da əhəmiyyət daşıdığını söylədi. 

Dövlətimizin başçısı meydanın yerləşəcəyi ərazinin ətrafında 

abadlıq  işlərinin  də  ən  yüksək  səviyyədə  aparılması  ilə  bağlı 

tapşırıq və tövsiyələrini verdi, mərasim iştirakçılarını qarşıdan 

gələn bayramlar münasibətilə təbrik etdi. 

 

 

 

 

 

 

 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə