İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə32/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   28   29   30   31   32   33   34   35   ...   121

 104 

yeni iş yeri açılmışdır ki, onların da 460  mini daimi iş yeridir. 

Beləliklə,  2003-cü  ildə  verilən  vədlər  nəinki  2008-ci  ilin 

sonunda,  2008-ci  ilin  əvvəlində  yerinə  yetirilmişdir.  Yeni  iş 

yerlərinin  açılması  həm  məşğulluq  deməkdir,  həm  də  yeni 

müəssisələr, fabriklər deməkdir.  

Biz  Azərbaycan  iqtisadiyyatını  şaxələndiririk.  Biz  neft-qaz 

amilindən  asılılığımızı  azaldırıq,  ölkə  iqtisadiyyatı  çoxşaxəli 

olmalıdır və biz buna nail olacağıq. Bütün nailiyyətlərlə yanaşı, 

eyni  zamanda,  sosial  məsələlər  də  daim  diqqət  mərkəzində 

olmuşdur.  Bu  sahəyə  böyük  investisiyalar  qoyulur  və  bizim 

büdcəmizin 

sosialyönümlülüyü 

qorunub 


saxlanılır. 

İnvestisiyalarla  bərabər,  sosial  məsələlərə  də  böyük  diqqət 

göstərilməlidir.  Çünki  biz  xalq  üçün  çalışırıq,  xalq  üçün 

yaşayırıq  və  işləyirik.  Bizim  başlıca  amalımız  Azərbaycan 

xalqının firavan yaşamasıdır.  

2007-ci ildə minimum əməkhaqqı və pensiyalar artırılmışdır. 

Büdcədən  maliyyələşən  təşkilatlarda  işləyənlərin  əməkhaqları 

artırılmışdır.  Bildiyiniz  kimi,  2008-ci  il  yanvarın  1-dən 

minimum əməkhaqqı və minimum pensiya 20 faiz artacaq və 60 

manata  çatacaqdır.  Bu,  böyük  irəliləyişdir.  Ancaq,  əlbəttə,  bu 

rəqəm hələ ki, bizi tam şəkildə qane edə bilməz. Biz istəyirik ki

Azərbaycan vətəndaşları – istər dövlət təşkilatlarında işləyənlər, 

istərsə  də  pensiyaçılar  normal  əməkhaqları  və  pensiyalar 

alsınlar.  Bu  əməkhaqları  və  pensiyalar  onların  bütün 

tələbatlarını  ödəyə  bilsin.  Biz  buna  gedirik  və  o  gün  uzaqda 

deyildir. Hələ ki, minimum əməkhaqqının və pensiyanın artım 

dinamikası  çox  ümidvericidir  və  bizə  imkan  verəcək  ki, 

Azərbaycan vətəndaşlarının bütün tələbatlarını lazımi səviyyədə 

ödəyək.  

Sosial  məsələlərə  gəldikdə,  bunlar  sadəcə,  əməkhaqları  və 

pensiyaların  verilməsi  ilə məhdudlaşmır.  Eyni  zamanda,  sosial 

infrastruktura  qoyulan  investisiyalar  da  bu  məsələlərin  həllinə 

böyük kömək göstərir. Sizə deyə bilərəm ki, son dörd il ərzində 

Azərbaycanda  1200-dən  çox  yeni  məktəb  tikilibdir,  yüzlərlə 

məktəb  təmir  olunubdur  və  bu  proses  2008-ci  ildə  davam 



 

105 


etdiriləcəkdir. Onlarca yeni xəstəxana, poliklinika tikilməsi, ən 

ucqar  yerlərdə  yüksək  səviyyəli  tibbi  xidmətin  təmin  edilməsi 

nəzərdə  tutulur.  Bütün  bunlar  Azərbaycanda  sosial  sahənin 

inkişafı üçün çox vacib olan amillərdir və şübhəsiz ki, 2008-ci 

ildə  bu  sahəyə  daha  da  böyük  diqqət  göstəriləcəkdir.  Bizim 

iqtisadi  imkanlarımız,  iqtisadi  qüdrətimiz  artır.  Azərbaycanın 

bölgədəki  mövqeləri  möhkəmlənir  və  əlbəttə,  növbəti  illərdə 

sosial məsələlərin həllinə daha da böyük səylər göstərəcəyik.  

2007-ci  ildə  Azərbaycanın gələcək  inkişafı üçün çox böyük 

və  tarixi  hadisələr  baş  vermişdir.  Daha  doğrusu,  bu  hadisələri 

biz yaradırıq. Öz siyasətimizlə, öz iradəmizlə Azərbaycan üçün, 

xalqımız  üçün  lazım  olan  bütün  şəraiti  yaradırıq.  2007-ci  ildə 

Bakı–Tbilisi–Ceyhan  neft kəməri,  demək  olar  ki, tam  gücü  ilə 

işləməyə  başlamışdır.  Vaxtilə  bu  layihəyə  şübhə  ilə  yanaşan, 

yaxud da ona əngəllər törətmək istəyənlər artıq görürlər ki, buna 

nail  ola  bilmədilər.  Biz  qarşıda  duran  bütün  vəzifələri  uğurla 

icra etmişik. Bakı–Tbilisi–Ceyhan neft kəmərinin  çəkilməsi və 

uğurla  fəaliyyət  göstərməsi,  əlbəttə  ki,  Azərbaycanın  iqtisadi 

potensialını artırır.  

Bu il biz Bakı–Tbilisi–Ərzurum qaz kəmərinin istismarına nail 

olmuşuq. Bu  gün  Azərbaycan qazı həm ölkə əhalisinin tələbatını 

ödəyir  –  gələcək  illərdə  daha  da  böyük  həcmdə  ödəyəcəkdir    – 

həm  də  qonşu  ölkələrə  ixrac  edilir.  Bu  gün  biz  öz  qaz 

imkanlarımızdan istifadə edib bölgədə siyasi və iqtisadi gücümüzü 

möhkəmləndiririk. Artıq üç ölkəyə Azərbaycan qazı ixrac edilir və 

gələcəkdə  bu  ölkələrin  coğrafiyası  genişlənəcəkdir.  Bu  bizə  həm 

iqtisadi  dividentlər  gətirəcək,  həm  də  siyasi  mövqelərimizi 

əhəmiyyətli  dərəcədə  möhkəmləndirəcəkdir.  Azərbaycan  artıq 

Avropanın enerji təhlükəsizliyi üçün çox önəmli ölkəyə çevrilir və 

biz  bundan  olduqca  məmnunuq.  Əlbəttə  ki,  Azərbaycan  xalqının 

milli  maraqlarının  qorunması  üçün  bu  amildən  uğurla  istifadə 

edəcəyik.  

2007-ci  ildə  Bakı–Tbilisi–Qars  dəmir  yolunun  təməli 

qoyulmuşdur. Bu layihə uzun illər idi ki, müzakirə mövzusu idi. 

Ancaq  biz  bunu  həyata  keçirdik,  biz  bunu  reallığa  çevirdik. 



 106 

Baxmayaraq  ki,  bu  layihəyə  beynəlxalq  maliyyə  qurumları 

tərəfindən o qədər də böyük dəstək yox idi, əksinə, bəzi  xarici 

qüvvələr  bu  layihəni  əngəlləmək  üçün  böyük  səylər  gös-            

tərmişlər.  Amma  bizim  iradəmiz,  qonşu  dost  ölkələrin  birgə 

fəaliyyəti  imkan  verdi  ki,  biz  buna  da  nail  olduq.  Bunun  Azər-

baycan  üçün  və  xalqımız  üçün  çox  böyük  tarixi  əhəmiyyəti 

olacaqdır. Biz bu dəmir yolunun tikintisi ilə özümüzü Türkiyə ilə 

birləşdiririk,  Avropanı  Asiya  ilə  birləşdiririk  və  beləliklə, 

Azərbaycan  tranzit  ölkə  kimi,  nəinki  enerji,  eyni  zamanda, 

nəqliyyat  baxımından  əvəzolunmaz  ölkəyə  çevrilir.  Bunun  nə 

demək olduğunu izah etməyə ehtiyac  yoxdur. Bu o deməkdir ki, 

Azərbaycan daha da güclü mövqelərə malik olacaq, Azərbaycanın 

maraqları daha da yüksək dərəcədə qorunacaq, Azərbaycanla daha 

da  çox  hesablaşacaqlar  və  bizim  sözümüz  daha  çox  əhəmiyyət 

kəsb edəcəkdir.  

Energetika sahəsində bu illərdə daha da böyük işlər görülür. 

Yeni elektrik stansiyaları tikilir, elektrik xətləri çəkilir. Son iki 

il ərzində 450 meqavat gücündə elektrik stansiyaları tikilmişdir 

və 2008-ci ildə 800 meqavat gücündə elektrik stansiyalarının işə 

düşməsi  nəzərdə  tutulur.  Bu,  ölkənin  elektrik  enerjisinə  olan 

tələbatını  tam  şəkildə  ödəyəcək  və  Azərbaycanın  gələcək 

iqtisadi inkişafı üçün də çox güclü şərait yaradacaqdır.  

Bildiyiniz kimi, nəqliyyat sektoruna çox böyük investisiyalar 

qoyulur.  Həm  Bakıda,  həm  də  Azərbaycanın  bölgələrində  bu 

sahəyə çox böyük diqqət var. Bakının nəqliyyat problemlərinin 

aradan  qaldırılması  üçün  qısa  müddət  ərzində  və  çox  böyük 

keyfiyyətlə  nə  qədər  böyük  işlər  görülübdür.  Bakını  müasir 

şəhərə çevirmək üçün təkcə tarixi binaların təmiri yetərli deyil, 

eyni  zamanda,  müasir  infrastruktur  yaradılmalıdır.  İnsanların 

rahatlığı  üçün  nəqliyyatın  hərəkəti  tənzimlənməlidir  və 

bildiyiniz  kimi,  bu  sahəyə  böyük  investisiya  qoyulur  və 

qoyulacaqdır.  

Əziz  dostlar,  bir  sözlə,  2007-ci  ildə  görülən  bütün  işləri 

sadalamaq üçün bir neçə saat vaxt lazımdır. Sadəcə olaraq, mən 

əsas  məqamları  sizin  diqqətinizə  çatdırmaq  istəyirəm.  Çünki 




Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə