114
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
İLHAM ƏLİYEVİN
ABŞ KONQRESİNİN NÜMAYƏNDƏLƏR
PALATASININ BEYNƏLXALQ ƏLAQƏLƏR
KOMİTƏSİNİN AVROPA MƏSƏLƏLƏRİ
ÜZRƏ ALT KOMİTƏSİNİN SƏDRİ
ROBERT VEKSLERİN BAŞÇILIQ ETDİYİ
NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞÜ
Prezident sarayı
9 yanvar 2008-ci il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 9-da Prezident sarayında ABŞ Konqresinin Nüma-
yəndələr Palatasının Beynəlxalq əlaqələr komitəsinin Avropa
məsələləri üzrə alt komitəsinin sədri Robert Vekslerin başçılıq
etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Amerika Birləşmiş Ştatları ilə Azərbaycanın yaxın strateji
tərəfdaş olduğunu qeyd edən Robert Veksler ölkələrimiz
arasında əlaqələrin bütün sahələrdə dinamik surətdə inkişaf
etdiyini bildirdi.
Dövlətimizin başçısı Azərbaycan–ABŞ ikitərəfli münasibət-
lərinin uğurla inkişaf etdiyini vurğulayaraq əmin olduğunu
bildirdi ki, qonağın ölkəmizə bu səfəri Azərbaycanda gedən
inkişaf prosesləri ilə yaxından tanış olmaq üçün yaxşı imkan
yaradacaq və əlaqələrimizin daha da genişləndirilməsi işinə öz
töhfəsini verəcəkdir.
115
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN
ABŞ KONQRESİNİN NÜMAYƏNDƏLƏR
PALATASINDAKI AZƏRBAYCAN ÜZRƏ
İŞÇİ QRUPUNUN HƏMSƏDRİ
BİLL ŞUSTERİN BAŞÇILIQ ETDİYİ
NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞÜ
Prezident sarayı
10 yanvar 2008-ci il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yan-
varın 10-da Prezident sarayında ABŞ Konqresinin Nümayəndələr
Palatasındakı Azərbaycan üzrə işçi qrupunun həmsədri Bill
Şusterin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı hazırda ölkələrimiz arasında əməkdaş-
lığın müxtəlif sahələrdə fəal və uğurlu inkişaf mərhələsində
olduğunu bildirdi. Prezident İlham Əliyev ikitərəfli əlaqələrin
və müxtəlif səviyyələrdə qarşılıqlı fəaliyyətin Azərbaycanla ABŞ
arasında güclü tərəfdaşlıq münasibətlərinin daha da ge-
nişlənməsinə kömək etdiyini vurğuladı, bir çox sahələrdə ölkələ-
rimizin müttəfiq və tərəfdaş olduğunu bildirdi.
Dövlətimizin başçısı ölkəmizdə geniş inkişaf proseslərinin
getdiyini vurğulayaraq, Azərbaycanın regionda mövqelərinin
daha da möhkəmləndiyini dedi və ABŞ nümayəndə heyətinin bu
səfərinin tərəfdaşlıq əlaqələrimizin genişləndirilməsinə xidmət
edəcəyinə əminliyini ifadə etdi.
Ölkəmizə səfərinin böyük əhəmiyyət kəsb etdiyini bildirən Bill
Şuster Azərbaycanın ABŞ-la bir sıra sahələrdəki tərəfdaşlığını, o
cümlədən ölkəmizin antiterror koalisiyasında fəal iştirakını, Azər-
baycan hərbçilərinin İraq və Əfqanıstanda həyata keçirdikləri
sülhməramlı missiyasını yüksək dəyərləndirdi. O, Azərbaycanın
enerji sahəsində gördüyü işlərin də böyük əhəmiyyətə malik
olduğunu vurğuladı.
116
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN
«TELİA SONERA» ŞİRKƏTİNİN PREZİDENTİ
LARS NİBERQİN BAŞÇILIQ ETDİYİ
NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞÜ
Prezident sarayı
10 yanvar 2008-ci il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yan-
varın 10-da Prezident sarayında «Telia Sonera» şirkətinin
prezidenti Lars Niberqin başçılıq etdiyi nümayəndə heyətini
qəbul etmişdir.
Dövlətimizin başçısı «Telia Sonera» şirkəti ilə ölkəmizin mü-
vafiq strukturları arasında əməkdaşlığın uğurla inkişaf etdiyini
bildirdi. Prezident İlham Əliyev Azərbaycanda telekommuni-
kasiya sahəsində qazanılan uğurları ölkənin iqtisadi inkişafının
yaxşı göstəricilərindən biri kimi dəyərləndirdi.
Lars Niberq Azərbaycanda fəaliyyət göstərdikləri 10 ildən
artıq müddətdə qarşılıqlı əməkdaşlıq nəticəsində rabitə və
telekommunikasiya sahəsində ölkəmizdə müasir infrastrukturun
yaradılması baxımından böyük nailiyyətlərin olduğunu bildirdi.
117
PREZİDENT İLHAM ƏLİYEVİN NAZİRLƏR
KABİNETİNİN 2007-ci İLİN SOSİAL-İQTİSADİ
İNKİŞAFININ YEKUNLARINA
VƏ 2008-ci İLDƏ QARŞIDA DURAN VƏZİFƏLƏRƏ
HƏSR OLUNMUŞ
İCLASINDA
NİTQİ
Prezident sarayı
11 yanvar 2008-ci il
Biz Nazirlər Kabinetinin bugünkü iclasında ilin
yekunlarını müzakirə edəcəyik və 2008-ci ildə görüləcək işlər
haqqında fikir mübadiləsi aparacağıq.
Deyə bilərəm ki, bütövlükdə 2007-ci il Azərbaycan iqtisa-
diyyatı üçün çox uğurlu il olmuşdur. Bu ildə Azərbaycanda
iqtisadi sahədə bütün müsbət meyillər daha da inkişaf etmiş və
beləliklə, Azərbaycan öz iqtisadi potensialını əhəmiyyətli
dərəcədə artıra bilmişdir. Ümumi daxili məhsul təxminən 25
faiz artmışdır. Beləliklə, son dörd il ərzində ölkədə aparılan
əsaslı iqtisadi islahatlar nəticəsində Azərbaycanda iqtisadiyyatın
həcmi 96 faiz, təxminən iki dəfə artmışdır ki, bu, dünyada
analoqu olmayan bir göstəricidir.
Çox müsbət hal ondan ibarətdir ki, bununla yanaşı sənaye
istehsalı da təxminən eyni sürətlə artır. Bu il sənaye istehsalının
artımı 24 faiz olmuşdur. Azərbaycanda sənaye potensialının
möhkəmlənməsi sahəsində böyük işlər görülür, tədbirlər həyata
İclasda Maliyyə naziri Samir Şərifov, Vergilər naziri Fazil Məm-
mədov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov,
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Milli Bankın İdarə
Heyətinin sədri Elman Rüstəmov çıxış etmişlər.