İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə27/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   23   24   25   26   27   28   29   30   ...   121

 

89 


bir  dövlət  orqanına  –  Vergilər  Nazirliyinə  təqdim  etməklə 

qeydiyyatdan  keçəcəklər.  Bundan  başqa,  sənədlərin  elektron 

sistemlə təqdim edilməsi də tətbiq olunacaqdır. 

Sonra  respublikanın  bölgələrində  fəaliyyət  göstərən  ərazi 

vergi  orqanları  ilə  canlı  bağlantı  yaradıldı.  Naxçıvan  Muxtar 

Respublikası, Sumqayıt və Gəncə üzrə məruzələr dinlənildi. 

İ l h a m   Ə l i y e v: Mən sizi qarşıdan gələn Dünya azər-

baycanlılarının  həmrəyliyi  günü  və  Yeni  il  bayramı  müna-

sibətilə  təbrik  edirəm.  Çox  şadam  ki,  yeni  il  ərəfəsində 

Azərbaycanda  belə  gözəl  mərkəzlər  yaradılıb,  fəaliyyətə 

başlayır  və  sahibkarlara  gözəl  xidmət  göstərəcəkdir.  Bu 

yenilikdir,  müasirlikdir,  gələcəyə  doğru  böyük  addımdır. 

Əminəm  ki,  bu  sistem  tam  şəkildə  işə  düşəndən  sonra 

Azərbaycanda  sahibkarlıqla  məşğul  olmaq  istəyənlərin  sayı 

daha  da  artacaqdır.  Artıq  bütün  bürokratik  əngəllər  aradan 

qaldırıldı, ən sadələşdirilmiş sistem tətbiq edilir. «Bir pəncərə» 

sistemi  dünyada  ən  mütərəqqi  praktikadır.  Əminəm  ki,  həm 

şəffaflıq  təmin  olunacaq,  həm  də  sahibkarlıqla  məşğul  olmaq 

istəyənlər üçün daha yaxşı şərait yaradılacaq və bu sistemin işə 

düşməsindən  sonra  Azərbaycanda  bütövlükdə  iqtisadi  inkişaf 

daha da yüksək sürətlə davam etdiriləcəkdir. 

Azərbaycanda  bütün  sahələrdə  ən  müasir  praktika  tətbiq 

olunmalıdır.  Biz  bəzi  hallarda  dünyada  ən  gözəl  təcrübəni 

götürüb istifadə  edirik,  bəzi  hallarda  isə inkişaf  etmiş  bir  neçə 

ölkədən bir addım qabaqdayıq. Azərbaycan bax, bu cür inkişaf 

etməlidir. İndi mən bütün regionlarda olan şəraiti, təchiz edilmiş 

bütün  müasir  avadanlıqları  görürəm.  Əminəm  ki,  bütün 

regionlarda  insanlara,  sahibkarlara  çox  gözəl  xidmət 

göstəriləcəkdir. Sağ olun. 

 

 



 

 

 



* * * 

Sonra dövlətimizin başçısı bu ilin dekabrın 29-na olan vergi 

daxilolmalarına nəzər saldı, daha bir hüquqi şəxsin qeydiyyatı 

prosesini izlədi. 


 90 

Prezident İlham Əliyevə Vergilər Nazirliyinin «195» telefon 

xidməti  barədə  də  məlumat  verildi.  Bildirildi  ki,  bu  telefon 

xidməti  vergi  ödəyicilərinin  müraciətlərinə  cavab  verilməsi, 

vergi  qanunvericiliyinə  dair  Azərbaycan,  rus  və  ingilis  dillə-

rində  operativ  informasiya  almaları  üçündür.  Hər  gün  saat 

18.00-dan sonra xidmət avtomatik rejimə keçir. 

Daha  sonra  dövlətimizin  başçısı  «bir  pəncərə»  sisteminin 

tətbiqi  və  avtomatlaşdırılmış  vergi  sistemi  ilə  tanış  oldu, 

bununla bağlı filmə baxdı. 

Prezident İlham Əliyevə 2007-ci ildə ölkədə həyata keçirilən 

vergi  siyasəti  barədə  məlumat  verildi.  Vurğulandı  ki,  bu  il 

xəzinəyə  daxilolmalarda  47  faiz  artım  olmuşdur.  Nazirliyin 

300-dən  çox  nəzarət  mexanizmi yaradılmışdır.  Bəyannamə  tər-

tibi üçün vaxt 952 saatdan 250 saata endirilmişdir. Əlavə dəyər 

vergisi  ödəyicilərinin  90  faizi  vergi  əməliyyatlarını  internet 

vasitəsilə  həyata  keçirməyə  başlamışdır.  Bu  il  əlavə  dəyər 

vergisi üzrə daxilolmalar 584 min manatdan çox olmuş, gələn il 

isə 980 min manata çatacaqdır. Borclu vergi ödəyicilərinin sayı 

azalmış,  elektron  arxiv  yaradılmış,  vertikal  nəzarət 

gücləndirilmiş,  vergi  nəzarətində  insan  amili  minimuma  en-

dirilmişdir.  Digər  dövlət  orqanları  ilə  inteqrasiya  sürətlən-

mişdir. 

Prezident İlham Əliyev dedi ki, qısa müddət ərzində görülən 

işlər  bir  daha  təsdiqləyir  ki,  mənim qərarım  düzgün qərar idi. 

Mən  «bir  pəncərə»  sistemini  məhz  Vergilər  Nazirliyinə 

tapşırmışam. Siz də bunu çox yaxşı icra etmisiniz. Tam şəffaflıq, 

rahatlıq,  sahibkarlığın  inkişafı  üçün,  nəzarətin  gücləndirilməsi 

üçün çox böyük işlər görülübdür. 

 

 

 



 

 



 

91 


 

 

 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV 

SƏHİYYƏ NAZİRLİYİNİN ALDIĞI YENİ TƏCİLİ 

TİBBİ YARDIM AVTOMOBİLLƏRİ VƏ 

AVADANLIĞI İLƏ TANIŞ OLMUŞDUR 

 

29 dekabr 2007-ci il 

 

Bakının  Azadlıq  meydanında  Səhiyyə  Nazirliyinin  aldığı 



yeni  təcili  tibbi  yardım  avtomobilləri  və  tibbi  avadanlıq  nü-

mayiş etdirilmişdir. 

Azərbaycan  prezidenti  İlham  Əliyev  yeni  avtomobillər  və 

avadanlıqla tanış olmuşdur. 

Dövlətimizin  başçısı  2007-ci  il  20  fevral  tarixli  «Təcili  və 

təxirəsalınmaz  tibbi  yardım  xidmətlərinin  təkmilləşdirilməsi  ilə 

bağlı bəzi tədbirlər haqqında» sərəncamına əsasən prezidentin 

ehtiyat  fondundan  ayrılmış  12  milyon  manat  vəsait  hesabına 

Almaniyadan 150 ədəd «Mercedes» markalı təcili tibbi yardım 

avtomobili  alınmışdır.  Bunların  121-i  «Mercedes-Benz»  Vito, 

10-u  USM  cihazı  ilə,  2  ədədi  pediatrik  küvezlə  təchiz  olunmuş 

«Sprinter»,  16-sı  «Sprinter»,  1  ədədi  isə  səyyar-stasionar 

ambulans  avtomobilləridir.  Bundan  başqa,  ABŞ  istehsalı  olan 

rəqəmsal  «Tetra»  və  CPRS  rabitə  və  motolokasiya  sistemləri, 

təcili yardım briqadaları üçün xüsusi geyim dəstləri və dərman 

preparatları da alınmışdır. 

Səhiyyə  naziri  Oqtay  Şirəliyev  dövlətimizin  başçısına  mü-

raciətlə dedi: – Cənab Prezident, bu texnika və avadanlıq Sizin 

Bakıda təcili və təxirəsalınmaz tibbi xidmətin səviyyəsinin yax-

şılaşdırılması,  şəhərin  əhalisinin  artması  ilə  əlaqədar  bu 

xidmətlərə yaranan əlavə tələbatın ödənilməsi üçün gördüyünüz 



tədbirlərin bariz nəticəsidir. 

Prezident İlham Əliyev Bakı Şəhər Təcili və Təxirəsalınmaz 

Tibbi  Yardım  Xidmətinin  maddi-texniki  bazasının  güc-


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə