76
İdmançıların məşqçilərinin, idman veteranlarının sosial
məsələlərinə diqqət göstəririk. Veteranlar daim diqqət hiss
etməlidirlər. Çünki idmançının idmandakı ömrü uzun deyildir.
O, bütün bacarığını, imkanlarını, hətta bəzi hallarda öz
sağlamlığını ölkənin idman şöhrətinə sərf edir. Onun idman
ömrü sona çatanda bəzi hallarda biz görürük ki, həm iş prob-
lemi yaranır, həm məişət problemləri çoxalır, həm də bəzən
idmançılar bir növ təcrid olunmuş vəziyyətə düşürlər.
Ona görə biz bu məsələdə çox diqqətli olmalıyıq. Öz doğma
xalqı, ölkəsi üçün çalışan, böyük nailiyyətlər qazanan
idmançılar sonrakı həyatda daim dövlətin qayğısını hiss et-
məlidirlər. Bu qayğı sadəcə olaraq, xoş sözlərlə məhdud-
laşmamalıdır. Halbuki, bu da çox lazımdır və mütləq olmalıdır.
Bu qayğı hərtərəfli olmalıdır. Biz istəyirik ki, idmanla məşğul
olanlar – idmançılar, idmanın inkişafında böyük xidməti olan
insanlar, peşəkarlar, idman mütəxəssisləri, veteranlar lazımi məişət
şəraiti ilə təmin edilsinlər. Hər il biz bu məsələyə baxırıq, həll
edirik. Bu il də istisna deyil və bu gün bir qrup idmançı və idman
mütəxəssisi yeni mənzillərlə mükafatlandırılacaqlar. Deyə bilərəm
ki, bu praktikanı MDB məkanında ilk dəfə Azərbaycan Milli
Olimpiya Komitəsi tətbiq etmişdir. Başqa sahələrdə də bizim
təşəbbüslərimiz digər ölkələr üçün örnək olmuşdur. Biz federasi-
yalara ölkədə tanınmış insanları gətirdik və dərhal gördük ki,
federasiyaların işi daha da sürətlə getməyə başlamışdır. İdmançılar
bunu çox yaxşı bilirlər, izah etməyə ehtiyac yoxdur. Özləri hiss
edirlər. Federasiyalara yeni, daha məsuliyyətli, daha hərtərəfli
insanlar gələndən sonra işlər daha da sürətlə gedir. Azərbaycanın
idmanı bax, bu cür inkişaf edəcəkdir.
Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin,
federasiyaların, idman cəmiyyətlərinin, klubların və idman
ictimaiyyətinin birgə səyləri nəticəsində Azərbaycanın idmanı
daha da inkişaf edəcək və bundan sonra da böyük qələbələrə
çatacağıq.
Mən sizin hamınızı qarşıdan gələn bayramlar – Dünya
azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı
77
münasibətilə ürəkdən təbrik edirəm, cansağlığı arzulayıram.
İdmançılara 2008-ci ildə qələbələr arzulayıram. Sağ olun.
* * *
Sonra Azərbaycanda idmanın inkişafında böyük rolu olmuş
idmançıların, məşqçilərin, idman mütəxəssislərinin mükafatlan-
dırılması oldu. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bil-
dirdi ki, ilin yekunlarına görə idmançılara pul mükafatları təq-
dim edilmişdir. İndi isə yeni mənzillərin orderləri veriləcəkdir.
Sonra Azərbaycan prezidenti İlham Əliyev sərbəst güləş üzrə
dünya kubokunun sahibi, veteran Telman Paşayevə, pauerliftinq
üzrə dünya çempionu Rüfət Ağayevə, Mərkəzi Ordu İdman
Klubunun rəisi Natiq Əliyevə, şahmat üzrə beynəlxalq
qrossmeyster Vüqar Həşimova, boks üzrə Əməkdar məşqçi
Zakir Əliyevə, bədii gimnastika üzrə qrupun Baş məşqçisi
Natalya Nərimanovaya, basketbol üzrə Baş məşqçi Elxan
Əliyevə, idman veteranları Sabir Əliyevə, Valiyə Sadıxovaya,
keçmiş dünya çempionu Samir İbrahimova, güləş üzrə
gənclərdən ibarət yığma komandanın Baş məşqçisi Ağalar
Aslanova, cüdo üzrə Avropa çempionu Elnur Məmmədlinin
məşqçisi Yaşar Allahverdiyevə, yüngül atletika üzrə veteran
məşqçi Hacıbala Zeynalova, kikboksinq üzrə dəfələrlə dünya
çempionu Araz Musayevə, veteran həndbolçu İradə Qoca-
yevaya, taekvondo üzrə iki dəfə dünya çempionu Zahid Məm-
mədova, veteran futbolçu Kazbek Tuayevə, şahmat üzrə bey-
nəlxalq dərəcəli hakim Faiq Həsənova yeni mənzillərin order-
lərini təqdim etdi.
* * *
MOK-un İcraiyyə Komitəsinin üzvü Zərifə Salahova dövlə-
timizin başçısını doğum günü münasibətilə idmançılar adından
təbrik edərək ona uzun ömür, cansağlığı arzuladı və xatirə
hədiyyəsi təqdim etdi.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə dövlətimizin
başçısına müraciətlə dedi:
78
– Möhtərəm cənab Prezident, Milli Olimpiya Komitəsinin
İcraiyyə Komitəsi «Olimpiya» ordeni təsis etmişdir. İcraiyyə
Komitəsinin qərarı ilə bir nömrəli orden Sizə təqdim olunur.
Dövlətimizin başçısı bu mükafata görə minnətdarlığını
bildirdi, idmançıları, veteranları qarşıdan gələn bayramlar mü-
nasibətilə bir daha təbrik etdi, onların hər birinə xoşbəxtlik,
cansağlığı arzuladı.
* * *
Prezident İlham Əliyev sonra Respublika Olimpiya Mər-
kəzində aparılmış təmir işləri ilə tanış oldu.
Gənclər və İdman naziri Azad Rəhimov məlumat verdi ki,
əvvəllər yüngül atletika maneji kimi tanınmış bu qurğu əsaslı
təmir edilmişdir. İdmançılar iki aydan çoxdur burada məşqlərə
başlamışlar. Qurğu, demək olar ki, tamamilə yeniləşmiş, təzə
avadanlıq, o cümlədən fotofiniş avadanlığı alınmışdır.
Dövlətimizin başçısı görülən işləri yüksək qiymətləndirdi,
idmançıların yetişməsində bu qurgunun əhəmiyyətli rol oyna-
dığını söylədi, onun istiliklə təmin edilməsi barədə müvafiq
tapşırıqlar verdi.