İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə21/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   17   18   19   20   21   22   23   24   ...   121

 70 

Bildiyiniz  kimi,  bu  idman  mərkəzləri  dünyanın  ən  yüksək 

standartlarına uyğun şəkildə tikilir.  

İndi  bütün  bölgələrdə  bu  qurğular  var.  Növbəti  mərhələ, 

şübhəsiz  ki,  hər  bir  rayon  mərkəzində  belə  komplekslərin 

tikintisinə nail olmaqdır. Buna da biz nail olacağıq. Çünki artıq 

bizim təcrübəmiz də var, maddi imkanlarımız da artır və idman 

sahəsinə  qoyulan  investisiyaların  həcmi  gələcəkdə  davam 

etdiriləcəkdir.  Bu  sahəyə  qoyulan  investisiyalar  həm 

Azərbaycanın  idman  şöhrətini  daha  da  yüksək  zirvələrə 

qaldıracaq,  həm  də  bu,  insanların,  uşaqların,  gənclərin  sağ-

lamlığına  qoyulan  investisiyalardır.  Bu  çox  böyük  əhəmiyyət 

kəsb  edir.  Fiziki  sağlamlıq,  mənəvi  sağlamlıq,  gənc  nəslin 

vətənpərvərlik  ruhunda  böyüməsi  –  bütün  bu  amillər  idmanda 

cəmləşir  və  idman  Azərbaycan  cəmiyyətinin  çox  önəmli  bir 

tərkib hissəsidir.  

Yəqin  bilirsiniz  ki,  indi  dünyada,  demək  olar,  bütün  ölkə-

lərdə  idmanın  inkişafına  çox  böyük  diqqət  vardır.  Beynəlxalq 

yarışlarda  ölkələr  bir-biri  ilə  yarışırlar.  Hər  bir  ölkənin  idman 

uğurları  o  ölkənin  imicini,  şöhrətini  artırır,  qaldırır.  Biz 

Azərbaycanda bunu çoxdan bilirdik və öz işimizi bu istiqamətdə 

düzgün qura bilmişik. İdmanla məşğul olan bütün qurumlar bu 

il səmərəli işləmişlər, yenə də ənənəvi olaraq, vahid konsepsiya 

çərçivəsində  fəaliyyət  göstərmişlər.  Həm  Olimpiya  Komitəsi, 

İdman  və  Gənclər  Nazirliyi,  həm  də  federasiyalar,  idman 

cəmiyyətləri,  klublar.  Bir  sözlə,  bu  sahədə  fəaliyyətin 

əlaqələndirilməsi  və  birgə  fəaliyyət  planının  icra  olunması 

idmanın uğurlarına gətirib çıxarır.  

Biz  2007-ci  ildə  Azərbaycanı  dünyaya  daha  da  tanıtmaq 

üçün  iki  böyük  idman  yarışı  keçirdik.  Daha  doğrusu,  bu 

yarışların  sayı  daha  çox  idi.  Mən  yeniyetmələr  arasında 

keçirilən  Avropa  və  dünya  birinciliklərini  sadalaya  bilərəm, 

lisenziya yarışlarını sadalaya bilərəm. Amma Avropa və dünya 

çempionatlarının  keçirilməsi,  əlbəttə,  nəinki  idman  hadisəsi, 

ümumiyyətlə, böyük beynəlxalq hadisədir. 



 

71 


Biz  bu  iki  tədbiri  –  həm  bədii  gimnastika  üzrə  Avropa 

çempionatını,  həm  də  güləş  üzrə  dünya  çempionatını  uğurla 

keçirə  bilmişik.  Bu  növlər  üzrə  bütün  Avropa  və  dünya 

idmançıları  Azərbaycana  gəlmişlər.  Bu  onu  göstərir  ki,  bizim 

çox  gözəl  təşkilatçılıq  qabiliyyətimiz  var.  Bu  beynəlxalq 

yarışların  keçirilməsi  Azərbaycanın  şöhrətini,  imicini  qaldırdı. 

Bizim  təşkilatçılıq  qabiliyyətimizi  geniş  dünya  ictimaiyyətinə 

təqdim etdi.  

Güləş üzrə çempionatda rekord sayda idmançılar və ölkələr 

iştirak  etmişdir.  Yüzdən  çox  ölkə  Azərbaycana  öz 

nümayəndəsini  göndərmişdi.  Bu  nümayəndələr  ölkəmizlə, 

uğurlarımızla  tanış  olaraq,  əlbəttə  ki,  Azərbaycan  haqqında 

düzgün, ədalətli həqiqətləri öz yaşadıqları ölkələrə çatdırırlar və 

çatdıracaqlar.  

Bu  çox  vacibdir.  Biz  gənc  ölkəyik,  müstəqilliyimizin  cəmi 

16 yaşı var. Baxmayaraq ki, Azərbaycan çox böyük mədəni irsə 

malikdir,  bizim  çox  böyük  zəngin  mədəniyyətimiz,  tariximiz 

var,  yenə  də  biz  hələ  ki,  dünyaya  özümüzü  tanıtmalıyıq, 

Azərbaycanı  tanımalıdırlar,  Azərbaycanda  baş  verən  hadisələr 

bəlli  olmalıdır.  Azərbaycan  həqiqətləri  dünyada  nə  qədər  çox 

yayılsa,  bir  o  qədər  də  Azərbaycan  haqqında  müsbət  fikir 

yaradacaqdır.  İdman  bu  sahədə  əvəzolunmaz  bir  vasitədir.  Bir 

daha  demək  istəyirəm  ki,  100  ölkənin  nümayəndəsi 

Azərbaycandakı vəziyyətlə tanış ola bilmişdir.  

Bizim beynəlxalq yarışları uğurla keçirməyimiz,  gələcəkdə 

daha  da  mötəbər  yarışların  keçirilməsinə  zəmin  yaradacaqdır. 

Əlbəttə,  dünya  çempionatından  böyük  dünya  yarışı  yoxdur. 

Təbii ki, söhbət gələcəkdə Olimpiya oyunlarının Azərbaycanda 

keçirilməsindən gedə bilər. Biz belə bir təşəbbüsü irəli sürəndə 

bu,  gözlənilməz  idi.  Ancaq  həyat  göstərir  ki,  nə  qədər  düzgün 

qərar qəbul etmişik. Bu gün biz bütün dünyaya sübut edirik ki, 

baxmayaraq, Azərbaycan gənc müstəqil dövlətdir, amma dövlət 

kimi  artıq  formalaşmışdır,  ayaq  üstə  möhkəm  durur.  Dünya 

miqyaslı  mötəbər  tədbirləri  keçirməyə  qadirdir.  Buna  həm 




 72 

təşkilatçılıq  imkanlarımız,  həm  maliyyə  vəsaitlərimiz,  həm  də 

bütövlükdə, ölkəmizin gücü, potensialı imkan verir.  

Bu gün dünyanın 6 böyük şəhəri ilə yanaşı, Bakının da adı 

çəkilir.  Bu  da  çox  vacibdir.  Bütün  kütləvi  informasiya 

vasitələrində,  Olimpiya  oyunları  ilə  bağlı  olan  məlumatlarda 

Bakının  adı  gedir.  Bizim  şəhərimizi  tanımayanlar  onu 

tanıyacaqlar. İlk dəfə şəhərimizin adını eşidənlər onu ya inter-

netdən, ya da kitablardan öyrənəcəklər. Biz istər-istəməz nəinki 

bütün  idman  ictimaiyyətinin,  ümumən  dünya  ictimaiyyətinin 

diqqətini  cəlb  edə  bilmişik.  Çünki  siz  bunu  yaxşı  bilirsiniz, 

Olimpiya  oyunları  sadəcə  idman  yarışı  deyildir.  Olimpiya 

oyunlarını  başqa  idman  yarışlarından  fərqləndirən  məhz  budur 

ki,  o,  dünyanın  ən  böyük  beynəlxalq  tədbirlərindən  biridir. 

Dünya  çempionatı  ilə  Olimpiya  oyunlarının  fərqi  məhz 

bundadır.  Həm  orada,  həm  də  burada  eyni  idmançılar  iştirak 

edirlər.  Qələbəni  qazanmaq  üçün  eyni  səylər  ortaya  qoyurlar. 

Ancaq beynəlxalq diqqət baxımından bunlar müqayisəolunmaz 

tədbirlərdir.  

Biz  Bakını  artıq  dünyanın  tanınmış  və  aparıcı  ölkələrinin 

əsas  şəhərlərinin  sırasına  sala  bilmişik.  Yəni  biz  bu  məqsədə 

nail  ola  bildik.  Əgər  bizim  məqsədimiz  təkcə  bundan  ibarət 

olsaydı,  onda  öz  işimizi  bitmiş  hesab edərdik.  Mən  hesab  edi-

rəm  ki,  biz  öz  şansımızı  axıra  qədər  sınamalıyıq.  İndi  geniş 

təqdimat  sənədləri  tərtib  olunub  və  beynəlxalq  idman 

federasiyalarının  rəhbərləri  ilə,  digər  idman  xadimləri  ilə  bu 

məsələ  ciddi  şəkildə  müzakirə  edilir.  Biz  çalışmalıyıq  ki,  öz 

imkanlarımızı  maksimum  səfərbər edib Bakının, Azərbaycanın 

imkanlarını  maksimum  dərəcədə  geniş  şəkildə  təqdim  edək. 

Əlbəttə  ki,  bu  mübarizə  asan  olmayacaqdır.  Çünki  tarixdən 

görürük ki, adətən, birinci dəfə müraciət edən şəhərə Olimpiya 

oyunlarının keçirilməsi heç vaxt müyəssər olmamışdır. Adətən, 

şəhərin imkanlarını ikinci, üçüncü dəfədən, bəlkə də ondan bir 

neçə dəfə çox da sınayırlar. Ona görə biz realist olmalıyıq. Bu 

məsələyə  realist  prizmadan  yanaşmalıyıq  və  bilməliyik  ki, 



Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə